Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) peyğəmbərlərin və Allah-elçilərinin sonuncusu olduğuna və İslamın sonuncu din kimi Allah-taala tərəfindən bəyan olunduğuna görə əbədi qalan bir mö`cüzəyə ehtiyac var idi. Bu mö`cüzə də Qur`ani-Kərim idi. O Qur`an ki, öz fəsahət və bəlağəti ilə bütün elmlərdən üstün idi. O, bütün əsrlərdə əbədi olacaq və mö`cüzə kimi qalacaq.
Qur`ani-Kərim sözün bəlağət və fəsahət cəhətinə görə ən başda duran bir müqəddəs Kitabdır. Belə ki, hələ o vaxtkı ərəblər arasında ən yaxşı bəlağət və fəsahətə malik söz ustaları bu Kitabın müqabilində aciz qalmışlar. Bu səbəbdən Qur`an dəfələrlə insanları bu sahədə mübarizəyə çağırmış və Məkkə müşrikləri öz zəifliklərin e`tiraf etmişlər. Qur`anda bu haqda oxuyuruq:
قُل لَّئِنِ اجْتَمَعَتِ الإِنسُ وَالْجِنُّ عَلَى أَن يَأْتُواْ بِمِثْلِ هَـذَا الْقُرْآنِ لاَ يَأْتُونَ بِمِثْلِهِ وَلَوْ كَانَ بَعْضُهُمْ لِبَعْضٍ ظَهِيراً
"(Ya Peyğəmbərim!) De: "Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qur’ana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər".
Bə`zi yerdə Allah-taala qur`anın on surəsini gətirməklə mübarizəyə səsləyir. Buyurur:
أَمْ يَقُولُونَ افْتَرَاهُ قُلْ فَأْتُواْ بِعَشْرِ سُوَرٍ مِّثْلِهِ مُفْتَرَيَاتٍ وَادْعُواْ مَنِ اسْتَطَعْتُم مِّن دُونِ اللّهِ إِن كُنتُمْ صَادِقِينَ (13) فَإِن لَّمْ يَسْتَجِيبُواْ لَكُمْ فَاعْلَمُواْ أَنَّمَا أُنزِلِ بِعِلْمِ اللّهِ وَأَن لاَّ إِلَـهَ إِلاَّ هُوَ فَهَلْ أَنتُم مُّسْلِمُونَ
"Yoxsa (müşriklər): "Onu (Qur’anı) özündən uydurdu!" - deyirlər. (Onlara) de: "Əgər doğru deyirsinizsə, onun kimi özünüzdən on surə uydurub gətirin və (bu işdə) Allahdan başqa, kimi bacarırsınızsa, onu da köməyə çağırın. (13) Yox, əgər (köməyə çağırdıqlarınız) sizə cavab verməsələr, bilin ki, o ancaq Allahın elmi ilə nazil olmuşdur. Ondan başqa heç bir tanrı yoxdur! (Bütün bunlardan sonra) İslamı qəbul etməzmisiniz?”
Başqa ayədə Allah-taala insanları bir surə gətirməklə belə mübarizə meydanına də`vət edir:
وَإِن كُنتُمْ فِي رَيْبٍ مِّمَّا نَزَّلْنَا عَلَى عَبْدِنَا فَأْتُواْ بِسُورَةٍ مِّن مِّثْلِهِ وَادْعُواْ شُهَدَاءكُم مِّن دُونِ اللّهِ إِنْ كُنْتُمْ صَادِقِينَ (23) فَإِن لَّمْ تَفْعَلُواْ وَلَن تَفْعَلُواْ فَاتَّقُواْ النَّارَ الَّتِي وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ أُعِدَّتْ لِلْكَافِرِينَ
"Əgər bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (Qur’ana) şəkkiniz varsa, siz də (fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər ("bu, bəşər kəlamıdır" sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bütlərinizi, şair və alimlərinizi bu işdə köməyə) çağırın! (23) Madam ki, bele bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və kibrit daşlarından ibarət olan oddan (Cəhənnəmdən) həzər edin!”
