» » » Hücr ibn Ədi-2


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Hücr ibn Ədi-2
0
Müəllif: Admin | 7-06-2014, 11:03 | Baxılıb: 1 643
 

Ziyad ibn Əbih

Bu şəxsi Əbu-Süfyanın qeyri-qanuni əlaqədə olduğu qadın dünyaya gətirmişdi. O, alçaq bir nəsildən idi. Uzun müddət atasının kim olduğu bilinməmişdi. Nəhayət, Müaviyə iddia etdi ki, Ziyad onun qardaşıdır. Həmin vaxtdan onu Əbu-Süfyanın nəslindən saymağa başladılar. Kərbəla hadisəsində Hüseynlə (ə) qarşı-qarşıya dayanan Übeydullah ibn Ziyad onun oğlu idi. Məhz həmin şəxs Seyyidüş-şühəda (ə) və onun yoldaşlarını qətlə yetirdi.

İslamda bidətlər və təhriflər yaradan Ziyad və əvvəlcə adını qeyd etdiyimiz üç nəfər idi. Əhli-beytə olmazın zülmlə-rini edən bu adamlar dinin taleyi ilə oyun oynayırdılar. Onlar əməvi hökumətinin siyasət meydanının oyunçuları sayılır-dılar.

Müaviyə Həzrət Əliyə (ə) xüsusi bir düşmənçilik münasibəti bəsləyirdi. O, Əli adını eşitdikdə qəzəblənir, onun ünvanına təhqirlər yağdırırdı. Bu alçaq şəxs xalqı Əliyə (ə) lənət deməyə vadar edirdi. Həzrət Əli (ə) özündən sonra belə bir çirkin şəxsin xalqa hakim olacağı-nı, xalqın Əliyə lənət oxumağa vadar ediləcəyini öncədən xəbər vermişdi. Müaviyə daim cümə namazının xütbələ-rində Əliyə lənət oxuyardı. Hakimiyyəti altında olan bütün məntəqələrə eynən onun kimi rəftar etməyi əmr etmişdi. Yalnız 83 il sonra Ömər ibn Əbdüləzizin dövründə bu çirkin ənənə aradan qaldırıldı.

 Hansı ki həmin dövürdə həzrət peyğəmbərin "hər kəs Əlini təhqir etsə, məni təhqir etmişdir” buyuruğu ilə bütün xalq tanış idi. Bəli, bu göstərişlərə qarşı çıxıb, Əli xanədanına hörmətsiz-liyin bünövrəsini qoyan Müaviyə oldu.

Müaviyə Əli ardıcıllarını çox inci-dirdi. Bu sıxıntıdan Kufə şiələrinə daha çox pay düşmüşdü. Müaviyə Ziyadı Kufə hakimi təyin etmişdi. Ziyad Əli (ə) tərəfdarlarını yaxşı tanıyırdı. O, əlinə keçən şiələri öldürür, dara çəkir, gözlərini çıxarır, qollarını kəsir, sürgün edirdi. Məhkəmələrdə Əli tərəf-darlarının şahidliyi qəbul olunmurdu. Əhli-beyt aşiqlərinin haqqı kəsilmiş-di. Bu insanlar təqib olunmaqla yanaşı, iqtisadi sıxıntıya da məruz qalmışdı-lar.

Müğirə Əhli-beytin ən qəddar düşmən-lərindən idi. Onu yalnız vəzifə və məqam düşündürürdü. O, peyğəmbər ailəsinə zülmü ilə seçilən şəxslərdən idi. Həzrət Əli (ə) onun haqqında Əmmar Yasərə belə buyurmuşdu: "O, dinə dünyasını təmin edəcək qədər bağlıdır.”Bu şəxsin əxlaqi nöqsanları və xəyanətləri tarixin səhifələrinə kölgə salmışdır. Müğirə xilafət qəsbkarlarına göstərdiyi xidmət-lər müqabilində vəzifə əldə etmişdi.

