» » Məkkə İslamiyyət dövründə-1


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+1  
İstifadəçilər: 6730

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6714

Qeydiyyatdan keçiblər:
Bu gün: 1
Dünən: 2
Həftə ərzində: 2
Ay ərzində: 7

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mart 2025    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Məkkə İslamiyyət dövründə-1
    0
    Müəllif: Fatimə Nuri Xuda | 11-06-2014, 17:00 | Baxılıb: 1 537
     


    İzdivacdan besətə qədər
    Peyğəmbər 25 yaşında həzrət Xədicənin ticarət karvanında Şamdan xeyir-bərəkətlə qayıtdıqdan sonra onunla ailə qurdu.
    Xədicədən Peyğəmbərin dörd qız, iki oğlu dünyaya gəlmişdi. Oğlanların adı Qasim və Əbdullah, qızlarının adı isə Rüqəyyə, Zeynəb, Ümmü Gülsüm, Fatimə idi. Deməliyik ki, besətdən əvvəl qıtlıq olduğu üçün Əbu Talibin ailəsi çox əziyyət çəkirdi. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) belə qərara gəldi ki, əmisinin övladlarından birini–Əlini öz öhdəsinə götürsün. Həzrət Əli (əleyhissalam) bu barədə buyur: "...siz mənim Peyğəmbərin yanında boya-başa çatdığımı bilirsiniz. Mən hər gün onun gözəl əxlaqından nümunələr götürürdüm.”
    Belə bir sual ortaya çıxır: Peyğəmbər besətdən əvvəl hansı dinə etiqad edirdi?
    O bütün ömrünü təkallahlığa, Allahı tanımağa həsr etmişdi. Bunun sübutuna bir neçə dəlilimiz var. Biri budur ki, onun tərbiyəçiləri Əbdül Müttəlib və Əbu Talib tək olan Allaha inanırdılar. İkinci dəlil budur ki, Buheyra ilə danışanda Lat və Üzzanı pislədi. Üçüncüsü budur ki, tarixçilərin yazdığı kimi, Həra mağarasında Allaha ibadət edərdi. Dördüncü sübut budur ki, onun yeganə şagirdi Əli (əleyhissalam) buyurur ki, o vaxt ki, Peyğəmbəri süddən kəsdilər, Allah böyük bir mələyi onun tərbiyəsi üçün təyin etdi.

