Qədr gecəsi nədir?
Islami hədislərə əsasən belə ehtimal edilir ki Ramazan ayının 19-21-23-cü gecələrindən biri Qədr gecəsidir. Qədr gecəsi Qur‟anın nazil olduğu gecədir. Belə ki Allah-təala Qur‟ani-Kərimdə buyurur:
"Həqiqətən Biz onu (Quranı) Qədr gecəsi nazil etdik!” Beləliklə bu mətləb ayrı-ayrı surələrdə müxtəlif şəkillərdə açıqlanır. Məsələn Bəqərə surəsində buyurur:
"Mübarək Ramazan ayı elə bir aydır ki, Quran bu ayda nazil edilmişdir.” Yuxarıda qeyd etdiyimiz ayələrdən belə nəticə alırıq ki, Qədr gecəsi mübarək Ramazan ayının gecələrindən birinə təsadüf edir. Qədr gecəsinin mübarək bir gecə olduğu barədə Allah-təala Duxan surəsində belə buyurur:
"Biz Quranı mübarək bir gecədə (Qədr gecəsində) nazil etdik” Qeyd olunan ayələrdən məlum olur ki, Qədr gecəsi mübarək bir gecədir və Quran bu gecə nazil olmuşdur. Burada belə bir sual ortaya çıxır. Əgər Quran Qədr gecəsi nazil olmuşsa, bəs Peyğəmbərin(s) peyğəmbərliyi dövründə o həzrətə nazil olan ayələr hansı ayələrdir? Cavab olaraq deyə bilərik ki Qur‟ani-Kərim iki dəfəyə nazil olmuşdur. Birinci dəfə Qur‟an bütövlükdə həzrət Peyğəmbərin(s) mübarək qəlbinə ikinci dəfədə isə 23 il ərzində tədricən, ayə-ayə və surə-surə o həzrətə nazil olmuşdur. Bu iki növ nazil olmanı Allah-təala Qurani-Kərimdə də vurğulamışdır. "Həqiqətən, biz Quranı Qədr gecəsi nazil etdik” ayəsindən və Duxan surəsinin 3-cü ayəsindən ("Biz Qur‟anı mübarək bir gecədə (Qədr gecəsində) nazil etdik”) ayəsindən açıq-aydın məlum olur ki, Qurani-Kərim bütövlükdə Qədr gecəsində həzrət Peyğəmbərin(s) mübarək qəlbinə nazil olmuşdur.
1 Qədr, 1 2 Bəqərə, 185 1 Duxan-
Quranın tədricən, ayə-ayə nazil olması haqda isə Allah-təala belə buyurur:
"Ya Peyğəmbər! Insanlara aramla (yavaş-yavaş) oxuyasan deyə, Biz Qur‟anı hissələrə ayırıb (ayə-ayə, surə-surə) göndərdik.” Beləliklə, bu ayədən də mə‟lum olur ki, Quran bir dəfə də tədricən, ayə- ayə, surə-surə nazil olmuşdur. Burada Qur‟anın həm bütövlükdə, həm də ayə-ayə nazil olması barədə ərəb dilinin qrammatikasına diqqət yetirək. Quranın iki dəfə nazil olması barədə olan ayələrə qrammatik cəhətdən nəzər saldıqda bir daha sübut olur ki, Quran bir dəfə bütövlükdə Peyğəmbərin(s) qəlbinə, bir dəfə də ayə-ayə, surə-surə 23 il müddətində nazil olmuşdur. Qeyd etdiyimiz Duxan surəsinin-3-cü və Isra surəsinin 106-cı ayələrində "nazil olma” kəlməsi işlənmişdir. "Nüzul” nazil olmağa deyilir. Inzal və tənzil sözü "nüzul” maddəsindən alınır və ikisi də "nazil olmaq” mənalarını ifadə edir. Lakin "inzal” sözü bütövlükdə nazil olmağa, "tənzil” sözü isə surə-surə, ayə-ayə nazil olmağa deyilir.
Mənbə: "Qədr gecəsi" kitabı
Müəllif: Ocaq Nejad ağa