Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Ramazan bayramı
İbadət və bağışlanma bayramı
Fitr bayramı ibadət bayramı, bağışlanma bayramıdır. Bu, mömin müsəlman üçün qısa bir riyazət mövsümünün sonudur. Hansı ki, bu riyazətlə özündə yaxşı xüsusiyyətləri gücləndirmək, özünü islah etmək və il boyu, ömür boyu ondan faydalanmaq istəyir. Ramazan ayında bu ilahi və şəri riyazət, bu nəfsini saxlamaq, aclığa, susuzluqa dözmək, nəfsani meyllərlə, ehtiraslarla mübarizə insanda yaxşı xüsusiyyətlərin güclənməsinə səbəb olur. Bəşər əslində həmin xislətlər, xüsusiyyətlər toplusundan ibarətdir. Sifətləri, nəfsani və ruhi xüsusiyyətləri yaxşı sifətlərdirsə, bu dünyadan əli dolu gedirlər. İbadət, ilahi təqva və insanın öhdəsində olan digər vəzifələr nəticə etibarı ilə insanın özünü yaxşı xüsusiyyətlər toplusu ilə nurlandıra bilməsidir. Özünü həqiqi insan kimi formalaşdıra, Uca Yaradana bənzərlik tapa bilməsidir. Mübarək ramazan ayının bərəkəti ilə nəfsani meyllərlə mübarizə gücü əldə edən insan böyük uğur qazanır və o bunu qorumalıdır. Şəhvətpərəstliyə adət edən, nəfsani ehtiraslara müsbət cavab verməyə adət edən insan bu ayda sözügedən adətlərə qələbə çala bilir. Bunu özü üçün qorumalıdır. Bəşəriyyətin bütün bədbəxtlikləri nəfsani istəklərdən törəyir. Bütün zülmlər, bütün hiylələr, bütün namərdliklər, ədalətsizliklər, bütün zülmkarcasına aparılan döyüşlər, bütün fasid hökumətlər, xalqlar arasında təslimçilik və zülmü qəbul etmək hamısı nəfsani meyllərə, ehtiraslara müti olmaqdan doğur. Əgər insan özündə nəfs istəklərinə qələbə çalmaq gücü tapa bilirsə, xilas olmuşdur. Ramazan ayı sizdə bunu formalaşdırır. Fitr bayramı hesablaşmaq üçündür. Allahın ziyafət zamanı sizə verdiyi mükafatı özünüz üçün saxlamaq üçündür. Özünüz üçün saxlayın, Allahla öz əlaqənizi möhkəmlədin. Əmir əl-Möminindən nəql olunmuşdur: "Bu gün Allah oruc və namazını qəbul edən üçün gerçək bayramdır. Hansı gündə Allaha üsyan (günah olunmursa), o gün bayramdır". Mənim əzizlərim! Bu günü, sabahı, ilin bütün günlərini günah işlətməməklə, haramlardan çəkinməklə bayram edin.
Mənbə: "Ramazan kölgəsində" kitabı
Müəllif: Ayətullah Xamenei
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |