"Fatihətul-kitab” surəsi
(Səb`ul məsani, sual, şifa və nur)
1-İbn Həmzə Bətaini rəvayət edir ki, İmam Cəfər Sadiq (ə) buyurub: Allahın İsm-ə`zəmi (müqddəs adları) Fatihətul-kitabda yerləşdirilmişdir. ("Səvabul-ə`əmal”, Şeyx Səduq səhifə 94., "Təfsir Əyyaşi” 1-ci cild səhifə 25.)
2-Nəbiyyi-Əkrəm (s.ə.v.v.) buyurub: Hər kəs Fatihətul kitab surəsini oxusa, ona Qur`anın üçdə ikisinin ⅔ oxunmasının savabını verərlər. Elə bil ki, hər mö`min və mö`minəyə sədəqə vermişdir. Yenədə bu məzmunda ayrı bir rəvayətdə az fərqlə nəql olunub. Elə bil ki, o Qur`anın hamısını oxumuşdur. Übəyy ibn Kə`b deyir: Mən Fatihətul-kitabı Rəsuli-Əkrəm [s.ə.v.v.]-ə oxudum. Həzrət buyurdu: And olsun Allaha ki, Mənim canım onun əlindədir, Tövratda, İncildə, Zəburda, və hətta Qur`anın özündə bunun kimi surə yoxdur. Bu surə Ummul-kitabdır (kitabın anası) və səbu-məsanidir (yeddi ayədən ibarətdir) .Bu surə Allah və bəndə arasında bölüşdürülmüşdür və bəndə istədiyini ala bilir. Məhəmməd ibn Məs`ud Əyyaşi nəql edir ki, Nəbiyyi-Əkrəm [s.ə.v.v.] Cabirə buyurdu: Ey Cabir, istəyirsənmi Allah öz kitabında nazil etdiyi yaxşı surəni sənə öyrədim? Cabir dedi: Bəli atam-anam səna fəda olsun Ya Rəsuləllah öyrət mənə. Sonra Rəsuli-Əkrəm [s.ə.v.v.] Həmd surəsi ki "Ummul-kitab" adlanır, ona öyrətdi. Sonra isə Həzrət buyurdu: Ey Cabir onun fəziləti haqqında bilmək istəyirsənmi? Dedi: Bəli atam-anam sənə qurban. Həzrət buyurdu: Bu surə ölümdən başqa hər bir dərdə şifadır. (xərçəng, iflic, həsəd...]. İmam Sadiqdən [ə] nəql olunub ki, əgər bir kəs Həmd surəsindən şifa ala bilməsə, heç bir şey onu sağaltmaz.
Əmirəlmö`minin Əli [ə] Nəbiyy-Əkrəmdən [s.ə.v.v.] nəql edir ki, Allah mənə buyurdu: "Vələqəd atəyna səb`ən minəl-məsani vəl-qur`anil-əzim ". Ey Məhəmməd biz yeddi ayəni ki, iki dəfə sənə nazil olub, göndərdik. (Hicr surəsi 87-ci ayə.)
Həzrəti Məhəmməd [s.ə.v.v.] buyurur: Allah Həmd surəsini bütün Qur`anın bərabərində qərar verdi, və xüsusilə onu nazil edəndə mənə minnət qoyub buyurdu ki, Fatihətul-kitab Ərş xəzinəsinin ən qiymətli surəsidir. Allah-taala bu surəni Məhəmmədə [s.ə.v.v.] məxsus edib, ona şərafət bəxş etdi, və Həzrət Süleymandan [ə] başqalarını bunda şərik etmədi. Ancaq Süleyman Peyğəmbərə bu surədən Bismillahir-rəhmanir-rəhim nazil edildi. Necəki Qur`an Bilqeysin dilindən belə hekayət edir: Süleyman [ə] tərəfindən mənə bir məktub verdilər ki, Bağışlayan və mehriban Allahın adı ilə başlanır. Həzrət sonra buyurdu: Hər kəs onu (həmd surəsini) oxusa, Məhəmməd [s.ə.v.v.] və onun əhli-beytilə zahirdə və batində dost və onlara iman gətirib, fərmanlarına itaət etmiş olar. Allah-taala hər bir hərfin müqabilində ona savab verər ki, onun hər biri dünyadan və onun xeyirlərindən üstün olar. Əgər bir kəs bu surə oxunanda ona qulaq versə, oxunuşun və onu üçdə birisinin ⅓ savabını alacaqdır. Bunları qənimət sayıb, çoxaldın, vaxtı ötüb keçməsin ki, sonra onun həsrəti qəlbinizdə qalar.
Bu surəni qırx dəfə qabdakı suya oxuyub, sonra onu xəstəyə içirin, və sədəqə də verin. Sədəqə verilən şəxsə deyin ki, (filan) xəstənin sağalması üçün dua et.
Cümə axşamı mühüm şeylərin hasil olması üçün Həmd surəsini 1011-dəfə oxuyun .(təcrübə olunub).
Əhəmiyyətli şeylərin hasil olması, bəlanın və düşmənin dəf olması üçün bu surəni xətm edin.
Şənbə günü (altıncı gün) 70-dəfə, yekşənbə günü (bazar günü) 60-dəfə, duşənbə günü (birinci gün) 50-dəfə, se şənbə günü (ikinci gün) 40-dəfə, çahar şənbə günü (üçüncü gün) 30-dəfə, pənc şənbə günü (dördüncü gün) 20-dəfə, cümə günü (beşinci gün) isə 10 dəfə Fatihə surəsini oxuyun. (təcrübə olunmuşdur).
Ardı var...
Mənbə: "Quranla dərman" kitabı