    Vəhyin gəlməsi
    Məkkənin şimal tərəfində bir dağ var ki, Həra dağı adlanır. Həmin dağın zirvəsində Həra mağarası yerləşir. Bu mağara Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in ibadətgahı idi. Bütün orucluq aylarını orada keçirərdi. İbadətdən başqa iki şey daim onun fikrini məşğul edərdi:
    1. Yer ilə göyün yaranması və onların nizamı.
    2. Cahiliyyət dövrünün haqsızlığı, bədbəxtliyi  qarşısında məsuliyyət hiss etməsi barəsində.
    Rəcəb ayının 27-ci günü Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) həmişəki kimi mağarada idi. Cənab Cəbrail Qurani Kərimin ilk ayələrini onun üçün oxudu. ("Ələq” surəsi, ayə 1-5)
    Mələklə insanın üzbəüz olması əvvəlcədən ruhi bir hazırlıq tələb edir. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) bu ruhi hazırlığı ibadətlə və yaxud yuxu görmə prosesində əldə etmişdi. Eyni zamanda Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) nazil olan ilk ayələri deməyə çəkinirdi. Cənab Cəbrail üç dəfə onu silkələyib, bu ayələri təkrarlamağa məcbur etmişdi. Bədənində bir üşütmə hiss edən Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) mağaranı tərk edib evə, Xədicənin yanına gəldi. Hiss olunurdu ki, Peyğəmbərin böyük ruhu vəhyin sayəsində daha da nurlanmışdır.
    O dağdan enəndədə bir nida onu daim müşayiət edirdi: "Mən mələk Cəbrailəm, sən Allahın Rəsulusan.” Peyğəmbər evə yetişəndə Xədicə onun simasında bir iztirab hissi keçirdiyini müşahidə elədi. Nə baş verməsini ondan soruşdu. Həzrət olmuş hadisəni danışdı. Xədicə ona ehtiramla baxdı və ona dua edib dedi ki, Allah sənə kömək edəcəkdir. Vücudunda bir yorğunluq hiss edən Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) yatmaq istədi. Dedi ki, mənim üstümü ört, üşüyürəm. Peyğəmbər yuxuya daldı. Xədicə Vərəqə ibni Nofəlin yanına getdi. (O, Xədicənin əmioğlusu, ərəblərin ən biliklisi idi.) Xədicə Peyğəmbərdən eşitdiklərini olduğu kimi ona çatdırdı. Vərəqə ibni Nofəl dedi ki, Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) düz danışandır və ona peyğəmbərlik verilibdir.
    Burada bir neçə mətləbi qeyd edək:
    1. Vəhyin ilk ayələri. (Tovhid və elm) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in şəriətinin əsaslarındandır.
    2. Peyğəmbərin şəriətinə ilk iman gətirənlər qadınlardan Xədicə, kişilərdən Əli (əleyhissalam) idi.
    Əli (əleyhissalam) "Qasiə” xütbəsində buyurur ki, İslamın qədəm basdığı ilk ailənin üçüncü şəxsi mən idim.
    3. İslamı ilk qəbul edənlərdən olan Xədicənin imanını Peyğəmbər yüksək qiymətləndirir və onun yoxluğundn kədərlənirdi. Bir gün Ayişə, Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) evi tərk edərkən ona dedi ki, Allah Xədicədən də yaxşısını sənə qismət edib. Peyğəmbər bu sözdən əsəbiləşdi və buyurdu ki, heç vaxt Allah Xədicədən yaxşısını mənə verməyibdir. O, o zaman mənə iman gətirmişdi ki, hamı məni inkar edirdi.

    Müsəlmanları mühasirəyə almaq siyasəti
    Qüreyşin başçıları müsəlmanlara təzyiq göstərmək üçün onları iqtisadi və siyasi mühasirəyə almaq qərarına gəldilər. Bununla əlaqədar bir qərar çıxarıb, onu Kəbədən asdılar. Qərarın şərtlərində müsəlmanlarla izdivac və ya müamilə, ticarət qadağan olunurdu.
    Əbu Talib əmr verdi ki, müsəlmanlar müşriklərin mühitindən uzaqlaşmaq üçün şeybi Əbu Talibdə (Əbu Talib dərəsində) cəm olsunlar. Həmin yerin ətrafında məmurlar qoydular ki, Qüreyşin həmlələri haqqında məlumat versinlər.
    Müsəlmanlar üç il müddətində min cür əzab-əziyyətlə, ac və susuz bu şəraitdə yaşadılar. Bir xurmanı iki nəfər öz aralarında bir günlük təam kimi bölürdülər. Yalnız haram aylarda, (Həcc mövsümündə) əmin-amanlıqda olurdular.
    Qüreyş hətta onlara yardım göstərməyi də qadağan etmişdi. Bütün bu qadağanlara baxmayaraq, müsəlmanlara gizlin şəkildə kömək edənlər tapılırdı. Həkim ibni Hizam-Həzrət Xədicənin qardaşı oğlu-dəvəyə bəzən azuqə yükləyib həmin dərənin yanına gəlirdi. Sonra dəvənin cilovunu üstünə atıb, müsəlmanlara sarı qovurdu.
    ...Bu təzyiqlər müsəlmanların səbrini tükəndirmədi. Amma uşaqların nalə, şivən səsi qərar çıxaran Qüreyş ağsaqqallarının bəzisini təsirləndirdi və onların öz mövqelərini dəyişmələrinə səbəb oldu. Onlardan Hişam ibni Ömər Züheyr, (Əbdül Müttəlibin qız nəvəsi idi) və Mutim ibni Ədi öz aralarında belə qərara gəldilər ki, növbəti iclasda müsəlmanlara qarşı olan qərarın əleyhinə çıxsınlar. Əbu Cəhl öz etirazını bildirdi və buna baxmayaraq, Mutim dərhal Kəbədən qərarnaməni iclasa gətirdi. Onu gördükdə hamısı təəccübdən yerində donub qalmışdı: "Bismillah” kəlməsindən başqa qərarnamənin hər yerini güvə yeyib-dağıtmışdı.
    Başqa bir rəvayətdə deyilir ki, Peyğəmbər vəhy vasitəsilə vəziyyətdən yəni güvənin qərar yazılan kağızı yeməsindən xəbərdar idi.
    Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) əmisi Əbu Talibə, o da öz növbəsində Qüreyşə məlumat verdi. Qüreyş başçıları qərara baxıb gördülər ki, Peyğəmbərin sözləri düzdür. Bundan sonra müsəlmanları azad etdilər.