Bura qədər deyilənlər həmin dövrə hakim olan zülmün simasını qismən tanıtdırdı. Bəli, həmin dövrdə haqq deyənlərin dilini kəsir, əyilməyən boyunları vururdular. İnsanlar yalnız Əlini sevdikləri üçün dara çəkilirdilər.

 

Bülbüllər qəfəsdə, qanadı bağlı,

Quzğun qanad çalır aranlı-dağlı,

Düşmənlər işrətdə, dostlar kəmənddə,

 İtlər açıq gəzir, ahular bənddə.

Şir qəfəsdə qalmış, tülkü bayırda

Namərdlər çəməndə, aşiqlər darda.

Bulud arxasında qaldıqca günəş

Dam üstə oturmaq bayquşa vərdiş.

Haqqı söyləyənlər düşmən əlində

Qandal qollarında, qıfıl dilində.

Başını qaldıran gəlir qılınca,

Pərvanələr yanır kamın alınca.

 

Hücr ibn Ədi vilayət həriminin müdafiəçisi olan ayıq bir müsəlman kimi bütün bu azğınlıqlara etiraz edirdi. Dinə münasibətdə damarlarından qeyrət qanı axan bu şəxs çirkin sükutu pozmaq və qiyam vəzifəsinə əməl etmək istəyirdi. Onun qəhrəmanlıqları haqqında növbəti söhbətlərimizdə danışdacağıq.

HÜcr ibn Ədi və Muğirə

Hücr ibn Ədi Əmirəl-mömininə (ə) aşiq, fəda olduğu qədər Muğirə Həzrətə (ə) düşmənçiliklə yanaşır, Kufə minbərin-dən ona aşkar lənət oxuyurdu.

Hicri 41-ci ildə imam Həsənlə (ə) Müaviyə arasında sülh müqaviləsi bağlandıqdan sonra Müaviyə Kufənin yaxınlığındakı Nüxəyləyə gəldi və namazdan sonra xütbədə açıq-aşkar elan etdi ki, sülh müqaviləsinin şərtlərinə əməl etməyəcək. Eləcə də, Muğirə Kufə əmirliyinə təyin olundu.

Amma Hücrin dini qeyrəti onu rahat buraxmırdı. O, imam Hüseynin (ə) yanına gedib, həzrəti qiyama çağırdı. Seyyidüş-şühada (ə) isə belə buyurdu: "Biz əhd-peyman bağlamışıq və bu müqaviləni pozmaq olmaz.”

Həmin il Müğirəni Kufəyə vali təyin edən Müaviyə ona tövsiyə etdi ki, Əliyə lənət oxumağı unutmasın. Əli tərəf-darlarının sıxışdırılması əsas göstərişlərdən idi. Müğirə hakimiyyətdə olduğu yeddi il neçə ay ərzində bu siyasəti izlədi. Hücr ibn Ədi fürsət tapan kimi ona qarşı çıxır, tənqid edir, xalqı ona qarşı qaldırırdı. Müğirə bütün çirkinliklərinə baxmayaraq, əlini Hücrün qanına batırmaq istəmirdi. Amma onu hədələyərək bu işin pis nəticələ-nəcəyini nəzərinə çatdırırdı.

Hücr ibn Ədi əməvi hökumətinin zid-dinə fəaliyyətini aşkarlamaq qərarında idi. O görürdü ki, Muğirə müsəlmanların büdcəsi, beytül-mal ilə oynayır, şiələrin haqqını vermir, xalqı hədələyərək, onları Əliyə (ə) lənət oxumağa vadar edir. Onun fikri zülmə qarşı çıxanları məhv etmək, Allah və Peyğəmbər (s) dinlərini aradan qaldırmaq idi. Hücr mövcud hökumətin qeyri-qanuni sayılması və ona qarşı qiyam qaldırılması üçün bu deyələnləri kifayət sayırdı.

Hücr və imamın (ə) digər vəfalı tərəf-darları ona lənət oxunduğunu gördükdə qalxıb etiraz edir və bu lənəti onların özünə qaytarırdılar. Bir dəfə cümə günü minbərə çıxan Müğirəni Hücr və onun ətrafındakılar daşladılar. O dərhal minbərdən düşdü və imarətinə qayıtdı. Muğirə Hücrə beş min dirhəm göndərərək onu susdura biləcəyini düşündü. Müğirə unudurdu ki, Hücr Allahın razılığına xatir mübarizə aparır. İlahi meydanda isə var-dövlətin heç bir təsiri yoxdur.

Bir gün yenə Muğirə minbərdən Əliyə (ə) lənət oxuduğu vaxt Hücr ayağa qalxdı və elə bir fəryad qopardı ki, məsciddən kənardakılar da onun səsini eşitdilər. Sonra Muğirəyə dedi: "Kimə lənət oxuduğunu bilmirsən? Həzrətə (ə) lənət oxumağa və günahkarlara sitayiş etməyə həris olmusan!” Otuz nəfərdən çox şəxs ayağa qalxıb bir ağızdan dedi: "Hücr doğru deyir!” İbn-Əsirin bildirdiyinə görə, məsciddə olanların üçdə ikisindən çoxu ayağa qalxdı və Hücrün səsinə səs verərək dedi: "Dediyin sözlərin bizə faydası yoxdur, göstəriş ver bizim kəsilmiş hüquqlarımızı versinlər!”

Bir qrup adam Muğirənin yanına gedib onun Hücr qarşısında susmasına etiraz etdilər. Muğirə onların cavabında dedi: "Mən Hücr ibn Ədini bu yolla məhv edirəm. Məndən sonra başqa bir əmir gələcək. Hücr onu da mənim kimi sayıb, eyni sözləri deyəcək. O vaxt həmin əmir ilkin fürsət düşən kimi onu həbs edib, qətlə yetirəcək. Mən ömrümün sonuna çatmışam. O şəxslərin qanını tökmək istəmirəm ki, özüm bədbəxt olum, onlar isə şəhadətə çatsınlar.” Muğirə bu əsasla Hücr ibn Ədi ilə keçinirdi. Hicri 51-ci ildə o, dünyasını dəyişdi. Bəsrə valisi olan Ziyad Kufə hakimliyini də öhdəsinə götürdü.

Bundan sonra Hücr ibn Ədi ilə Ziyad arasında müasibətlər gərginləşdi. Növ-bəti söhbətimizdə bu barədə danışacağıq.

Hücr ibn Ədi və Ziyad

Muğirənin ölümündən sonra Bəsrə valisi olan Ziyad Kufə hakimliyinə də təyin olundu. O, altı ay Kufədə, altı ay isə Bəsrədə qalırdı.

Ziyad Kufə valisi kimi ilk dəfə şəhərə daxil olanda olduqca sərt və hədələyici çıxış etdi. Onun ən mübariz müxalifi Hücr ibn Ədi idi. Nə vaxtsa Hücr Ziyadla həm fikir və dost olmuşdu. Amma Ziyad sonradan əməvilərə qoşuldu. O, Hücru çox yaxşı tanıyırdı və keçmişindən xəbərdar idi. Ziyad əvvəlcə Hücru hüzuruna çağırıb onunla yumşaq danışdı və əlavə etdi: "Muğirə ilə necə rəftar etdiyini bilirəm. O sənin qabağında səbirli olsa da, mən onun kimi deyiləm. Bir zaman Əli (ə) ilə dost, Müaviyə ilə düşmən olduğumu bilirsən. Amma o dövr ötüb keçdi. Bu gün qəlbimdə Əlinin (ə) yerini Muaviyə tutub. Dilini saxla, evində otur, nəyə ehtiyacın olsa, istə. Məbada elə bir iş görəsən ki, əlim qanına batsın.”