Bununla da aydın olur ki, Qur`anın söz mübarizəsinə səsləməsi həm bütün insanlara, həm də cinlərə aiddir. Əgər müşriklərdə qüdrət olsaydı sözsüz ki, bu mübarizəni qəbul edər və Qur`an müqabilində on surə və ya ən azı bir surə kimi bir yazı gətirərdilər. Başqa tərəfdən bizə mə`lumdur ki, o vaxtkı ərəb alimləri və şairləri fəsahət və bəlağət cəhətdən ən üstün insanlar idilər. Xüsusilə bilirik ki, birinci və ikinci mübarizə (Qur`an və on surə gətirmək) Məkkədə baş vermişdir. Bu zaman Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) və müsəlmanların vəziyyəti çox çətin və zəif idi. Başqa tərəfdən müşriklər Peyğəmbərin (səlləllahu əleyhi və alehi və səlləm) gətirdiyi dini İslamı təbliğ etməyə çox maneəçilik törədirdilər. Müsəlmanlara verilən əziyyət, mühasirələr və müxtəlif müsibətlər bu təzə dinin yayılmasına əngəl idi. Müsəlmanların ərəb cəmiyyəti içində çox da məqamları yox idi. Əgər Qur`an kimi bir kitab gətirmək mümkün olsaydı müşriklər bu işdən əl çəkməzdilər. Bununla da, Peyğəmbərə (səlləllahu əleyhi və alehi və səlləm) və Onun əshabına əziyyət verməkdən əl çəkərdilər.
Tarixçilərdən nəql olunur ki, bir çox hallarda müşriklərdən böyük bir dəstəsi Qur`anın əzəmətli bir kitab olmasına qəti şəkildə e`tiraf etmişdilər. Nəql olunur ki, ərəblərin o vaxtkı böyük ədib və şairlərindən sayılan vəlid ibni Müğeyrə Məxzumi adlı birisi Qur`an ayələrini eşidəndən sonra demişdi: And olsun Allaha ki Mühəmməddən elə bir sözlər eşitdim ki, nə insan, nə də cin sözüdür. Elə bir şirinliyi var idi ki, heç bir şirinlik onun dadın verməzdi. Doğrudan da o çox əzəmətli bir söz idi və o sözlərin müqabilində heç bir şey əzəmətli ola bilməz!”
Bu sözlər elə halda deyilir ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Qur`an tilavət edərkən müşriklər insanları ona qulaq asmaqdan çəkindirirdilər. Qorxurdular ki, bu sözlərin tə`siri altına düşüb haqqı qəbul edərlər. Yenə tarixçilər nəql edirlər ki, Təfil ibn Əmrud-Dasi adlı bir şair Məkkəyə gəlir. Qureyş tayfası tez onu Peyğəmbənrin (səlləllahu əleyhi və alehi və səlləm) Qur`an tilavətinə qulaq asmamasını tövsiyə edirlər. İş elə yerə gətirir ki, onun buna görə onun qulaqlarına pambıq qoyurlar. Amma az müddüt keçmir ki, şair bu işinə peşiman olur və pambığı qulağından çıxarır. Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) Qur`an tilavət etdikdə ona qulaq asır. Bu məlahətli sözlər onu riqqətə gətirir və Peyğəmbərin (səlləllahu əleyhi və alehi və səlləm) ardına düşüb onun evinə çatır. Peyğəmbərə (səlləllahu əleyhi və alehi və səlləm) belə xitab edir: Ya Mühəmməd! Sənin tayfan mənə belə sözlər tapşırmışdı. Səni eşitməyə imkan vermirdilər və hətta qulağıma pambıq da tıxamışdılar. Sonra Allah bu işdən mənim qəlbimi döndərdi və Sizin sözlərinizi eşitdim. Çox gözəl sözlər idi. Bu sözlərdan gözəl bir söz eşitməmişdim. Öz dinini mənə də tanıt!
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) cavabında İslam dinin ona tanıtdırır və o da İslamı qəbul edir. Təzədən ona Qur`an oxuyur. O da bu sözlər təkrarlayır: And olsun Allaha bu sözlərdan yaxşısın eşitməmişəm və bu işdən ədalətli bir iş görmürəm. İslama təslim oluram və haqqa şəhadət verib qəbul edirəm!