     "Hüzn ili” 
    Əzab-əziyyət, məşəqqətlərdən təzə xilas olmuş müsəlmanlar acı bir hadisə ilə üzləşdilər: Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in əmisi Əbu Talib vəfat etdi. O, 42 il ərzində İslam Peyğəmbərini müdafiə edir, onu min bir xətadan qoruyurdu. Hətta Şeybi-Əbu Talibdə qalanda Peyğəmbəri qəfil hücumlardan qorumaq üçün oğlu Əli (əleyhissalam) ilə yerini dəyişərdi.
    Və ya bir gün Əbu Talibin evində yığıncaqda Qüreyş ağsaqqallarından Əcəbə dedi ki, Peyğəmbərin çarəsi yalnız ona qarşı sui-qəsd etməkdir. Əbu Talib bu sözdən çox narahat oldu. Təsadüfən, o gün axşamdan xeyli keçməsinə baxmayaraq, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) evə gəlməmişdi. Əbu Talib fikirləşdi ki, ona sui-qəsd edilib. Təcili olaraq Bəni Haşimi silahlandırıb intiqam almaq üçün səfərbər etdi. Bu vaxt Zeyd ibni Harisə Peyğəmbərin salamatlığı xəbərini gətirib dedi ki, O, yəni Peyğəmbər təbliğatla məşğuldur. Bununla da Əbu Talib fikrindən daşındı.
    Əbu Talib dünyasını dəyişəndə də oğlanlarına tapşırdı ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən muğayat olsunlar.
    Əbu Talibin İslama iman gətirməsini həm onun sözlərində, həm də Peyğəmbəri himayə etməsində görə bilərik.
    Besətin 10-cu ili, Əbu Talibin vəfatından 35 gün sonra Peyğəmbəri-İslama ruhən dayaq və arxa olan digər bir hamisi–zövcəsi həzrəti Xədicə də dünyasını dəyişdi.
    Bu iki ağır itki Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in həyatında dərin təsir bağışladı.
    Bu il tarixə "Hüzn” ili kimi daxil oldu.
    Bu müddətdə Allah-Taala Peyğəmbərə bir möcüzə də bəxş etdi, bu da onun meracı idi.

    Həzrət Xədicə haqqında Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in kəlamı
    1. Xədicə birinci qadın idi ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə iman gətirdi.
    2. Xədicə behiştin ən fəzilətli qadınlarındandır.
    3. O bir qadın idi ki, Allah-Taala Cəbrail vasitəsi ilə ona salam göndərmişdir.
    4. Xədicə elə bir qadın idi ki, hər zaman Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onu yad edər və ağlardı.
    5. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sair qadınlarına onun haqqında belə buyurmuşdu: "Xədicə mənə iman gətirəndə siz hələ kafir idiniz.”
    6. Ayişə deyərdi: Mən nə qədər çalışırdım ki, ona əziz görsənəm, hər dəfə o, Xədicəni tərifləyərdi.
    7. Xədicə bir qadın idi ki, bütün var-dövlətini İslamın ixtiyarına vermişdi.
    8. Xədicə Peyğəmbərin ən gözəl qadınlarından biri idi. O, 25 il Peyğəmbərin vəfalı ömür-gün yoldaşı oldu, 65 yaşında ikən vəfat etdi.

