Cümə günündən başlayıb, qırx gün, və hər gündə 41-dəfə həmd surəsini oxusun və hər dəfə oxuyandan sonra 13-dəfə desin.
Ya mufəttihu fəttih. Ya mufərricu fərric. Ya musəbbibu səbbib. Ya musəyyiru yəssir. Ya musəhhilu səhhil. Ya mutəmmimu təmmim. Və husubullahu və ne`məl vəkil.
Hər kəs xalis niyyətlə bu xətmi oxusa, o qədər var-dövlətə malik olar ki, yığıb-yığışdıra bilməz. ("Minhac” səhifə 432).
Miybədinin "Kəşfül-əsrar” kitabında yazılıb ki, hər kəs bu surəni aşağıdakı tərzdə oxusa, inşaallah öz məqsədinə nail olar. Bir həftə ərzində hər gündə 111-dəfə və 111 salavat göndərməklə xətm etsin. Əlbəttə bir şərti də budur ki, yeddi gün ərzində heyvan əti yeməsin. Sonra öz məqsədinə çatmaqdan ötrü desin; "Bismillahir-rəhmanir-rəhim Əlhəmdu lillahi Rəbbil aləmin. Ərrəhmanir-rəhim. Maliki yəvmiddin . İyyakə nə`budu, və iyyakə nəstəin.- sonra Tovhid (Qul huvəllah) surəsini üç dəfə oxusun . Onun davamında "Allahummə kəma cəmə`tə bəynə sifatikə və əsmaikə və əf`alikə, fəcməə bəyni və bəynə hacəti, bihəqqi Muhəmmədin vəalihi əcməin" duasını oxusun. Sonra isə Həmd surəsinin qalanını yə`ni İhdinəs-siratəl mustəqim Siratəlləzinə ən`əmtə ələyhim ğəyril məğzubi ələyhim, vələzzallin " oxusun.
Müqəddəs Ərdəbilidən nəql olunub ki, hər kəs Həmd surəsini bu iki ayə ilə on gün ərzində, gündə on bir dəfə, hamısı birlikdə 110-dəfə olmaqla hər bir böyük yaxud kiçik hacət və mətləbinin olmasından asılı olmayaraq, oxusun. Bu üslub da təcrübə olunmuşdur və hacətə çatmaq üçün daha əlverişlidir.
Deyirlər ki, qüdrətli olmaqla bərabər onu yerinə yetirməkdə acizlik qarşıya çıxar. (göz dəyməsin) Üç cümə axşamı hər gecəsində bir rükət namaz qılsın, və hər rükətdə on dəfə Həmd surəsini və on bir dəfə Tovhid surəsini oxusun . Salamdan sonra (yüz) 100 dəfə salavat göndərsin.
Bir nəfər özünün yoxsulluğundan Peyğəmbərə [s.ə.v.v.] şikayət etdi. Həzrət buyurdu: Öz evinə daxil olanda salam ver və bir dəfə Həmd surəsini oxu. O kişi həzrətin buyurduğu kimi etdi; Allah-taala onun, özünün və qonşularının ruzisinə bərəkət verdi.
Əbu Süleyman nəql edir ki, Allahın Rəsulu [s.ə.v.v.] ilə kafirlərə qarşı müharibəyə getmişdim, aramızda bir kişi sər` "Epilepsie" (bir növ əsəb xəstəliyidir) xəstəliyinə tutulmuşdu. Səhabələrdən birisi Fatihə surəsini onun qulağına oxudu, o ayağa qalxıb tamamilə şifa tapdı. Bu hekayəti kainatın ağası Rəsuləllaha çatdırdılar. Həzrət buyurdu: "Hiyə ummul kitab və hiyə şifaun min kulli dain". Yə`ni o (Fatihə surəsi) ummul kitabdır (Qur`anın anasıdır) və hər dərdə şifadır.
Həmd surəsini yetmiş dəfə oxumaq hər bir dərd üçün faydalıdır.
Müqəddəs Ərdəbilidən nəql olunub ki, hər kəs həmd surəsini bu iki ayə ilə on gün və hər gündə on bir dəfə oxusun, (hamısı bir yerdə 110 dəfə olur). Bütün kiçik, böyük hacət və mətləbi olmuş olsa, belə bunları oxusa hacətinin müstəcab olmağını yaxınlaşdırar. (təcrübə olunub).
1-"Ənzələ ələykum min bə`dil ğəmmi əmənətən nuasən yəğşa taifətən minkum və taifətun qəd əhəmməthum ənfusuhum yəzunnunə billahi ğəyrəl həqqi zənnəl cəhiliyyəti. Yəqulunə həl-ləna minəl əmri min şəy`in. Qul innəl əmrə kulləhu lillahi, yuxfunə fiənfusi-him mala-yubdunə ləkə yəqulunə ləv kanə ləna minəl-əmri şəy`un maqutilna hahuna. Qul ləv kuntum fibuyutikum ləbərəzəlləzinə kutibə ələyhimul qətlu ila məzaciihim vəliyəbtəliyəllahu mafisudurikum vəliyuməhhisə mafiqulubikum. Vallahu əlimun bizatis-sudur". (Ali-İmran surəsi 154)
2-"Muhəmmədun Rəsulullahi vəlləzinə məəhu əşiddau ələl kuffari ruhəmau bəynəhum tərahum rukkəən succədən yəbtəğunə fəzlən minəllahi və rizvanən simahum fivucuhihim min əsəris-sucudi. Zalikə məsəluhum fittovrati. Və məsəluhum fil-İncil kəzərin əxrəcə şət`əhu fəəzarəhu fəstəğləzə fəstəva əla suqihi yucibuz-zərraə liyəğizə bihimul kuffaru vəədəllahul-ləzinə amənu və əmilus-salihati minhum məğfirətən və əcrən əzimən". (Fəth surəsi 29)
Mənbə: "Quranla dərman" kitabı