» » » Evlənmək və ailə qurmaq


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Evlənmək və ailə qurmaq
    +5
    Müəllif: Elya | 2-08-2014, 18:00 | Baxılıb: 2 464
     
     
    Evlənmək və ailə qurmaq
    1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs (qadın və ya kişi) evlənsə, öz dininin yarısını qorumuşdur. Qalan yarısında da gərək təqvalı olsun.”
    2-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Allah yanında yatmış evli şəxs, gündüzləri oruc tutub gecələri oyaq qalan subay adamdan üstündür.”
    3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs dünyadan pak-pakizə getmək istəsə, gərək ailə qursun və subay halda ölməsin.”
    4-İmam Sadiq (ə) buyurmuşdur: Bir kişi atamın hüzuruna gəldi. Həzrət ondan soruşdu: "Evlisənmi?” Cavab verdi: "Xeyr!” Buyurdu: "Bütün dünya və onda olanları, tək halda gecələyim (subay qalım) deyə, mənə versələr, qəbul etmərəm.” (Sonra buyurdu:) "Evli adamın qıldığı iki rükət namaz, subay adamın gecələr oyaq qalıb gündüzlər oruc tutmasından fəzilətlidir.” Sonra atam on yeddi dinar pul verib buyurdu: "Bu pul ilə evlən.”
    5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Evli şəxsin qıldığı iki rükət namaz, gecələri oyaq qalıb ibadət edən, gündüzləri isə oruc tutmaqla keçirən subay adamın əməlindən fəzilətlidir.”
    6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs maddi məsələlərdən və həyat xərclərindən qorxub evlənməsə, deməli, Allah və Onun vədəsi barədə sui-zənn (pis güman) etmişdir.”
    7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ən pis ölülər o kəslərdir ki, ailə qurmaqdan boyun qaçırmışlar.”
    8-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ümmətimin yaxşıları evlilər, pisləri isə subaylardır.”
    9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ailə qur, yoxsa məsihi rahiblərindən, yaxud Şeytanın qardaşlarından olarsan.”
    10-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Asimanın rəhmət qapıları dörd yerdə açılır: Yağış yağdıqda, övlad ata-ananın üzünə (məhəbbətlə) baxdıqda, Kəbənin qapısı açıldıqda və nikah baş verdikdə.”
    11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ey cavanlar! Sizdən hər kəsin qüdrəti (imkanı) varsa, ailə qursun. Çünki bu işlə gözləriniz qadınlardan çəkilər və namusunuz qorunar.”
    12-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ailə qurun, qızları ərə verin, subay kişiləri evləndirin. Hər bir müsəlmanın şərəf və səadəti odur ki, qızlar ərsəyə çatdıqda, onu ərə versin.”
    13-Həzrət Peyğəmbəri-Əkrəm (s) tərki-dünyalıqla məşğul olmağın, ailə qurmağı tərk etməyin qarşısını almış və qadının ərə getməkdən imtina etməsini qadağan etmişdir.
    14-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs cavan ikən ailə qursa, Şeytan nalə çəkib deyər ki, vay olsun mənə, vay olsun mənə, bu gənc dininin üçdə ikisini mənim şərrimdən qorudu.”
    15-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Subay oğlan və qızlarınızı evləndirin. Həqiqətən, mütəal Allah onların əxlaqlarını yaxşılaşdırar, ruzilərini bol edər və abır-şərəflərini artırar.”
    16-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Allah dərgahında İslamda nikahla abad olmunuş evdən sevimli, təlaqla viran olmuş evdən pis və qəzəbli bir şey yoxdur.”
    17-İmam Sadiq (ə) buyurmuşdur: "Subaylarını evləndirənlər qiyamət günündə Allahın rəhmət nəzəri ilə baxdığı şəxslərdəndir.”
    18-İmam Əli (ə) buyurmuşdur: "Ən üstün vasitəçilik iki nəfərin ailə qurmasında, mütəal Allah onların arasında şəri nikah qərar versin deyə, vasitəçi olmaqdır.”
    19-İmam Kazim (ə) buyurmuşdur: "Üç dəstə qiyamət günündə heç bir kölgə olmayan zaman Allahın rəhmət kölgəsində qərar tutarlar: Mömin qardaşını evləndirənlər,  mömin qardaşına xidmət edib hacətini yerinə yetirənlər və mömin qardaşının sirrini faş etməyib gizli saxlayanlar.”
    20-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs halal yolla ailə qurmağa çalışsa, mömin kişini evləndirib mömin qadını ərə versə, Allah-taala bu zəhmət və xərcin əvəzində onu behişt huriləri ilə evləndirər, bu yolda dediyi hər söz və götürdüyü hər qədəm üçün bir illik ibadət savabını yazar.”
    21-İmam Sadiq (ə) buyurmuşdur: "Günahların ən pisi üçdür: Nahaq qətl, qadının mehriyyəsini verməmək, (yaxud təxirə salmaq) və işçinin haqqını ödəməmək.”
    22-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs iki möminin ailə qurmasına çalışaraq onları evləndirsə, Allah-taala əvəzində onu hər biri dürr və yaqutdan tikilmiş qəsrdə olan min Huril-eynlə evləndirər.”
    23-İmam Kazim (ə) buyurmuşdur: "Sözsüz, qiyamət günündə Allahın xüsusi lütf və rəhmət kölgəsi vardır ki, onun altında yalnız peyğəmbərlər, onların vəsiləri, mömin qulu azad edən möminlər, başqa möminin borcunu ödəyən mömin bəndə, mömin qadınla kişinin ailə qurmasında zəhmət çəkib, onların haqqını boynuna götürən mömin qərar tapar.”
    24-İmam Əli (ə) buyurmuşdur: "Qadının mehriyyəsini çox etməyin, çünki (bu iş) düşmənçiliyə səbəb olar.”
    25-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Xeyir-bərəkəti daha çox olan nikah odur ki, xərci az olsun.”
    26-İmam Sadiq (ə) buyurmuşdur: "Allahın Rəsulu qiyməti otuz dirhəm olan bir zirehi mehriyyə qərar verib, Əli (ə) ilə Fatiməni evləndirdi.”
    27-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Qadının mübarək (bərəkətli) olmaması mehriyyəsinin çoxluğu və əxlaqının pis olmasındadır.”
    28-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs bir ovuc buğda və ya xurmanı (qarşı tərəfin razılığı ilə) mehriyyə qərar versə, onun nikahı halal və düzdür.”
    29-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ailə qur, hətta (mehriyyəsi) dəmir üzük olsa belə.”
    30-İmam Sadiq (ə) buyurmuşdur: "Oğrular üç dəstədir: Zəkat verməyənlər, qadınların mehriyyəsini verməyib (özünə) halal sayanlar və borc alıb qaytarmaq fikrində olmayanlar.”
    31-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Əgər dinini və əxlaqını bəyəndiyiniz bir kəs elçiliyə gəlsə, onu qəbul edib qızınızı verin.” O həzrətdən "əgər onun nəsəbi pis olsa, nə edək?” – deyə soruşduqda, Həzrət əvvəlki sözü təkrar edərək əlavə etdi: "Dini və gözəl 
    əxlaqı olduğu halda, əsil-nəsəbinin məşhur olmadığına görə ona qız verməsəniz, yer üzündə böyük fitnə-fəsad baş verəcəkdir.”
    32-İmam Cavad (ə) buyurmuşdur: "Hər kəs sizə elçi gəlsə, onun dinindən və düzlüyündən yəqinlik hasil etdikdən sonra ailə qurmağa razı olun.”
    33-Bir kişi imam Hüseyn (ə)-ın yanına gəlib dedi: "Mənim bir qızım var, onu neçə adama ərə versəm yaxşı olar?” Həzrət buyurdu: "Onu Allahdan qorxan (təqvalı olan) bir adama ərə ver, çünki həmin şəxs sənin qızını sevsə, əzizləyəcək, amma acığı gəlsə, əzab-əziyyət (zülm) etməyəcəkdir.”
    34-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs qızını imansız və fasiq bir adama ərə versə, sözsüz, onunla qohumluq əlaqəsini kəsmişdir.”
    35-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Qadınla təkcə onun gözəlliyinə görə evlənmə; çünki onun gözəlliyi iffətsizliyinə səbəb ola bilər. Həmçinin qadının mal-dövlətinə görə də onunla evlənmə; çünki bu iş onun tüğyan və itaətsizlik etməsinə səbəb ola bilər. Sən qadınla onun dininə görə ailə qur.”
    36-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs qadınla, təkcə onun gözəllik və camalına görə ailə qursa, Allah o qadının gözəlliyini onun üçün əzab-əziyyət səbəbi edər.”
    37-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs qadının mal-dövlətinə görə onunla ailə qursa, Allah onu həmin mal-dövlətə həvalə edər; hər kəs qadının gözəlliyinə görə onunla evlənsə, o qadında xoşlamadığı və acığı gəldiyi şeyləri görəcəkdir; hər kəs qadınla dininə görə ailə qursa, Allah o yaxşılıqların hamısını onun üçün cəm edəcəkdir.”
    38-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs qadınla təkcə mal-dövlətinə görə ailə qursa, mütəal Allah onu yalnız həmin mal-dövlətə həvalə edər. (Yəni çətin vaxtlarda Allahın lütf və mərhəmətindən binəsib qalar.)”
    39-İmam Səccad (ə) buyurmuşdur: "Hər kəs Allah xatirinə və sileyi-rəhimə görə ailə qursa, Allah onun başına izzət tacı qoyar.”
    40-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs bir qadınla təkcə onun gözəlliyinə görə evlənsə, istədiyinə çatmayacaqdır. Hər kəs qadınla, təkcə onun malına görə evlənsə, mütəal Allah onu təkcə o mala vəkil edər. Sizlərə dindar qadın seçməyi tövsiyə edirəm. (Çünki bütün xeyir və bərəkət onun vücudunda qoyulmuşdur.)”