    Həzrət Əbu Talib haqqında Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in kəlamı
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) onun haqqında belə buyurmuşdur: "Ey mənim əmim! Sən məni, yetim bir uşaq ikən böyütdün, boya-başa çatdırdın. Böyüdükdə isə, mənə arxa, kömək oldun.”

    Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Allahin hökmüylə Mədinəyə gedir.
    Qüreyşin bütün bu tədbirlərindən sonra İslam Peyğəmbərinin Məkkəni tərk etməsi çox təhlükəli idi. O, vəziyyətdən çıxış yolunu bunda gördü ki, öz yerində (yəni yatağında) başqasını qoysun, onlar elə zənn etsinlər ki, Peyğəmbər evdədir.
    Küçələrdə və şəhərin girişində nəzarət olmasın, yəni Qüreyş keşikçilərinin nəzər-diqqəti evin ətrafına yönəlsin.
    İkinci bir tərəfdən, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in yerində yatmaq, təhlükəli olub, ölümlə üzbəüz gəlmək idi.
    İslama ilk iman gətirən şəxs–Həzrət Əli (əleyhissalam) Peyğəmbərin yolund  öz canından keçməyə hazır oldu və o din yolunda öz canını Allaha müamilə etdi: "Allahın razılığını əldə etmək üçün insanlardan bəzisi öz canından keçir.” ("Bəqərə” surəsi, ayə 207)
    Gecədən bir az keçmiş Qüreyş cəlladları evi mühasirəyə aldılar. Həzrət Əli (əleyhissalam) əvvəlcədən Peyğəmbərin yatağında uzanmışdı. Keşikçilər qapının dəliyindən baxanda evi adi halda görürdülər. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) "Yasin” surəsinin "və cəəlna min bəyni əydiyhim səddən və min xəlfihim səddən, fəəğşəynahum fəhum la yubsirun” ayəsini oxumaqla düşmənin mühasirəsindən çıxdı.
    Burada tarixçilər müxtəlif fikirlər söyləmişlər. Bəziləri deyiblər ki, kəramət (möcüzəli hadisə) gücünə keşikçilər Peyğəmbəri görməyiblər. Bəziləri də buyurub ki, keşikçilər səhərə qədər yuxlamışdılar, çünki Əbu Ləhəb gecə vaxtı evdə arvad-uşaq üçün narahatçılıq yaranmasın deyə, onların gecə hücum etməsinə mane olmuşdu.
    Belə bir fikir də mövcuddur ki, İslam Peyğəmbəri mühasirədən əvvəl evi tərk edibmiş.
    ...Keşikçilər sübhün açılmağını gözləyirdilər ki, Bəni Haşim Peyğəmbərin güruh tərəfindən öldürülməsinin şahidi olsun. Keşikçilər qılıncları siyirmiş halda evə daxil oldular. Əli (əleyhissalam) soyuqqanlıqla onlardan gəlmələrinin səbəbini soruşdu. Keşikçilər Peyğəmbəri xəbər aldılar. Əli buyurdu ki, Peyğəmbərdən xəbərim yoxdur.
     
    Mənbə: ''Məkkeyi-mükərrəmə, Mədineyi-münəvvərə və həcc ziyarəti" kitabı

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 19 Haziran 2014 11:30 | Sayt nəzarətçisi | Şərh yazdı
    BACI BU DERSI O QEDER OXUMUSAM KI GECEDE AYILTSAN SENE DANISARAM ALLAH RAZI OLSUN YADDASIMIZI SAYENDE BIR DAHA YENILEDIK

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: ZEHRA ASHİQİ | Status: İstifadəçi Offline | 11 Haziran 2014 17:13 | İstifadəçi | Şərh yazdı
    Cox sag olun melumat ucun. Yazan elleriniz,MEHEMMED(s.e.s)deye doyunen urekleriniz var olsun! Allah bu sevgini konullerden eskik etmesin.AMİN

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.