Bir müddət sonra Ziyad Bəsrəyə getmək qərarına gəldi. Əmru ibn Hərisi yerində oturdub səfərə çıxdı. Hücr və onun yoldaşlarının qiyamından qorxduğu üçün təklif etdi ki, Hücr onunla Bəsrəyə getsin. Hücr bu təklifi qəbul etmədi və dedi: "Xəstəyəm, səninlə gedə bilmərəm.” Ziyad dedi: "And olsun Allaha. Düz deyirsən ki, xəstəsən. Din xəstəsi, qəlb xəstəsi, ağıl xəstəsi! And olsun Allaha, sənin haqqında pis bir məlumat çatsa, səni öldürəcəyəm! Gör nə edirsən!”

O getdi və Əmru ibn Həris onun taxtında oturdu. Amma Kufənin nəbzi Hücrin və onun yoldaşlarının əlində idi. Onlar valinin istədiyi kimi hərəkət etməsinə yol verməzdilər. Vəziyyəti Ziyada xəbər verdilər və ondan kömək istədilər.

Hücr və dostları Kufə məscidində oturmuşdular və vəziyyətə nəzarət edirdilər. Bir gün Əmru ibn Həris xütbə oxumaq üçün minbərə çıxdıqda onu daşladılar. Çarəsiz qalan Əmru aşağı düşüb qəsrə getdi. O, vəziyyəti Ziyada xəbər verdi və dedi: "Əgər Kufəyə ehtiyacın varsa, bir çarə düşün.”

Şiələr Hücrün yanına get-gəl edir, cəm şəkildə onunla məsciddə olurdular. Bəzin məscidin yarısını onun tərəfdar-ları tuturdu. İş bir yerə çatdı ki, onlar aşkar şəkildə Muaviyə və Ziyadın ziddinə danışmağa başladılar. Əmru ibn Həris məscidə gəldi. Qəsrlə məscid arasında az məsafə vardı. Şəhər böyükləri də orada idilər. Əmru çıxışa başladı və xalqı itaətə, təfriqədən çəkinməyə çağırdı. Hücr yoldaşları ilə birgə ayağa qalxıb təkbir dedi və ona tərəf hərəkət etdi. Əmru lənətləyərək, onu daşlamağa başladılar. Əmru aşağı düşüb qəsrinə qaçdı və qapını bağlayıb, vəziyyəti ibn Ziyada xəbər verdi. Kufədən gələn xoşagəlməz xəbərlər Ziyadı narahat edirdi. O dedi: "Əgər Hücrün öhdəsindən gələ bilməsəm, Kufəni onun çəngindən çıxarmasam, bir şəxs deyiləm! Vay olsun sənə, ey Hücr! Sənin başına bir oyun gətirim ki, başqalarına ibrət olsun!” Ziyad Kufəyə gedib məsələni həll etmək qərarına gəldi.

Hücr də növbəti hadisələr haqında düşünüb, hazırlaşırdı. O, canını əldən verməli olsa da, zalımlarla döyüş qərarında idi. Ziyad Kufəyə gəldi və məsciddə hədələyici bir çıxış etdi. Əmruya daş atanları tapıb onların barmaqlarını kəsdi. Hücr isə tutduğu yoldan çəkinmirdi. Bir dəfə Ziyad Müaviyəni "Əmirəlmöminin” adlandı-randa bu ləqəbin həzrət Əliyə (ə) aid olduğuna inanan Hücr Muaviyəyə etiraz etdi və dedi: "Yalan deyirsən, belə deyil. "Bu səhnə bir neçə dəfə təkrar olundu. Hücr bir ovuc çınqıl götürüb, Ziyada atdı və onu lənətlədi. Ziyad minbərdən düşdü, namaz qıldı sonra isə qəsrə getdi. Hücr də öz evinə qayıtdı. Ziyad Hücru həbs etmək üçün süvarilər göndərdi. Hücrlə bu süvarilər arasında döyüş oldu. Hücr nə yolla olur olsun, Ziyadın hüzuruna getmək istəmirdi. Ziyad baş vermiş hadisələr haqqında Müaviyəyə məlumat göndərdi.

Hücrün Kufədə çoxsaylı tərəfdarları və dostları vardı. Bir qrup şəxs Ziyadın göstərişi ilə Hücrün evinə gedib onu yola gətirmək istədi. Onlar təkid etsələr də, Hücr Ziyadın yanına getməkdən imtina etdi.

