Ya Əli (ə)
Rəsuli-vəsi-Xudasan, YA ƏLİ!
Hikmətü-bəxşiş-səxasan, YA ƏLİ!
Aləmin qəlbi köksündə can kimi,
Aləmi-eşqi-vəfasan, YA ƏLİ!
Hər iki məkan sənin adınladır,
Eşq-iman bir qalasan, YA ƏLİ!
Yarı peyğəmnbər eşqin TANRIYLADIR,
Rahu-haqq canla fədasan, YA ƏLİ!
Aləmin əqlü çatammır elminə,
İlahi-batin-mənasan, YA ƏLİ!
Aləmi-dünya-cahanu bir fəna,
Cənnətü-Rizvan-bəqasan, YA ƏLİ!
Kim sənin adın çəkir, tapır nicat,
Hər kəsə dəva-şəfasan, YA ƏLİ!
Şölənlə yanır aləm-yer, bərqərar,
Sən QURAN-şəmsi-ziyasan, YA ƏLİ!
Heydərü-Kərrarü sən, şahu-mərdan,
Məbəsü-Ərşü-Əlasan, YA ƏLİ!
Dinü-İslama bağl cismü-ruhun,
İrfanü-Haqqa nidasan, YA ƏLİ!