» » » Gənclər üçün üsuliddin haqqında 30-cu Dərs


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Gənclər üçün üsuliddin haqqında 30-cu Dərs
    +5
    Müəllif: Admin | 30-07-2014, 21:00 | Baxılıb: 1 272

    30-cu dərs

    İslam peyğəmbərinin xatəmiyyəti

    Xatəmiyyətin dəqiq mənası

    İslam peyğəmbəri Həzrət Məhəmməd(s) Allah peyğəmbərlərinin sonuncusudur. Nübüvvət və peyğəmbərlik silsiləsi onunla başa çatır. Bu məsələyə (Məhəmməd(s)-in sonuncu peyğəmbər olduğuna) etiqad bağlamağın İslam dininin vacib əməllərindən biri hesab olunmasının mənası budur ki, müsəlmanların cərgəsinə qoşullan hər bir kəs bu məsələnin müsəlmanların əqidəsində əsas inamlardan biri olduğunu anlayacaqdır. Yəni, müsəlmanlar tövhid məsələsində təkid etdikləri kimi, İslam peyğəmbərinin xatəmiyyətində də təkid edirlər. Müsəlmanların hamısı (istər sünni, istər şiə) bu məsələdə bir-biri ilə razılaşırlar və heç kim bu barədə ixtilaf da  deyil. Əslində, bəşəriyyət öz təkamül prosesini bir-birinin ardınca peyğəmbərlərin gəlməsi ilə müxtəlif mərhələlərə çatdırmış və sonuncu peyğəmbərin gəlişi ilə elə bir mərhələyə qədəm qoymuşdur ki, artıq özü-özünü idarə etməyə qüdrəti çatır. Yəni, İslamın geniş və doğru təlim-tərbiyəsi ilə öz  çətinlik və müşküllərini aradan qaldıra bilir. Başqa sözlə, İslam bəşəriyyətin sonuncu və təkamül yolunda onu hədəfə çatdıra bilən qanunudur, etiqad nöqteyi-nəzərindən ən kamil dini baxışı əhatə edən və hər bir zaman insan ehtiyacları ilə uyğun gələn bir dindir.

    Məhəmməd(s)-in xatəmiyyətinin sübutu

    Bu iddianı sübuta yetirmək üçün çoxlu sübut və dəlillər var. Aşağıdakı üç dəlil isə onların ən aydınıdır.

    1.Bu məsələnin dinin vacib yönlərindən biri olması, yuxarıda dediyimiz kimi, bütün dünya müsəlmanlarının qəbul etdiyi bir şeydir. Əgər bir nəfər məntiq, dəlil və əql vasitəsi ilə islam dinini qəbul edərsə, gərək, bu dinin banisi olan Həzrət Məhəmməd(s)-in peyğəmbərlərin sonuncusu olduğunu da qəbul etsin. Çünki ötən dərslərdə İslam dininin haqq olduğunu kifayət qədər sübutlarla isbat etmişdik. Deməli, İslamın əsaslarından biri olan peyğəmbərin xatəmiyyət məsələsini də qəbul etməliyik.

    2.Quran ayələri də Məhəmməd(s)-in sonuncu peyğəmbər olduğunu bəyan edir: «Məhəmməd(s) aranızdakı kişilərdən heç birinin atası deyil (Oğul odur ki, kişinin öz belindən gələ!). Lakin o, Allahın rəsulu və peyğəmbərlərin sonuncusudur.» (Əzhab, 40).

    Bu ayə ərəblər arasında birini oğulluğa götürmək məsələsi adət olan zaman nazil olmuşdur. Ərəblər başqa ata-anadan olan bir nəfəri özləri üçün oğulluğa götürüb, onu öz ailə üzvləri kimi hesab edir, evdəkilərlə məhrəm olub biri-birinə (öldükdən sonra) varis olurdular.

    İslam gələrək Cahiliyət dövrünün bu adətini aradan qaldırdı. İslam (bu ayə) bildirdi ki, oğulluğa götürülmüş şəxslər həqiqi oğlun (insanın öz belindən gələn oğlun) şəri və hüquqi qanunlarına aid deyillər. Bu ayə Peyğəmbərin oğulluğa götürdüyü Zeyd adlı bir nəfərə də şamil olurdu. Ayə buyurur ki, siz ərəblər Peyğəmbəri filankəsin (Zeydin) atası adlandırmaqdansa, onu Allahın elçisi və peyğəmbərlərin sonuncusu adlandırın.

    Bu ayədən məlum olur ki, İslam peyğəmbərinin risaləti hamıya məlum olduğu kimi, onun xatəmiyyəti də hamı üçün məlumdur. Burada təkcə bir sual qalır ki: «xatəm» sözünün əsl mənası nədir?

    «Xatəm» kəlməsi «xətm» sözündən götürülmüş və qurtaran, başa çatdıran mənasındadır. Məsələn, məktubun axırına vurulmuş möhrü xatəm adlandırılar. Çünki o möhür məktubu başa çatdırır.

    Ərəb dilində üzüyə də xatəm deyirlər. Səbəbi də budur ki, o vaxt üzüyün qaşı üzərinə ad, söz və s. yazıb möhür əvəzinə istifadə edərdilər. Bir nəfər məktub yazıb qurtardıqda öz üzüyü ilə onu möhürləyərdi.

    İslam hədislərindən peyğəmbər(s) şah, hakim və imperatorlara məktub yazıb onları İslama dəvət etmək istədikdə səhabələrinin ona belə dedikləri məlumdur: «Əcəmlərdə belə adətdir ki, möhürsüz məktubu qəbul etmirlər». (Peyğəmbər o vaxtadək bütün məktublarını sadə və möhürsüz yazardı). O, əmr etdi ki, onun üçün bir üzük düzəldilib qaşı üzərinə «La ilahə illəllah, Muhəmmədun rəsulullah» həkk olunsun. Bundan sonra peyğəmbər bütün məktublarını həmin üzüklə möhürləyirdi.

    Deməli, xatəm sözünün əsl mənası sona yetirən və qurtaran deməkdir.

    3.Hədislərin bir çoxu da İslam peyğəmbərinin sonuncu peyğəmbər olduğunu vurğulayır. Buna aid aşağıdakı hədisləri nümunə göstərmək olar.

    A)Cabir ibn Ənsarinin peyğəmbərdən söylədiyi mötəbər hədisdə deyilir: «Peyğəmbər camaata deyir: Mənim peyğəmbərlər arasında misalım bir evin tikilib qurtarması və təkcə bir daşın yerinin boş qalmasına bənzəyir. Hər kim o evə girsə, baxıb deyəcək, nə gözəl evdir, heyf ki, bir daşı çatmır. Mən həmin boş qalan yeri dolduran daşa bənzəyirəm və bütün peyğəmbərlər mənimlə xətm olunurlar. (Məcməül-bəyan təfsiri).

    B)İmam Sadiq(ə) buyurur: Yəni, «Məhəmməd(s)-in halal etdiyi şeylər qiyamətə qədər halal, haram etdiyi şeylər də qiyamətə qədər haramdır.»

    V)Şiə və sünnilərin peyğəmbərdən söylədiyi məşhur hədisdə oxuyuruq: Peyğəmbər Əli(ə)-a buyurmuşdur: «Sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir. Təkcə bir fərq var ki, məndən sonra peyğəmbər olmayacaq.»

    İslam peyğəmbərinin xatəmiyyəti barədə diqqəti cəlb edən bir neçə sual  vardır. Onları sizin nəzərinizə çatdırırıq.

