» » Əmirəlmömininin (ə) bütün dövrlərdə bütün nəsillərə vəsiyyəti


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Əmirəlmömininin (ə) bütün dövrlərdə bütün nəsillərə vəsiyyəti
    0
    Müəllif: Fatimə Nuri Xuda | 20-07-2014, 17:00 | Baxılıb: 1 372
     
     

     
    Əmirəlmömininin (ə) bütün dövrlərdə bütün nəsillərə vəsiyyəti

    Vəsiyyətin sonrakı cümlələrini Əmirəlmöminin (ə) ümumi şəkildə buyurur: "Siz iki oğluma, bütün övladlarıma, ailəmə və bu vəsiyyətnamənin çatdığı hər bir kəsə vəsiyyət edirəm".

    Buna əsasən, burada əyləşən sizlər və bu vəsiyyətnaməni oxuyan mən də Əmirəlmömininin (ə) müraciət tərəfi sayılırıq. Buyurur ki, sizin hamınıza vəsiyyət edirəm. Nəyi? Yenə Allah təqvasını - yenə təqva! Əmirəlmömininin (ə) birinci və axırıncı sözü təqvadır. Onun ardınca buyurur: "Və işinizdə nizam-intizamlı olmağı vəsiyyət edirəm". Bu nə deməkdir? Yəni həyatda gördüyünüz bütün işlər nizam-intizamlı olsun? Mənası budur? Bu da ola bilər, amma buyurmadı ki, "işlərinizi" nizam-intizama salasınız, buyurdu ki, "işinizi". Yəni nizam-intizama salınmalı məsələ bir şeydir. Bunu cəm formasında deməmişdir. İnsan anlayır ki, bu iş hamı üçün müştərək bir məsələdir. Mənim fikrimcə, burada məqsəd İslam quruluşu, İslam hakimiyyətidir. Yəni hökumət və quruluş məsələsində nizam-intizamlı və planlı rəftar edin.

    İslam dünyası həmin nizamsızlıqlara və xudpəsəndliklərə görə bu vəziyyətə düşdü. Əgər Əmirəlmöminin (ə) İslam dünyasının rəhbəri seçiləndə, bütün İslam ümməti ona beyət edəndə həmin beyətə sadiq qalsaydılar, bu fəlakət və bədbəxtliklər baş verməzdi. Peyğəmbər (s) buyurub ki, əgər bir şəxs imam olsa, xalq onu qəbul etsə və bu işdə Allahın razılığı olsa, heç kimin ona qarşı çıxmağa haqqı yoxdur. Əgər Peyğəmbərin (s) bu cümləsinə əməl olunsaydı, o döyüşlər baş verməzdi; nə Cəməl döyüşü, nə Siffeyn döyüşü, nə Nəhrəvan döyüşü. Bəzi adamların öz istəklərinə görə xalqı sarsıtmaları, o tərəf-bu tərəfə çəkmələri, hakim sistemi və ölkənin ümumi nizam-intizamını pozmaları böyük fəlakətdir. Əmirəlmöminin (ə) vəsiyyətnamənin bu hissəsində onu qadağan edir və əksini tapşırır.

    Vəsiyyətin ikinci hissəsində buyurulan üçüncü qayda mehriban yaşamaqdır; yəni bir-birinizlə mehriban olun, ürəklər bir olsun, söz birliyiniz olsun, aranızda ixtilaf və ayrılıq olmasın. O, bu cümləni buyurarkən Peyğəmbərin (s) sözündən bir məsəl də çəkir. Bəlli olur ki, bu məsələ üzərində xüsusi təkidi var və ondan qorxur. Bu o demək deyil ki, insanların mehribanlığı işin nizam-intizamlı olmasından daha əhəmiyyətlidir, əslində bu cəhətdən təhdidin daha güclü olduğuna görədir. Ona görə Peyğəmbərdən (s) belə bir sitat gətirir: "Sizin babanızdan belə bir söz eşitmişəm: "İnsanlar arasında mehribanlıq hər bir namaz və orucdan yaxşıdır". Demir ki, bütün namaz və oruclardan yaxşıdır; buyurur ki, hər bir namaz və orucdan yaxşıdır. Siz öz namaz və orucunuzla məşğul olmaq istəyirsiniz, amma fəziləti bunların hər ikisindən çox olan bir iş var. O nədir? O, insanlar arasında mehribanlıq yaratmaqdır. Əgər İslam ümməti arasında ixtilaf və ayrılığın olduğunu görsəniz, gedib onu düzəldin. Bu, namaz və orucdan daha dəyərlidir.

