Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Ramazan ayının mükafatı
Əmir əl-Möminin (ə) Fitr bayramının xütbələrinin birində buyurmuşdur: "Ey camaat! Bu gün elə bir gündür ki, yaxşı əməl sahibləri Allahdan mükafat alır". Orucun mükafatını, ramazan ayının ibadətinin mükafatını, yeyib-içməyin, nəfsani meyllərin qarşısını almağın mükafatını. "Bu gün pisəməllilər ziyankardırlar". Pis iş görənlər, yanlış davrananlar belə bir gündə öz pis əməllərinin ziyanını görəcəklər. "Bu gün cəza günüdür. Bu gün qiyamət gününə bənzər gündür. Evinizdən məscidlərə, toplum namaz yerlərinə gedişlə məzarlardan qiyamət səhnəsinə gedişinizi xatırlayın”.
Namazxanada namaza dayanmağınızla qiyamətdə Allahın qarşısında dayanmağınızı xatırlayın". Namazxanadan evinizə qayıtdıqda qiyamət meydanından behişt mənzillərinizə qayıtmağınızı xatırlayın". Sonra buyurur: "Ey Allahın bəndələri! Allahın oruc tutan qadın və kişilərə əta edəcəyi ən az şey budur ki, ramazan ayının son günündə bir mələk onları çağıracaq və deyəcək: "Sizə müjdə verirəm, ey Allahın bəndələri, günahlarınız bağışlandı".
Bu ramazan ayının mükafatıdır. Düzgün oruca, ruhlu bir əmələ, ixlasla edilmiş ibadətə ramazan ayının son dəqiqələrində, bu əziz ayın son saatlarında belə mükafat verilir. Keçmiş günahların bağışlanması az mükafat deyil.
"Görün, bu gündən başlanan yeni günü necə başlayacaqsınız". Məbada fikirləşəsiniz ki, biz günah edək, növbəti ramazanda bağışlanarıq. Heç kim bilmir ki, növbəti ramazan ayınadək sağ qalacaq, ya yox. ...Bundan başqa, bilərəkdən edilən günah insanın qəlbini qaraldır. Belə bir insan artıq asanlıqla ixlaslı ibadət edə bilmir ki, günahı o ibadətlə yuyulsun. Çalışaq günahlardan uzaq olaq, yaxşı əməllər edək. Bir insanı xoşbəxt edən xüsusiyyət budur.
Mənbə: "Ramazan kölgəsində" kitabı
Müəllif: Ayətullah Xamenei
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |