Gülərüzlülük
231. Gülərüzlülük
770.Allahın Peyğəmbəri (s):«Gülərüzlülük kini təmizləyir.»
771.Allahın Peyğəmbəri (s):«Qardaşınla gülərüz görüş.»
772.Allahın Peyğəmbəri (s):«Siz heç vaxt insanların hamısına öz malınızla fayda verə bilməzsiniz. Buna görə də onlarla (heç olmasa) açıq və gülər üzlə görüşün.»
773.İmam Əli (ə):«Gülərüzlülük dostluq kəməndidir.»
774.İmam Əli (ə):«Gülərüzlülük azad insanın xislətidir.»
775.İmam Əli (ə):«Gülərüzlülük məhəbbət kəndiridir.»
776.İmam Əli (ə):«Möminin sevinci üzündə, qüdrəti dinində, kədəri qəlbindədir.»
777.İmam Əli (ə):«Gülərüzlülüyün sənin alicənablığın və nəfsinin kəramətinin nişanəsidir.»
778.İmam Əli (ə):«Qardaşlarınızla görüşən zaman bir-birinizə əl verin, onlara gülərüzlülük və təbəssüm göstərin ki, ayrılarkən günahlarınız tökülsün.»
779.İmam Əli (ə):«İnsanların, dostlarının ürəklərini ələ almaları və düşmənlərinin qəlbindən kinləri təmizləmək üçün ən yaxşı vasitə onlarla qarşılaşanda gülərüzlü olmaları, yanlarında olmayanda halları ilə maraqlanmaları və yanlarında olanda təbəssüm etmələridir.»
Mənbə: Mizanul – hikmət (xülasəsi) 1-ci cild