» » » Gənclər üçün üsuliddin haqqında 14-cü Dərs


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Gənclər üçün üsuliddin haqqında 14-cü Dərs
+5
Müəllif: Admin | 11-07-2014, 21:00 | Baxılıb: 1 137

Xoşagəlməz hadisələrin fəlsəfəsi

Keçən dərs dedik ki, bəzi səhv düşüncəyə malik insanlar həyatda irəli çıxan çətinlikləri, xoşagəlməz hadisələri allahın ədalətli olmadığına, hətta bəzi hallarda Allahın olmamasına sübut kimi irəli sürürlər.

Ötən dərsdə bu hadisələrin bir qismini və onun fəlsəfəsindən ikisini qeyd etdik. İndi isə həmin bəhsin ardını davam edirik.

3)İnsan çətinliklərin qoynunda tərbiyə olunur

Bir daha təkrar edirik ki, insan heç vaxt özü-özünü çətinliyə salmamalıdır. Eyni zamanda, çətinliklərlə üzləşdikdə insanın qüdrəti, ruhiyyəsi artır. Polad parçasının isti kürənin içində qızdırılaraq döyülməsi onu möhkəmləndirdiyi kimi, eləcə də insan çətinliklərlə üz-üzə gəldikdə iradə və ruhiyyəsi möhkəmlənir.

Əlbəttə bütün insanların, bütün millətlərin çətinliklərə qarşı göstərdikləri müqavimət bərabər və eyni səviyyədə deyil. Bəzi insanlar çətinliklərin qarşısında aciz qalaraq məyus olur və mənfi nəticə yaradırlar. Bəziləri isə, çətinliklərlə üzləşdikdə mübarizəyə qalxaraq öz zəif cəhətlərini islah edirlər.

Çətinliklərlə üzləşdikdə insanların əksəriyyəti səthi və nisbi hökm verdikləri üçün yalnız onun çətinliklərini, acılığını və mənfi cəhətlərini nəzərə alırlar. Həmin hadisənin müsbət cəhətləri isə nəzərdə tutulmur.

Əlbəttə, biz həyatda baş verən bütün çətin hadisələrin müsbət cəhətinin olduğunu demirik. Ancaq heç olmasa, bir qismi bu cürdür.

Əgər böyük alimlərin həyatına diqqət yetirsəniz, görərsiniz ki, onların əksəriyyəti çətinliklər icərisində böyümüş və elmi dərəcələrə yüksəlmişlər. Naz-qəmzə, eyş-işrət içərisində böyümüş insanlar heç vaxt belə məqamlara yetişə bilməzlər. Yetişsə də, həddən artıq az insanlar yetişər.

Əsl hərbi komandirlər uzun müddət çətinliklərin, odun-alovun və müharibənin içərisində olanlardır. Həqiqi iqtisadçılar iqtisadi böhran vəziyyətində olan bazarlarda ticarət və müamilə edənlərdir. Əsl siyasətçilər isə, siyasi prblemlərlə üzləşənlərdir.

Qısa sözlə desək, çətinliklər insanı öz qoynunda böyüdür və tərbiyə edir.

Qurani-Məcid belə buyurur: «Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun». (Nisa,19).

4)Çətinliklər Allaha doğru dönüşə səbəb olur.

Ötən dərslərdə dedik ki, insanın hər bir üzvünün məqsəd və qayəsi vardır. Gözün, qulağın, ürəyin, beynin və digər bədən üzvlərinin hər birinin özünə məxsus vəzifəsi vardır. Heç biri məqsədsiz xəlq olmayıb.

Əgər insanın tək-tək bədən üzvlərinin, hətta barmaq izlərinin məqsədi varsa, necə ola bilər ki, insanın bütün vücudu qayəsiz və yaranışı fəlsəfəsiz olsun? Elə ötən dərslərdə bu qayənin nə olduğunu söyləmişdik. Bu qayə insanın hər bir cəhətdən kamilliyə və kamala çatmasıdır. Yəqin ki, bu kamilliyə çatmaq üçün insanın bir sıra təlim-tərbiyə proqlamlarına ehtiyacı var. Məhz bu səbəbdən Allah-Təala insanın fitrətində yaratdığı tövhiddən əlavə 124 min peyğəmbər və bir neçə səmavi kitab göndərmişdir. Şübhəsiz ki, bunları göndərməkdə məqsəd yalnız insanlara təkamül yolunda rəhbərlik etməkdir.

Eyni zamanda, insan bu məqsədə yetişmə və kamilləşmə müddətində törətdiyi günahların nəticəsini, əzabını görməli, Allahın fərmanından kənar hərəkət etdiyi üçün həyatda bir sıra çətinliklərlə üzləşməlidir. Bu vasitə ilə insan törətdiyi günahın nəticə və aqibəti ilə tanış olaraq Allaha tərəf qayıdır. Bu cür bəla, müsibət və çətinliklər isə həqiqətdə Allah tərəfindən göndərilmiş bir nemətdir.

Quran bu məsələni öz məntiqilə bəyan etmişdir: «İnsanların öz əlləri ilə etdikləri pis əməllər (öz günahları) üzündən suda və quruda fəsad, pozuntu əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zəhərli yağışlar yağar, zəlzələ baş verər,dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdikləri bəzi günahların cəzasını daddırsın və bəlkə onlar (tövbə edib pis yoldan) qayıtsınlar.» ( Rum, 41).

Yuxarıdakı ayəyə əsasən, müsibət və bəlaları «şər» bilmək və onları «bəla» adlandıraraq Allahın ədalətinə zidd hesab etmək səhv və məntiqsiz bir əqidədir.

Bu məsələyə nə qədər çox diqqət yetirilsə, o qədər çox onun fəlsəfəsinə yetişərik.

Fikirləşin və cavab verin

1.İnsanın yaranışındakı məqsəd nədir? Və bu məqsədə hansı yolla yetişmək olar?

2.Çətinliklərlə üzləşdikdə insanın iradə və ruhiyyəsi necə möhkəmlənir?

3.Çətinliklər içində böyüyüb, böyük elmi məqamlara çatmış insanlardan görüb, yaxud tarixdə oxumusunuzmu? Əgər bilirsinizsə, onların həyatından danışın.

4.Quran insanların etdiyi günahların əvəzi barədə nə buyurur?

5.Hansı insanlar çətinliklərdən müsbət, hansılar isə mənfi nəticə çıxarırlar?

 

 

Kitabın adı: Gənclər üçün üsuliddin haqqinda 50 dərs
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi

 

 
 
Bölmə: Dərslər / Üsuliddin
Şərhlər: 3
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 12 Temmuz 2014 11:04 | Redaktor | Şərh yazdı
ALLAH RAZİ OLSUN QARDAŞ. BU DERSLER SAYESİNDE COX SEYİ OYRENİREM ALLAH SİZDEN DAİMA RAZİ OLSUN AMİN İNSLLAH AMİN

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 12 Temmuz 2014 06:22 | Sayt nəzarətçisi | Şərh yazdı
ALLAH RAZI OLSUN

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 11 Temmuz 2014 23:03 | İstifadəçi | Şərh yazdı
INSANIN YARANISHINDA MEQSED KAMILLESHMESI,ALI MERTEBEYE YUKSELMESIDIR.BU YOL IMAN-TEQVA,ELM VE QOZAL EXLAQA SOYKENIR.
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.