Bir dəfə Ziyad cümə namazının xütbəsini o qədər uzatdı ki, namazın vaxtı keçdi. Hücr ibn Ədi iki dəfə "Əssəlat, Əssəlat” deyərək, ona namazın vaxtının çatdığını bildirdi. Amma vali buna etina etmədi. Hücr ayağa qalxıb bir qrup adamla namaz qılmağa başladı. Bunu görən Ziyad minbərdən enib namazını qıldı və qəsrinə qayıtdı. O yenə də bu barədə Müaviyəyə namə yazdı. Müaviyə göstəriş verdi ki, Hücr həbs olunub, Şama göndərilsin.

Ziyad məsciddə xütbə oxuduğu vaxt Hücr ibn Ədi ilə yoldaşları məscidin böyük bir hissəsində toplanıb, ona müxalif sözlər danışırdılar. Ziyad Kufəliləri və şəhər böyüklərini toplayıb dedi: "Maraqlıdır! Cismləriniz mənimlə, qəlbləriniz isə Hücr ilədir. Bir əlinizlə yaralayır, o biri əlinizlə məlhəm qoyursunız? Siz mənimləsinin, amma övdalarınız və qəbilələriniz Hücr ilə? Qalxın gedin və həmin dəstənin arasında olan qardaşlarınızı, övlad-larınızı, qohumlarınızı oradan kənar-laşdırın.” Ətrafdakılar onun sözünə əməl etdilər. Hücrün başına toplaşan-ların çoxu onu tərk etdi.

Bəli, Hücr kiçik bir qrupla məsciddə qaldı. Məmurlar Ziyadın yanına aparmaq üçün ona yaxınlaşdılar. Amma Hücr imtina etdi. Savaş məqamı yaranmışdı. Ziyad minbərdən bu səhnəni tamaşa edirdi. Hücrün havadarları onu dövrəyə aldılar və məscidin qapılarından biri ilə bayıra çıxardılar. İki qrup arasında qarşıdurma oldu. Amma Hücr ibn Ədi oradan uzaqlaşıb özünü Əzq qəbiləsinə çatdırdı. Hücr bir gün orada qaldı.

Hücr Ziyadın ondan əl çəkməyəcəyini bildiyindən gizləndi. Onu nə qədər axtardılarsa, da, tapa bilmədilər. Kufə böyüklərindən Ziyadın görüşünə ilkin gələn Məhəmməd ibn Əşəs oldu. Ziyad ondan Hücru gətirməsini istədi. Məhəmməd onunla Hücr arasında heç bir əlaqə olmadığını bəhanə gətirsə də, Ziyad ona inanmayıb, hədələdi ki, bu işi görməsə, öldürüləcək. Məhəmməd ibn Əşəs qəmgin və nigaran halda bayıra çıxdı. Yolda Cərir ibn Əbdüllahı gördü və ondan kömək istədi. Cərir Ziyadın yanına gedib dedi ki, Məhəmmədlə işin olmasın, Hücr ibn Ədini o özü Ziyadın yanına gətirəcək. Ziyad bu təklifi qəbul etdi. Amma Cəriri hədələdi ki, əgər bu işi görməsə, özü öldürüləcək. Cərir üç gün möhlət istədi. Sonra Hücrün yanına getdi. Hücrün yanında on iki yoldaşı da vardı. Hücr Ziyadın yanına getməyə bir şərtlə razılaşdı ki, Ziyad onu Müaviyənin yanına göndərsin.Ziyad Hücrün şərtini qəbul etdikdən sonra o, Ziyadın yanına getdi. Ziyad çox istəyirdi ki, Hücru özü öldürsün. Amma araların-dakı şərt bu işə mane oldu. Ziyadın göstərişi ilə Hücr zindana salındı. O on gün zindanda qaldı.