    1.Bəzi insanlar deyirlər ki, əgər peyğəmbər Allah tərəfindən göndərilən lütf, mərhəmət və feyzdirsə, bəs, nə üçün bizim zəmanənin insanları bu lütf və mərhəmətdən məhrum olmalıdır? Nə üçün indiki əsrin camaatına hidayət etmək üçün peyğəmbər gəlməməlidir? Bu sualı verən şəxslər bir məsələyə diqqət etməmişlər. O da budur ki, bizim əsrin peyğəmbərdən məhrum olmasının səbəbi insanların ona layiq olmamaları deyil. Bizim əsr üçün peyğəmbər göndərilməməsinin səbəbi budur ki, artıq bəşər təfəkkür və bilik cəhətdən o dərəcəyə yetişib ki, İslam peyğəmbərinin qayda –qanununa riayət etməklə öz yollarına davam edə bilərlər və yeni bir peyğəmbərin gəlməsinə ehtiyac yoxdur. Yaxşı olar ki, bu məsələni düzgün anlamaq üçün belə bir misala diqqət edək: Ülul-əzm, yəni, yeni din, yeni şəriət və səmavi kitab sahibi olan (eləcə də risalətləri ümumdünya risaləti olan) peyğəmbərlər beş nəfər olmuşlar. Nuh(ə), İbrahim(ə), Musa(ə), İsa(ə), və Muhəmməd(s). Bu peyğəmbərlərin hər biri müxtəlif dövrlərdə insanları hidayət etməyə çalışmışlar. Bəşər karvanını bir mərhələdən keçirib digər mərhələyə, o biri ülul-əzm peyğəmbərə çatdırmışlar. Nəhayət, bu karvan son mərhələyə yetişərək öz yolunu tapdı, artıq özü bu yolda hərəkət etmək qüdrətinə malik oldu. Bu karvanın işi eynilə ibtidai, sonra orta, daha sonra isə ali məktəbdə təhsil alan tələbənin işinə bənzəyir. Əvvəl elmlə ibtidai şəkildə tanış olduqdan sonra orta həddə təhsil alaraq elmini başa çatdırır. Əgər bir həkim məktəb və ya universitetə getmirsə, bu, onun ləyaqətinin olmadığı mənasına gəlməz. Əksinə, bunun səbəbi onun əldə etdiyi məlumatları ilə öz elmi çətinliklərini həll etməyə qadir olmasıdır.

    2.Dünya ictimaiyyətinin vəziyyətinin zaman keçdikcə dəyişdiyini nəzərə alsaq, İslamın sabit qanunları insan ehtiyacların necə ödəyə bilər?

    Bu sualın cavabında deyirik: İslamın iki cür qanunları var; 1. Bir sıra sabit və dəyişilməz qanunlar. Məsələn, tövhid, ədalət, zülm və haqsızlıqla mübarizə və s. 2.Ümumi və mövzuların dəyişilməsi ilə dəyişən qanunlar. Yəni, zaman dəyişdikcə qanun da zamana uyğun olur. Bu cür qanunlar həmişə insan ehtiyaclarını ödəməyə qadirdilər. Məsələn, İslamda yəni, «əhdlərinizə vəfa edib sadiq qalın» kimi ümumi bir qayda var. Şübhəsiz ki, zaman ötdükcə faydalı olan yeni ictimai, ticari, siyasi əhdlər bağlanır. İnsan yuxarıda deyilən ümumi qaydanı əlində əsas tutaraq bu əhdlərə, müqavilələrə vəfa edib sadiq qala bilər. Yaxud şəriətdə «zərərsiz qayda» adlı ümumi bir qanun var. Bu qanunla insan cəmiyyətin zərərinə olan bütün işlərin qarşısını ala bilər. Görün, İslamın bu ümumi qaydası nə qədər çətinliyi aradan qaldırır! Bu cür qaydalara İslamda çox rast gəlmək olar.

    Fikirləşin və cavab verin.

    1.Xatəmiyyət nə deməkdir?

    2.Quran ayələrindən xatəmiyyət məsələsini necə anlamaq olar?

    3.Nə üçün bizimlə eyni zamanda yaşayan insanlar peyğəmbərlərdən məhrum olmalıdırlar?

    4.İslam qanunları neçə hissəyə bölünür və insan ehtiyaclarını necə ödəyir?


     

    Kitabın adı: Gənclər üçün üsuliddin haqqinda 50 dərs
    Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi


     
     
    Bölmə: Dərslər / Üsuliddin
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: DİNİM İSLAM | Status: İstifadəçi Offline | 30 Temmuz 2014 23:47 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZİ OLSUN...ALLAH EZİYYETİNİZİ HEC VAXT İTİRMESİN....AMİN..
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Zəhra Huseynçi | Status: İstifadəçi Offline | 30 Temmuz 2014 21:11 | İstifadəçi | Şərh yazdı
    QARDAW ALLAH RAZI OLSUN HAQINIZI HALAL EDINMEN BU DERSLERI OZUMCUN KOPYA EDIREM COX SAG OL ALLAH RAZI OLSUN COX WEY OYREDIRSIZ

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.