» » » Gənclər üçün üsuliddin haqqında 10-cu Dərs


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Gənclər üçün üsuliddin haqqında 10-cu Dərs
    0
    Müəllif: Admin | 27-06-2014, 21:00 | Baxılıb: 1 382

     

     

    X dərs

    Həddən artıq kiçik məxluqatlar dünyasında

    Biz bu dünyanın maraqlı və möcüzəli məxluqatı arasında yaşadığımız ücün bunlara adət etmişik.

    Misal ücün:

    1)Bizim ətrafımızda həddən artıq kiçik heyvan və həşaratlar yaşayırlar ki, bunların bəzilərinin həcmi ola bilsin ki, bir-iki millimetrdən artıq deyil. Bununla belə, onların da böyük heyvanlar (hətta insanlar) kimi əli, ayağı, başı, gözü, qulağı, hətta beyni və sinir sistemləri vardır.

    Əgər bir qarışqanın beynini mikroskop altına qoyub baxsaq, onun təəccüblü və maraqlı olduğunu görərik. Qarışqanın bədəninə başçılıq edən müxtəlif hissələr onun beynində bir-birinin yanında düzülmüşlər. Bu hissələrdən birinin fəaliyyətdən düşməsi qarışqanın bədəninin bir hissəsinin işdən düşməsinə səbəb olacaqdır.

    Təəccüblü budur ki, qarışqanın iynə ucu boyda (bəlkə də kiçik) olan başında bir aləm zövq, mədəniyyət, hünər, huş və s. vardır. Belə ki, bir çox alim ömrünün çoxunu bu heyvanın üzərində gedən təcrübələrə həsr etmiş və qarışqaya aid olan digər maraqlı məsələləri öz kitablarında yazıb gələcək nəsillərə çatdırmışdır.

    Bu heyvanda bu qədər zövqü, huşu və s. xəlq edən varlıq heç bir zövq və huşa malik olmayan təbiət ola bilərmi?

    2)Atomların sirli dünyası.

    Bildiyiniz kimi dünyada indiyədək kəşf olunmuş ən kiçik varlıq atom və onun təşkil olunduğu hissələridir. Atom o qədər kicikdir ki, ən böyük mikroskoplar (samanı dağ boyda göstərən mikroskoplar) da onu görməkdə acizdirlər.

    Atomun nə qədər kiçik olduğunu öyrənmək üçün bunu bilmək kifayət edər ki, suyun bir damcısında dünyanın bütün adamlarının sayı qədər atom var. Bir santimetr uzunluğunda nazik bir simin (məftilin) içində olan protonları saymaq istəsək və bu işdə min nəfər insan da bizə kömək etsə, hər saniyədə protonların birini ayırsaq, gecələri sübhə kimi qalmaq şərti ilə 30 ildən 300 ilə qədər (atomların müxtəlifliyinə görə) vaxt lazımdır ki, onların hamısını sayıb qurtaraq.

    Bir santimetr simin içində bu qədər atomun olduğunu bildikdə, görün bütün dünyada (yer, göy, su hava və s.) nə qədər atom vardır? Bəşəriyyətin fikri onları saymaqdan yorulmazmı? (Əlbəttə, hamısını saymaq qeyri-mümkündür). Onların sayını yalnız onları və bütün dünyanı yaradan Allah bilir.

    Atomlar tövhid dərsi öyrədirlər

    Atom tanıma bu günkü zamanda olan elmlərin ən əsas və ən maraqlılarndan biridir. Bu kiçik varlıq bizlərə tövhid dərsi öyrədir. Çünki atom dünyasında dörd şey diqqəti daha çox cəlb edir:

    1)Fövqəladə bir quruluş

    İndiyə qədər elektronlarının sayı tədricən birdən başlayan və yüzdən yuxarıda qurtaran yüzdən çox ünsür kəşf olunmuşdur. Bu təəccüblü quruluşun şüursuz bir varlıq tərəfindən yaradılması ağla-sığmazdır.

    2)Qüvvələrin bərabərliyi

    Bilirik ki, iki əksqütblü elektrik qüvvəsi (mənfi və müsbət) bir-birini cəzb edir. Buna əsasən, gərək, mənfi elektriki olan elektronlar və müsbət elektriki olan elektronlar bir-birini cəzb etsin.

    Başqa bir tərəfdən də bilirik ki, elektronların öz mərkəzləri ətrafında hərəkəti dəfetmə qüvvəsi yaradır. Buna əsasən, dəfetmə qüvvəsi elektronları atom mühitindən uzaqlaşdırmaq istəyir. Cazibə qüvvəsi isə elektronları cəzb edib atomları məhv etmək istəyir.

    Burada gərək diqqət edək və görək ki, necə də dəqiq hesablama sayəsində cazibə və dəfetmə qüvvəsi atomlarda quraşdırılıb. Elektronlar nə qaça bilir, nə də cəzb oluna bilirlər və həmişə bərabər səviyyədə hərəkətdədirlər. Belə bir quruluşu və bərabərliyi kor-koranə bir təbiət yarada bilərmi?

    3)Hər biri öz xəttində

    Dedik ki, atomlardan bəzilərinin çoxlu elektronları vardır. Lakin bu elektronların hamısı bir xətt üzrə hərəkət etmir. Əksinə, onların hər birininn özünə məxsus müəyyən bir hərəkət xətti vardır. Milyon illərlə bu elektronlar bir-biri ilə toqquşmadan, sürətlə öz xəttləri üzrə hərəkət edirlər.

    Onların hərəsini öz xəttində yerləşdirmək və nizamla hərəkətə gətirmək sadə işdirmi?

    4)Atomun əzəmətli qüvvəsi

    Atomun əzəmətli qüvvəsini bilmək ücün təkcə aşağıdakı məsələni bilmək kifayət edər.

    1945-ci ildə Meksikanın quraq səhralarının birində atom bombası təcrübəsi aparıldı. Çox kiçik bir atom bombasını poladdan hazırlanmış bir binanın üstünə atdılar. Partlayış nəticəsində bina əriyib suya dönmüş, daha daha sonra isə buxara çevrilmiş, partlayış zamanı dəhşətli bir alov və səs (partlayış səsi) çıxmışdı. Alimlər oraya gəldikdə qaladan hec bir əsər-əlamət görmədilər.

    Həmin ildə amerikalılar tərəfindən Yaponiyanın Xirosima (6 avqust 1945) və Naqasaki (9 avqust 1945) şəhərlərinə kiçik atom bombası atıldı. Xirosimada 30-40 min nəfər ölmüş, həmin miqdarda insan yaralanmış və radioaktiv şüalanmaya məruz qalmışdı. Naqasikidə isə 70 min nəfər ölmüş və 70 min nəfər yaralanmışdır. Buna görə də Yaponiya Amerikaya təslim olmaq (boyun əymək) məcburiyyətində qalmışdır.

    Mütərcimdən: Atom bombası, nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombasıdır. İlk atom bombası ikinci dünya müharibəsinin sonunda ABŞ-da hazırlanmışdır. Atom bombası havada (istənilən hündürlükdə, yer səthində və su altında, lazımi dərinlikdə ) partladıla bilər.

    1945-ci ilin iyulunda ABŞ atom bombasını sınaqdan çıxardıqdan sonra Yaponiyanın Xirosima (6 avqust) şəhərlərinə partlayış gücü 20 min «T» trotil partlayışına ekvivalent olan 2 bomba atmışdır. (Yaponiyada olan tələfatın sayında kitabda  deyilənlə buradakı miqdarda fərq vardır). Xirosomada 200 minə yaxın adam ölmüş və itkin düşmüş, 160 minə yaxın adam yaralanmış və radioaktiv şüalanmaya məruz qalmışdır. Naqasikidə isə 73 mindən adam ölmüş və itkin düşmüş, sonralar şüa xəstəliyindən və yaralanmadan daha 35 min adam ölmüşdür. (Azərbaycan Sovet Ensiklopediyası).

    Təkcə bir atom haqqında mütaliə etmək insanın Allahı tanımağına kifayət etməzmi? Belə nəticəyə gəlmək olar ki, Allahın varlığına dünyada olan atomların sayı qədər sübut vardır. Qurani Məcid bu barədə buyurur: «Əgər yerdəki bütün ağaclar qələm, dərya isə mürəkkəb olsaydı və yeddi dərya belə ona qoşulsaydı, yenə də Allahın sözləri (yazılıb) tükənməzdi.» (Loğman, 27).

    Fikirləşin və cavab verin

    1.Qarışqaların maraqlı və sirli həyatı barəsində başqa maraqlı əhvalatlar bilirsinizmi?

    2.Bir atom quruluşunu lövhədə çəkə bilərsinizmi?

    Allahın sifətləri

    Bilin ki, Allahı tapmaq, yəni Allahın vücudunu dərk etmək dünyadakı məxluqat barədə mütaliə etmək yolu ilə çox asandır, lakin Allahın sifətlərini tanıyıb bilmək üçün çox diqqət etmək lazımdır.