    Mənbə: "40 mövzu, 40 həqiqət" kitabı

     
     
    Bölmə: Hədislər / Hədislər-yazılı
    Şərhlər: 6
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 4 Ağustos 2014 23:39 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH RAZI OLSUN

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: gulsum | Status: İstifadəçi Offline | 4 Ağustos 2014 00:45 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun/

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: ya_Fatime | Status: İstifadəçi Offline | 3 Ağustos 2014 17:14 | Redaktor | Şərh yazdı
    ALLAH Razı olsun bacı,ALLAH hər kəsə elə həyat yoldaşı qismət etsin ki,ALLAHA bağlı olsun və ALLAHIN bəyəndiyi kəslərdən olsun

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 3 Ağustos 2014 01:56 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN BACIM ALLAH BUTUN SUBAYLARA OZ UREYLERI ISDEYEN YOLDAS YETIRSIN IN SE ALLAH

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: DİNİM İSLAM | Status: İstifadəçi Offline | 3 Ağustos 2014 00:32 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZİ OLSUN....ALLAH HER KESE GOZEL AİLELER NESİB ETSİN İNSALLAH..
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 2 Ağustos 2014 21:21 | İstifadəçi | Şərh yazdı
    ALLAH SƏNDƏN RAZI OLSUN.MARAQLI MÖVZUDUR.
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.