    Əmirəlmömininin (ə) vəsiyyətində yetimə nəvazişin əhəmiyyəti

    Bu cümlədən sonra qısa, dərin və yanıqlı sözlərlə buyurdu ki, yetimlərin qayğısına qalın, onları heç zaman unutmayın. Bu çox mühüm məsələdir. Görün bu insanşünas, allahşünas, psixoloq və xeyirxah insan necə xırdalıqları görür! Bəli, yetimlərin qayğısına qalmaq yalnız fərdi və adi duyğusal mərhəmət deyil. Həyatın ən zəruri ehtiyaclarından biri olan atasını əldən vermiş uşağın uyğun ehtiyacını hansısa bir yolla təmin etməlisiniz. Bunu təmin etmək mümkün olmasa da, atasını itirmiş gəncin, yeniyetmənin və uşağın əldən çıxmasına imkan verməməlisiniz. "Yetimlərin qayğısına qalın, onları ac qoymayın!" Yəni belə olmasın ki, onlar hərdən yeməyə bir şey tapsınlar, hərdən yox. Onların məişət məsələsi ilə maraqlanın. "Siz ola-ola onlar tələf olmasınlar", yaddan çıxmasınlar. Əgər siz olmasanız, xəbərsiz olsanız, heç, amma siz ola-ola heç bir yetim diqqətdən kənarda qalmasın. Məbada hər kəs öz işinin ardınca getsin və yetim uşaq yalqız qalsın.

    Qonşuların hüququ

    Sonra buyurur ki, qonşularınızın qayğısına qalın, bu məsələni kiçik saymayın. Bu, çox mühüm məsələdir, böyük bir ictimai rabitədir. İslam dini insanların fitrətinə uyğun olan bu məsələyə böyük diqqət ayırmışdır. İnsan fitrətindən uzaq olan sivilizasiyalarda isə bu dəyərlər itmişdir. Biri bir neçə il bir evdə yaşayır, amma qonşusunun kim olduğunu və necə yaşadığını bilmir. Problem və müsibətlər zamanı insanların ehtiyacları ilə kim maraqlanmalıdır?!

    Qonşularınızla maraqlanın. Burada məqsəd yalnız iqtisadi və maddi cəhət deyil. Sözsüz ki, bu da mühüm məsələdir, amma məqsəd bütün insani cəhətlərdir. O zaman cəmiyyətdə necə ülfətin yarandığını və çarəsiz dərdlərin necə sağaldığını görəcəksiniz. Sonra buyurur: "Bu, peyğəmbərinizin (s) vəsiyyətidir. O, qonşuları o qədər tapşırırdı ki, biz qonşu üçün də irsin təyin olunacağını düşünürdük".

    Quranı dərk və ona əməl etmək

    Sonra buyurdu ki, Quranı sizə tapşırıram; digərləri, Qurana etiqadı olmayanlar ona əməl etməkdə sizdən önə keçməsinlər və siz ona etiqadlı olduğunuz halda əməl etməyib geridə qalmayın. Bu hal indi yaranmışdır. Dünyada öndə gedənlər yorulmazlıqla, müntəzəm fəaliyyətlə, yaxşı çalışmaqla və Allah-Taalanın sevdiyi digər xüsusiyyətlərlə önə keçdilər, fəsadları, şərabları və zülmləri ilə yox.

    Mən dəfələrlə demişəm: Əgər dünyada elmi inkişaf etdirən bu Qərb ölkələrində bəzi yaxşı xüsusiyyətlər olmasaydı, bu inkişaflara nail olmazdılar və başqalarına etdikləri zülm onları məhv edərdi. Yaxşı xüsusiyyətlər onların qalıb inkişaf etmələrinə bais oldu. Biz o xüsusiyyətləri tərk etmişik. Onlar işlərdə davamlıdırlar, vaxta qiymət verirlər, istehsal etdikləri məhsula əhəmiyyətli yanaşırlar. Əgər bizim fəhləmiz, tələbəmiz, müəllimimiz, ruhanimiz, tacirimiz, əkinçimiz və digər təbəqələrimiz bu müsbət və yaxşı xüsusiyyətlərə yiyələnsələr, ölkə birdən-birə gülüstana çevrilər. Biz yaxşı və müsbət xüsusiyyətlərə yiyələnməliyik və bu, Qurana əməl etmək deməkdir. Buyurur: "Digərləri Qurana əməl etməkdə sizdən önə keçməsinlər". Bu o demək deyil ki, Əmirəlmöminin (ə) kiminsə Qurana əməl etməsini istəmir. Əgər bütün dünya Qurana əməl etsə, o həzrət daha çox sevinər. Deyir məbada Qurana etiqadı olmayanlar ona əməl edərək sizə hakim olsunlar, önə keçsinlər, siz isə geridə qalasınız. Davamında buyurur: "Namazdan ehtiyatlı olun. Həqiqətən o, dininizin sütunudur. Allahın evindən ehtiyatlı olun. Nə qədər ki, varsınız, onun boşalmasına qoymayın. Əgər o boşalsa, sizə möhlət verilməyəcək (yaxud yaşamaq imkanınız əldən çıxacaq".

    Allah yolunda malla, canla və dillə cihad etmək

    "Allah yolunda malla, canla və dillə cihad etməyi sizə vəsiyyət edirəm". Bu işi tərk etməyin. Bu həmin cihaddır ki, İslam ümməti onu etdiyi zaman dünyanın nümunəvi xalqı idi, əldən verəndən sonra isə xar oldu. Məsihi yazıçılar İncil kitablarında Məsihin dilindən belə yazmışlar: "Əgər bir üzünə sillə vursalar, o birini gətir"; "Biz əsla müharibə tərəfdarı deyilik, mütləq şəkildə barış və mehribanlıq tərəfdarıyıq". Bu onların şüarıdır. Hələ də deyirlər. Hələ də utanmadan müsəlmanları məzəmmət edirlər ki, siz cihad, müharibə və xəncər tərəfdarısınız. Bunu o qədər dedilər ki, axırda müsəlmanlar utandılar; müsəlman yazıçı və alimlər dedilər ki, bizdə cihad yoxdur, bizim cihadımız əslində müdafiədir. Allah-Taala deyir ki, cihad et, müsəlman alim isə deyir ki, cihad müdafiədir. Allah buyurur: "Ey iman gətirənlər! Kafirlərlə bir yerə toplaşdıqları vaxt rastlaşsanız, dönüb onlardan qaçmayın!"  Onlara arxa çevrməyin, onlarla vuruşun: "Ey iman gətirənlər! Yaxınlığınızda olan kafirlərlə vuruşun!" Müsəlman yazıçı deyir ki, Allah yolunda cihad əslində cihad deyil, hücum deyil, müdafiədir. Bütün bunlar məsihilərin təbliğatının təsiridir. Sülh və barışdan o qədər danışdılar, o qədər "Müharibə pisdir, döyüş pisdir, heç kimə hücum etməyin" – dedilər ki, cihad tərəfdarı olan və cihadla izzətlənmiş müsəlmanları təcrid etdilər. Lakin sülh tərəfdarı olan o cənabların özləri harada imkan tapdılarsa, müsəlmanların günlərini qara etdilər. Bu gün Bosniya-Herseqovinada və işğal olunmuş Fələstinin Xəlil ər-Rəhman məscidində müsəlmanları qırmaqda olanlar Amerika və Avropadan gələnlərdir. Həmin avropalılar, amerikalılar və qərblilər bir ömür müsəlmanlara dedilər ki, siz cihad tərəfdarısınız və cihad pisdir. Eyni zamanda xaç yürüşlərindən bu yana məsihilər bir formada, o birilər də başqa formada bacardıqları qədər müsəlmanlara qarşı mübarizə apardılar, vuruşdular və öldürdülər.

