"Məunə" sözünün məfhumu
Sual 6: "Məunə” söüzünün mahiyyət və məfhumunu izah edin.
İnsan həyatındakı xərclərə "məunə” deyilir. Onun aşağıdakı yönümləri var:
1. Şəxsi xərclər. Məsələn: Yemək, geyim, ev, yaşayış vasitələri, minik vasitələri, təhsil vasitələri, kompüter, evlənmə xərcləri və s.
2. Hədiyyələr. Məsələn: Xeyriyyə, sədəqə, caizələr və s.
3. Vacib və müstəhəb həcc səfərinin xərcləri, ziyarət səfəri, gəzinti və istirahət.
4. Öhdədə olan haqlar. Məsələn: Diyə, vergi və kəffarə.
Qeyd: İnsanların ehtiyaclarından əlavə olan xərclər "məunə” hesab olunmur. Beləliklə, ilin başlanğıcınadək el arasında israf hesab olunan və deyilənlərdən artıq xərclərin xümsü ödənməlidir.
Mənbə: "Xümsün hökmləri" kitabı