Ya Həzrəti Məsumə!
Xanım Zeynəbə bənzər, Ya Həzrəti Məsumə!
Ey imamzadə ziyvər, Ya Həzrəti Məsumə!
Atan Museyi-Kazım zindanda yatan zaman,
İstədi görə Sənin camalını bircə an.
Baxdı zindanda qolu bağlanıb möhkəm, yaman,
Zənciri kəsdi nəzər, Ya Həzrəti Məsumə!
Üz tutub etdi səfər, Ya Həzrəti Məsumə!
Tez çatıb ay işığı, evində görsün Səni,
Desin son sözünü, üzündən öpsün Səni.
Tanrıya bir əmanət, tapşırıb versin Səni,
Cənnətü-Rizvan-Kövsər, Ya Həzrəti Məsumə!
Üz tutub etdi səfər, Ya Həzrəti Məsumə!
Yetişdi gecə yarı, astadan qapın vurdu,
Uşaqlar yatmış, səsə təkcə Məsumə durdu.
Gördü bir qoca kişi, qapı ağzında vardı,
Tanıdın onu görən, Ya Həzrəti Məsumə!
Üz tutub etdi səfər, Ya Həzrəti Məsumə!
Sarıldı atasının boynundan Məsumxan,
Söylədi İmam: Zəncir, kəsmiş boynumu yaman.
Xanım yaranı görcək, buraxdı boynun həmən,
Vermədi zəhmət,xətər, Ya Həzrəti Məsumə!
Üz tutub etdi səfər, Ya Həzrəti Məsumə!
Etdi üzdən nəzərin, baxdı İmam Rzaya,
Körpələr mışıl-mışıl, sığınmışdı anaya.
Tapşırıb, etdi dua, ailəsin Xudaya,
Mələklər verdi xəbər, Ya Həzrəti Məsumə!
Üz tutub etdi səfər, Ya Həzrəti Məsumə!
İndi Qum şəhri hərəm, olmuşdur hər möminə,
Aşiqi sadiqlərin eşqin düşüb qəlbinə.
Qisməti olsun sənin ziyarət-hərəminə,
Zəvvari dünya-bəşər, Ya Həzrəti Məsumə!
Üz tutub etdi səfər, Ya Həzrəti Məsumə!