    Bu hadisələri biz burada deməli deyilik. Xülasə, qəribə hadisələrdir. Tarixi oxuyan və bilən şəxs belə hadisələrdən ötrü qan ağlayar; həm edilən zülmlərə görə, həm də ikiüzlülüklərə görə. Sülhdən bu qədər dəm vururlar, eyni zamanda bu qədər gizli və aşkar xəncərləri var.

    Sözsüz ki, müəyyən həddi-hüdudu olan İslam cihadı isə zülm deyil. Cihadda insanların hüquqlarına zülm və təcavüz yoxdur. Cihadda yeri gəldi-gəlmədi onu-bunu öldürmək yoxdur. Cihadda müsəlman olmayan hər bir kəsi öldürmək yoxdur. Cihad – Allahın çox möhtəşəm bir hökmüdür. Əgər cihad olsa, xalqlar başıuca olarlar.

    Sonra buyurur ki, bir-birinizlə əlaqəniz olsun, bir-birinizə kömək edin, əl tutun, bir-birinizə arxa çevirməyin, əlaqələrinizi kəsməyin. Buyurur ki, yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək əməlini heç vaxt tərk etməyin. Əgər tərk etsəniz, yaxşı işlərə dəvət edən və pis işlərdən çəkindirən olmasa, pislər iş başına gələr, hakim olarlar. Əgər insanlar pisləri və pislikləri məzəmmət etməyə adət etməsələr, pislər hakimiyyətə gələrlər. Sonra siz yaxşılar "İlahi! Bizi bu pislərin şərindən qoru!" – deyə dua edərsiniz, amma duanız qəbul olunmaz.

    Əmirəlmöminin (ə) bu vəsiyyətində təxminən iyirmi ən mühüm mövzunu bəyan etmişdir. Sonra da əsaslı və həssas bi məsələyə toxunur. O əsas məsələ nədir? İntiqam almaq məsələsidir. Buyurdu ki, ey Əbdülmüttəlib övladları! Ey özlərini qisas sahibi bilən qohumlarım! Məndən sonra onun-bunun canına düşməyin, möminlərin əmiri öldürülüb deyə, kiminlə haqq-hesabınız varsa, ortaya atıb insanları məhv etməyə çalışmayın. Əgər ölsəm, məndən sonra yalnız qatilimi öldürün. Əgər bu yaradan dünyamı dəyişsəm, ona yalnız bir zərbə vurub qisas alın; bir zərbəyə qarşı yalnız bir zərbə.

    Bədbəxt və xəbis İbn Mülcəmin üstünə düşüb, onu tikə-tikə etmək qorxusu vardı. Buna görə allahşünas, Allahı axtaran və diqqətli insan olan Əmirəlmöminin (ə) camaatın qəzəb və qisas hissi ilə düşməni parçalamasından ehtiyatlanıb buyurdu: "Onun bədən üzvlərini kəsməyin. Mən Allah Rəsulunun belə dediyini eşitmişəm: "Hətta quduz iti də parçalamayın!"

    Bu, Əmirəlmömininin (ə) son vəsiyyətidir və onun müraciət tərəfi bizik. Biz bu vəsiyyətə əməl etməliyik.

     

     Mənbə: "İlahi ziyafət" kitabı

    Müəllif: Ayətullah Seyid Əli Xamenei


     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 24 Temmuz 2014 04:01 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAHIM EMIRI EL MOMINININ HORMETINE BIZLERI TEQVALI BENDELERINDEN ET CUNKI, AGAMIN EN BIRINCI VESIYYETIDIR AMIN. 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 20 Temmuz 2014 19:54 | İstifadəçi | Şərh yazdı
    ALLAH ZƏHMƏTİNİZİ İTİRMƏSİN.ALLAH KÖMƏYİNİZ OLSUN.AMİN
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.