 Hücrün yoldaşları da gizlənmişdi. Amma Ziyad Kufənin tanınmış adamla-rının köməyi ilə həmin on iki nəfəri ələ keçirib, zindana saldı. Ziyad həbs olunmuş adamları Şama göndərməzdən qabaq onlara qarşı ifadələr topladı. Bu ifadələrə əsasən, Hücr xəlifənin itaətindən çıxmış, xalqdan ayrılmış, xəlifəyə lənət demiş və camaatı müharibəyə çağırmışdı. Həmin ifadə-lərdə bildirilirdi ki, hucur xalqı kafir Müaviyəyə itaətsizliyə dəvət etmişdir. Ziyad hazırladığı sənədi Kufə başçılarına məcburən imzalatdırdı. Bəzi adamlar da öz imzaları ilə bu sənədi təsdiq etdilər. Bir müxalifi aradan götürmək üçün yetərincə sübutlar toplandı!

Sənədlər hazırlandıqdan sonra Hücr və onun yoldaşları zindandan çıxarıldı, əl-ayaqları zəncirlənmiş halda, yüz əsgərin müşayiəti ilə Müaviyənin yanına göndərildi. Hücra qarşı ittihamların təsdiqlənməsi üçün bu dəstəyə bir qrup şahid də əlavə olundu. Ziyad verilən ifadələrə uyğun bir məktubla son qərarı xəlifənin ixtiyarına buraxdı.

Alovlu və qəmləndirici səhnə idi. Xalq zəncirə çəkilmiş azadələrin, buxovlan-mış şirlərin ətrafına cəm olmuşdu. Bu anda narahat və ağlar insanların əlindən heç nə gəlmirdi.

Qorxu vardı ki, məhbusların havadar-ları onların hərəkəti zamanı etiraza əl atalar. Ziyad məhbusları sübhdən axşama-dək Kufə məscinin ərazisində saxladı və gecə yola salda.

Hücrün qızları ağlar halda onun yolunun üstündə durmuşdular. Hücr ibn Ədi onlara üz tutub dedi: "Sizin yeməyiniz və geyiminiz öhdəsində olan kəs Allahdır. O isə məndən sonra qalır. Təqvalı olun və Allaha sitayiş edin. Əgər öldürülsəm, şəhidəm, geri qayıtsam hörmətim var. Allahın əli başınız üstə olsun.” Sonra o, zəncirlərin ağırlığı altda yola düşdü.

Şiə qadınlarından biri bu səhnəni, Hücrün qızlarının onun fərağında qəmini bir neçə beytlə belə təsvir edirdi:

 

Ey gecənin nuru. Ey işıqlı ay,

Xəbərin yoxmudur Hücrdan sənin?

Müaviyə onun yolunu gözlər,

Hücr ölər, artar dərdi aləmin.

Buludlar ötüşər, çöllər quruyar,

Hər yerdə cücərə otları qəmin.

Hücr! Uğurlu yol, sevin bu günə,

Yaxşını öldürmək haqqı zalımın.

Hücr getdi, dünya, ağla bu gündən

Zalımlar olacaq sənin həmdəmin!

 

Bu karvan ciddi mühafizə altında Şam yoluna üz tutdu. "Qəsre-bəni-məqatil” məntəqəsindən keçərkən həmin məntəqənin sakini olan Übeydullah ibn Hürr Cöfi: "Kaş bu şücaətli insanları xilas etmək üçün kömək olaydı.” Übeydullah nida etdi, təəssüfləndi. Onun nidasına cavab verən olmadı.

Hücrün dəstəsi möhkəm imanla irəli gedirdi. Müaviyənin onlarla sərt rəftar edəcəyini, qarşıda şəhadət olduğunu bildikləri halda xoşhal idilər. Onlar sevinirdilər ki, vəzifələrinin icrası, batillə mübarizə yolunda belə bir sınaqla üzləşiblər. Onlar əməvi məmurlarının əl-qolu bağlı əsiri olmalarına baxma-yaraq, özlərini kama çatmış, qalib bilirdilər.

 

Necə də gözəldir ölümüylə can,

Gecə zülmətini edər çıraqban.