2 - QUR`ANDA GƏLƏN QEYB XƏBƏRLƏRİ:
Qur`ani-Kərimdə bir sıra qeybi hadisələrdən xəbərlər var ki, onların çoxu sonradan eynilə baş vermişdir. Onlardan: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) zamanında farslar rum imperiyasına qalib gəlmişdilər. Bu iş də müsəlmanları qəmgin etmiş qureyşi isə sevindirmişdir. Ona görə ki, rumlular e`tiqadlarına görə müsəlmanlara daha yaxın və xaçpərəst idilər. Xaçpərəstlər İsa (əleyhissalam)-ı qəbul edirdilər. Bu cəhətdən müsəlmanlar xaçpərəstlərə daha yaxın idilər. Qur`anda bu ayələr nazil olur:
الم (1) غُلِبَتِ الرُّومُ (2) فِي أَدْنَى الْأَرْضِ وَهُم مِّن بَعْدِ غَلَبِهِمْ سَيَغْلِبُونَ (3) فِي بِضْعِ سِنِينَ لِلَّهِ الْأَمْرُ مِن قَبْلُ وَمِن بَعْدُ وَيَوْمَئِذٍ يَفْرَحُ الْمُؤْمِنُونَ (4) بِنَصْرِ اللَّهِ يَنصُرُ مَن يَشَاءُ وَهُوَ الْعَزِيزُ الرَّحِيمُ (5) وَعْدَ اللَّهِ لَا يُخْلِفُ اللَّهُ وَعْدَهُ وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ
"Əlif, Lam, Mim! 2. Rumlular (bizanslılar farslara) məğlub oldular. 3. (Ərəbistana) ən yaxın bir yerdə (Şamda vəya Urdunda). Lakin onlar (bu) məğlubiyyətlərindən sonra qalib gələcəklər. 4. Bir neçə ilin içində (üç illə doqquz, yaxud on il arasında). Əvvəl də, sonra da hökm Allahındır. O gün mö’minlər sevinəcəklər; 5. Allahın köməyi ilə. (Allah) istədiyinə kömək edər. O, yenilməz qüvvət sahibi, mərhəmət sahibidir! 6. (Bu zəfəri Kitab əhlinə) Allah və’d etdi. Allah Öz və’dinə xilaf çıxmaz. Lakin insanların çoxu (müşriklər bunu) bilməzlər!”
Aradan bir neçə il keçməmişdi ki, yenidən rumlular farslara qələbə çalırlar. Bir az sonra isə müsəlmanlar Məkkə müşrüklərinə bədr döyüşündə qalib gəlirlər.
3 – ŞƏRİƏT HÖKMLƏRİNİN BƏYANI:
İslam dini insan həyatının müxtəlif səhələrində o cümlədən fərdi və ictimai sahəsində ən gözəl qanunlar vermişdir. O qanunlardan bə`zisi insanlarla Allah arasındakı ibadətə, bə`ziləri insanın öz nəfsini paklaşdırmasına və onun ictimayyətdə yaxşı məqam ələ gətirməsinə dəlalət edir. Belə qanunlar qərbdə yalnız dörd əsr bundan öncə insanlar tərəfindən ixtilaf və cəhalətlə bir yerdə kəşf və tətbiq olunmuşdur. Halbuki, İslam 1400 il bundan əvvəl insanlara tərbiyət yollarını tanıtdırmış və insanların hüquqlarını qorumuşdur. Bu gün qərbin bir çox mütəfəkkir və filosofları bu mətləbi iqrar edir və bu işi İslamın ən cazibəli cəhəti sayır.
Bununla da, biz Qur`anın mö`cüzə cəhətinə aid olan bəhsimizii qurtarırıq. Daha çox mə`lumat almaq istəyənlər bu sahədə yazılmış geniş kitablara müraciət edə bilərlər.
Mənbə: "Əqidəmiz nədir" kitabı
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |