» » » Fitr bayramı - mənəvi həyatın yenidən başlanması


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Fitr bayramı - mənəvi həyatın yenidən başlanması
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 28-07-2014, 17:00 | Baxılıb: 1 542
     
     Fitr bayramı - mənəvi həyatın yenidən başlanması

    Hər bir fitr bayramı ayıq müsəlman üçün həqiqi bir bayram ola bilər. Mənəvi və ruhi həyatın yenidən başlandığı gün olan fitr bayramı təbiət üçün bahar fəsli kimidir. İl boyu müxtəlif çirkab və günahlara bulaşmış, nəfsi, pis xüsusiyyət və xarakterləri səbəbindən özünü ilahi rəhmətdən tədricən uzaqlaşdırmış insan üçün hər il Allah tərəfindən müstəsna bir fürsət yaranır. Bu fürsət mübarək ramazan ayıdır. Ramazan ayında ürəklər yumşalır, ruhlar təmizlənir, insanlar Allahın xüsusi rəhmət vadisinə qədəm qoymağa hazırlıqlı olurlar, hər kəs öz istedadı, səyi və zəhməti qədərincə böyük ilahi ziyafətdən bəhrələnir. Bu mübarək ay sona çatanda fitr bayramı gəlir - yəni yeni il başlayır. Həmin gün insan ramazan ayının faydalarından istifadə edib düzgün ilahi yola çıxa və sapqınlıqdan qurtula bilər.

    Bütün peyğəmbərlər, onların canişinləri, övliyalar, saleh və çox sadiq insanlar çalışmışlar ki, insan öz əmmarə nəfsindən ibarət olan daxili düşmənini kəşf etsin və ondan qorunsun. Bu, mənəvi və ilahi zirvələrə ucalmağın böyük sirridir. İnsan bunun vasitəsi ilə mələkdən də yüksəyə ucala bilər. Bu gün həmin gündür. Mənim əzizlərim! Bu mübarək ramazan ayını arxadan qoyanlar və bizim hamımız o ziyafətdən, Allahın geniş süfrəsindən öz səy və istedadımız qədərincə istifadə etmişik. Hər kəs ramazan ayından bir ehtiyat və azuqə toplamışdır. Gəlin hamımız bu ehtiyatlara arxalanıb bu gündən etibarən mənəvi eyiblərimizin bir hissəsini özümüzdən uzaqlaşdıramağa çalışaq. Bu bizim əlimizdədir: "(Allah yolunda) çalışan (cihad edən) ancaq özü üçün çalışar (cihad edər)". Bu çalışmanın faydası birinci növbədə bizim özümüzə aid olacaq. Gəlin daxilimizdəki yanlış və çirkin xarakterləri tapaq. Bu, sözügedən səyin çətin hissəsidir. Gərək xudpəsənd olmayaq, eyiblərimizi görək, onları bir siyahı kimi önümüzdə tutaq, sonra ramazan ayından əldə etdiyimiz ehtiyatdan - ürək yumşaqlığından iradədən, paklıqdan, saflıqdan və inşallah qəbul olunan ibadətlərdən istifadə edib bu siyahını bir qədər azaltmağa çalışaq. Əgər paxılıqsa - paxıllığı, inadkarıqsa - inadkarlığı, tənbəl və passiviksə - tənbəlliyi, bədxah və pis niyyətliyiksə - bədxahlığı, sözümüzdə zəifiksə - zəifliyi, əhdimizi pozuruqsa - vəfasızlığı, bizdə olan hər bir əxlaqi eybi ramazan ayı və fitr bayramı sayəsində bacardığımız qədər pis əməllərimizin qara siyahısından silək. Bilin ki, Allah-Taala bu yolda çalışanlara kömək edəcək. Allah-Taala sizi kamilliyə doğru cihadda yalqız qoymayacaq və bu işdə birinci xeyir hər bir şəxsin özünə çatacaq. Bundan əlavə, nəfslə mübarizənin, nəfsi islahın və Allah yolunda böyük cihad sayılan daxili cihadın faydaları yalnız özünüzə aid olmayacaq. Cəmiyyətin, ölkənin, xalqın vəziyyəti, siyasi vəziyyət, beynəlxalq iqtidar, iqtisadi vəziyyət, məişət vəziyyəti, xülasə, xalqın dünya və axirəti bu yolla rövnəqlənəcək, gözəlləşəcək. Bu zaman Allahın yardımı ilə uzun illər boyu öz ləyaqətini sübuta yetirmiş bu xalq digər xalqların gözü önündə parlaq bir məşəl kimi işıq saçacaq; ondan istifadə edəcək və əxlaqını örnək götürəcəklər.

    Allahdan kömək alıb bu yola qədəm qoyaq, biri o birinin ardınca bütün günahları tərk edək, biri o birindən sonra bütün pis xarakterləri özümüzdən uzaqlaşdıraq, özümüzü Quranın və İslamın istədiyi kimi edək. O zaman Allah-Taala da bu xalqa verdiyi bütün sözlərinə əməl edəcək və siz bir-bir bütün xeyirləri görəcəksiniz.


     Mənbə: "İlahi ziyafət" kitabı

    Müəllif: Ayətullah Seyid Əli Xamenei

     

     
     
    Bölmə: İslami bayramlar / Fitr bayramı
    Şərhlər: 3
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Babel Hevaic | Status: İstifadəçi Offline | 28 Temmuz 2014 23:09 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun BAcim Allah her zaman seni qorusun Ellerin derd gormesin
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 28 Temmuz 2014 18:05 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN ALLAH BU EZIYYETLERINIZI QEBUL ETSIN IN SE ALLAH

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 28 Temmuz 2014 17:25 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN.DƏYƏRLİ MƏLUMATLAR ÜÇÜN SAĞ OLUN.
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.