2) Nəyə görə bu gecə əhya saxlayırıq?
Əhya sözü əslində «ihya» sözü kimi yazılır. «Ihya» sözünün mə‟nası isə «diri saxlamaq» deməkdir. «Həyy» sözü «diri» mə‟nasını «ihya» sözü isə «diriltmək» mə‟nasını ifadə edir. Lakin istilahda Qədr gecəsində insanın səhərə qədər oyaq qalaraq ibadət etməsinə «ihya» deyilir. Qədr gecəsi (Duxan, 3,4. ) təkcə oyaq qalmağın özü də ibadət sayılır. Çünki oyaq qalmanın özü bu mübarək gecəni ilin başqa günlərindən tamamilə fərqləndirir. Və hər kim Qədr gecəsində oyaq qalıb Allaha ibadət edərsə Allah ona 1000 ay ibadətin savabından artıq savab yazar. Əgər bir kəs oyaq qalmaqla narahat olursa yatmağın heç bir eybi yoxdur. Çünki onun bu gecəni oyaq qalmaq və ibadət etmək niyyəti ona bu savabı qazanmağa imkan verir. Allah bütün niyyətlərdən xəbərdardır və inşallah, bu yuxusunu onun üçün ibadət hesab edər. Çünki gecə oyaq qalıb narahat və yuxulu halda ibadət etmək düzgün deyildir. Insan gərək ibadəti eşq və həvəslə yerinə yetirsin. Əgər bir şəxs məsciddə əhya saxlayıb ibadət etmirsə, başını boş-boş söhbətlərə qarışdırırsa və ibadət etməyə meyli yoxdursa yaxşı olar ki gedib yatsın. Inşallah, Allah ona ibadət savabını vermiş olar. Bizim bu gecə məscidlərə gəlməkdən və evlərimizdə səhərə qədər oyaq qalıb Allaha ibadət etməkdən məqsədimiz budur ki, Allaha ibadət və dua edib günahlarımızın bağışlanmasını diləyək. Bu gecə Allah özü insanları də‟vət edərək onların günahlarını bağışlayır. Hər kəs bu gecə Onun qapısına getsə, əliboş qayıtmaz. Çünki Allah özü onu də‟vət etmişdir və mümkün deyil ki, kimsə onun qapısına gəldikdə əliboş qayıtsın. Bir gün Musa(ə) peyğəmbər Tur dağına ibadət etməyə gedirdi. Yolda bir nəfər ona dedi: "Ey Allahın peyğəmbəri, Allahla söhbət edərkən Ona de mənim də istəklərimi versin və dualarımı qəbul etsin. Əgər Allah mənim istəklərimi verməsə, mən Onu rüsvay edəcəyəm.” Musa(ə) peyğəmbər Tur dağında ibadət etdikdən sonra Allahla söhbət əsnasında dedi: "Ilahi, mən bura gələndə bir nəfər yolda mənə dedi ki, Allaha mənim də ehtiyaclarımı söylə.” Lakin Musa peyğəmbər həya edib həmin şəxsin dediyi kimi demədi. Allah-təala buyurdu: "Ya Musa! Həmin şəxs necə deyibsə elə de.” Musa Peyğəmbər dedi: "Ilahi, o, mənə dedi ki, əgər Allah mənim istəklərimi yerinə yetirməsə, mən Onu rüsvay edəcəyəm.” Allah-təala buyurdu: "Ya Musa! Get ondan soruş ki, əgər mən onun istədiklərini verməsəm, o məni necə rüsvay edə bilər?” Musa(ə) Peyğəmbər gəlib həmin şəxsi tapdı və onda dedi ki, Allah-təala buyurur: "Əgər onun istəklərini verməsəm, Məni necə rüsvay edəcək?” Həmin şəxs Musa(ə) peyğəmbərin əlindən tutub küçələrin birinə sarı hərəkət etdi və həmin küçədə olan evlərdən birinin qapısını döydü. Içəridən bir nəfər çıxıb soruşdu: Sizə nə lazımdır? Həmin şəxs dedi: "Ay ev yiyəsi, sən məni çağırmışdın?” Ev yiyəsi dedi: "Xeyr. Sən mənə demişdin ki, mən sənin qapını döysəm, açacaqsan?” Ev yiyəsi dedi: "Xeyr.” Həmin şəxs Musa(ə) peyğəmbərə dedi: "Ya Musa(ə), bu mənə deməmişdi ki, filan vaxt gəlib qapını döyərsən, mən də açaram. Amma mən onun qapısını döydüm, o da qapını üzümə açdı. Lakin Allah özü buyurub ki, hər vaxt Mənim qapıma gəlsən, səni əliboş yola salmaram. Indi mən Allahın qapısına getmişəm. Əgər O mənim istədiklərimi verməsə, bütün camaata elan edəcəyəm ki, Allah mənə demişdi ki, hər vaxt gəlsən, səni qəbul edəcəyəm. Lakin mən Onun qapısına getdim, O da məni əliboş qaytardı.” Buna görə də bu gecə hər kəs Allahın qapısını döyüb Ondan öz istək və tələblərini diləsə, Allah mütləq onun dualarını qəbul edər və onu əliboş yola salmaz. Bu bəhsdən nəticə aldıq ki, Qədr gecəsi çox fəzilətli, bərəkətli və xeyirli bir gecədir. Allah-təala bu gecə öz qapısına gələn bəndələrini bağışlayar və istəklərini verər.
Mənbə: "Qədr gecəsi" kitabı
Müəllif: Ocaq Nejad ağa