    Yəqin ki, soruşacaqsınız: «Nə üçün?»

    Sualın cavabı çox asandır. Çünki Allahın heç nəyi bizə, bizim gördüklərimiz və eşitdiklərimizə bənzəmir. Deməli, Allahın sifətlərini tanımağın ilk şərti onun sifətlərini məxluqatın sifətlərinə bənzətməməkdir. Yəni, onu heç bir təbii məxluqa oxşatmaq düzgün deyil. Burada iş bir az çətinləşir (və Allahın sifətlərini tanımaq çox diqqət və araşdırma tələb edir). Çünki biz təbiətin qoynunda böyüyüb başa çatmış və bütün əlaqəmiz təbiətlə olmuşdur. Həmişə təbiətlə ünsiyyətdə olduğumuz üçün hər şeyi təbiətlə müqayisə etməyə öyrənmişik. Başqa sözlə desək, bizim gördüyümüz şeylərin hamısı cisim və cismin xüsusiyyətləri olmuşdur. Yəni, müəyyən bir zaman və məkana malik olan məxluqların hərəsinin özünə məxsus xüsusiyyətləri olmuşdur. Belə bir halda, belə bir vəziyyətdə nə cismi, nə məkanı və zamanı olan, eyni zamanda bütün zaman və məkanı əhatə edən və heç bir cəhətdən məhdudiyyəti olmayan Allahı anlayıb, tanıyıb, onu qəbul etmək çox çətin bir işdir. Yəni, bu barədə çox diqqət etmək lazımdır.

    Qeyd etməliyik ki, biz Allahın əsl zatını, əsl həqiqətini heç vaxt anlaya bilməyəcəyik və heç bunun intizarında da olmamalıyıq. Bu iş ucu-bucağı olmayan böyük bir okeanı kiçik bir qabda yerləşdirməyə, yaxud ana bətnində olan bir uşağın dünyadakı bütün işlərdən xəbərdar olmasına bənzəyər. Belə iş mümkündürmü?

    Qısa sözlə desək, Allahın sifətlərini məxluqatın sifətləri ilə müqayisə etmək düzgün deyil.

    Allahın «Cəmal» və «Cəlal» sifətləri

    Adətən, Allahın sifətlərini iki qismə bölürlər:

    1.Sübuti sifətlər yəni, Allahda olan sifətlər. (Allah üçün sübuta yetmiş).

    2.Səlbi sifətlər yəni, Allahda olmayan və Allahın onlardan pak olduğu sifətlər.

    Belə bir sual irəli çıxır: Allahın zatının necə sifəti var?

    Sualın cavabı budur ki, Allahın sifətləri bir tərəfdən sonsuzdur, digər tərəfdən isə bütün sifətləri bir sifətdə cəm olmuşdur. Çünki Allahın bütün sübuti sifətləri aşağıdakı cümlə və ifadədə cəm olur: «Allahın zatı hər cəhətdən sonsuz və bütün kamallara malik olan bir zat və varlıqdır.»

    Kamal və nöqsanların dərəcələri olduğuna görə, yəni kamal və nöqsan sonsuz olduğuna görə, belə demək olar ki, Allahın sübuti və səlbi sifətləri də sonsuzdur. Çünki hər hansı bir kamal təsəvvürə gəlsə, Allah ona malikdir və hər hansınöqsan da təsəvvürə gəlsə Allah ondan pak və uzaqdır. Deməli, Allahın sifətlərinin (həm sübuti, həm də səlbi sifətləri) sonu yoxdur.

    Allahın ən tanınmış sifətləri

    Allahın məşhur və tanınınmış sübuti sifətləri aşağıdakılardır:

    1.Alim: Yəni Allah Alimdir və hər şeyi bilir.

    2.Qadir: Yəni Allah Qadirdir və hər şeyə qüdrəti catır.

    3.Həyy (Diri): Yəni Allah diridir.

    Həm elmi, həm də qüdrəti olan diridir.  Allahın elm və qüdrəti olduğuna görə, o da diridir.

    4.Murid (İradə edən), yəni, İradə sahibidir. Öz işlərində məcbur deyil.

    Gördüyü bütün işlərin hamısı hikmət üzündəndir. Yerdə və göydə olan məxluqatın heç biri hikmətsiz və fəlsəfəsiz yaranmamışdır.

    5.Müdrik (Anlayan), yəni, Allah hər şeyi dərk edib anlayır. Hər şeyi görür, bütün səsləri eşidir, hər şeydən xəbərdardır.

    6.Qədim, Əbədi (Həmişə olan), yəni, Allah həmişə olub və olacaq. Onun vücudunun başlanğıcı yoxdur. Çünki onun varlığı onun özündəndir. Buna görə də həmişəlik və əbədidir. Çünki vücudu özündən olan bir varlıq üçün ölüm və fəna mövcud deyildir.

    7.Mütəkəllim (Danışan), yəni, Allah səs dalğalarını havada icad edib öz peyğəmbərləri ilə söhbət etməyə qadirdir. Allah danışandır dedikdə, onun üçün dil, dodağ və boğaz təsvir olunmur.

    8.Sadiq (Düz danışan), yəni, Allahın bütün dedikləri düz və həqiqətdir. Yalan danışmaq ya nadanlıq üzündəndir, ya da zəiflik üzündən. Heç bir nadanlıq və zəifliyi olmayan, əksinə, hər şeyə alim və qadir olan Allahın yalan danışması qeyri-mümkündür.

    Allahın məşhur səlbi sifətləti isə aşağıdakılardır:

    1.Mürəkkəb, yəni, Allah hissələrdən təşkil olunmayıb. Çünki mürəkkəb olan şeyin öz hissələrinə ehtiyacı var (və hissələr olmasa, həyata qədəm qoya bilməz). Allahın isə heç bir şeyə ehtiyacı yoxdur. Deməli, o, mürəkkəb deyil.

    2.Cisim: Allah cisim deyil. Çünki hər cisim məhduddur, öz şəklini dəyişir, nəhayət, mövcudluğunu itirir. (Allah isə həmişə vardır və olacaq).

    3.Məri (Görünən), yəni, Allahı görmək mümkün deyildir. Yalnız cisim gözə görünər. Allah isə cisim deyil. Demək, gözə görünməz.

    4.Allahın məkanı yoxdur. Çünki məkan cisim xüsusiyyətlərindəndir.Allah isə cisim deyil. Deməli, məkanı da yoxdur.

    5.Allahın şəriki yoxdur. Əgər şəriki olsaydı, gərək, məhdud olaydı. Çünki heç bir cəhətdən məhdud olmayan iki varlığın bir yerdə mövcudluğu mümkün deyil. Bundan əlavə, dünyadakı qanunların (nizamın) vəhdəti (birliyi) dünya Xaliqinin birliyinə sübutdur.

    6.Allahın sifətləri onun vücudunun bir neçə olduğuna dəlalət etmir. (Yəni, Allah alimdir, deməli alim bir Allah Qadirdir, deməli Qadir birAllah və s. ...). onun bütün sifətləri elə onun zatının özüdür.

    7.Allah möhtac deyildir. Əksinə, o, ehtiyacsızdır. Çünki elm və qüdrət cəhətdən kamil olan bir varlığın daha heç nəyə ehtiyacı olmaz. Quran Allahın sifətləri barədə buyurur: « Ona bənzər heç bir şey yoxdur» (Şura, 11).

    Fikirləşin və cavab verin

    1.Allahın yeganəliyinə və ona şərik olmadığına başqa sübutlarınız varmı?

    2.Bəzi məzhəblərin üç Allahlı və bəzilərinin də iki Allahlı olduqlarını eşitmisinizmi?

    Bunlar hansı məzhəblərdir?


     

     

    Kitabın adı: Gənclər üçün üsuliddin haqqinda 50 dərs
    Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi


     
     
    Bölmə: Dərslər / Üsuliddin
    Şərhlər: 3
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 29 Haziran 2014 18:31 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH RAZI OLSUN

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 28 Haziran 2014 00:34 | İstifadəçi | Şərh yazdı
    ALLAHU AKBAR. ELHEMDULILLAH QARDAS ALLAH RAZI OLSUN INSALLAH

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Zəhra Huseynçi | Status: İstifadəçi Offline | 27 Haziran 2014 21:04 | İstifadəçi | Şərh yazdı
    7.Allah möhtac deyildir. Əksinə, o, ehtiyacsızdır. Çünki elm və qüdrət cəhətdən kamil olan bir varlığın daha heç nəyə ehtiyacı olmaz. Quran Allahın sifətləri barədə buyurur: « Ona bənzər heç bir şey yoxdur» (Şura, 11).ALLAH RAZI OLSUN QARDAW HAQINIZI HALAL EDIN BIZE BU DERSLER VE BIR COX WEYLER HAQDA MELUMAT VERIRSIZ

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.