Gözəldir yuxudan oyana ellər,

Bir təkbirlə yerə çökə rəzillər.

Millətin qandalın qırmaq nə gözəl,

Zülmün qarşısında durmaq nə gözəl!

Dəməşqə doğru

Alnında şəhadət çılçırağı parlayan, qəlbində Allahla görüş şövqü alovlanan dəstə məmurların nəzarəti altında, əl-ayağı zəncirli halda Şam hökumətinin paytaxtına üz tutmuşdular. Dəməşqə çatdıqdan sonra Müaviyə onların haqqında hökm verməli idi.

Mərcul-əzra məntəqəsinə çatdılar. Bu məntəqə Dəməşqin iyirmi kilometr-liyində yerləşirdi. Müaviyəyə xəbər çatanadək, hökm məlum olanadək əsirlər oradakı zindanda qaldılar. Bəzilərinin fikrincə, əsirlər Dəməşqə aparılmadı və Müaviyə onları görmədən ölüm hökmlərini verdi. Əksəriyyətin isə fikri belədir ki, əsirlər Dəməşqə aparıldı və təkrar Mərcul-Əzraya qaytarıldı.

Ziyadın Şama göndərdiyi on iki nəfərin adları belə idi: Hücr ibn Ədi, Şərik ibn Şəddad, Seyfi ibn Fəsil, Qəbisə ibn Zubiə, Möhrəzi ibn Şəhab, Kədam ibn Həyyan, Əbdürrəhman ibn Həssan, Ərçəm ibn Əbdüllah, Kərim ibn Əfif, Asim ibn Ovf, Vərqa ibn Suməyy və Əbdillah ibn Həviyyə.

Ziyad bu on iki nəfərə Utbə ibn Əxnəs və Səd ibn Nəmran adlı iki nəfəri də qoşmuşdu. Onların ümumi sayı 14 idi.

Ziyadın Hücr və onun tərəfdarlarının əleyhinə yazdığı məktub ifadələrlə birlikdə Müaviyəyə çatdı. Müaviyə bu dəstə ilə necə rəftar etmək barədə tərəddüddə idi və onları öldürməkdən ehtiyat edirdi. Çünki Hücr ibn Ədinin parlaq keçmişi vardı, o yetərincə məşhur bir şəxsiyyət idi. Müaviyə əvvəlcə bu şəxslərin öldürmək haqqında məşvərət apardı, başqalarının da bu barədə fikrini öyrənmək istədi. Amma Müaviyənin təbliğatı sayəsində xalq bu adamlara ölüm tələb etdi. Amma bəzi tanınmış adamlar əsirlərin bağışlan-masını məsləhət görürdülər. Bu məsələ barədə susanlar da vardı. Müaviyə zahirən tərəddüddə idi. O, Ziyada məktub yazıb, ikifikirli olduğunu bildirdi.

Ziyad Müaviyəyə cavab məktubunda onun hələ də tərəddüddə olduğuna heyrət etdi-yini yazdı. Müaviyənin nəzərinə çatdırdı ki, xalqın şahidlik etdiyi yerdə nə tərəddüd?! Onu da qeyd etdi ki, əgər Kufəyə ehtiyacın varsa, Hücr və onun tərəfdarlarını bir daha buraya qaytarma.

Ziyadın məktubunu Dəməşqə aparan qasid Mərcul-Əzradan keçərkən məhbuslarla görüşdü və dedi ki, ölüm qoxusu gələn bir məktub aparıram. Məhbuslara təklif etdi ki, əgər faydalı bir sifarişləri varsa, ona desinlər.

Hücr dedi: "Müaviyəyə çatdır ki, biz əhdi pozmamışıq və verilən ifadələri düşmənlər quraşdırmışdır.” Qasid bu sözləri Müaviyəyə çatdırdı. Müaviyə dedi: "Bizim nəzərimizdə Ziyad Hücrdən daha doğruçudur!”

Hücr və tərəfdarlarına sonradan qoşulan iki nəfəri Mərcul-əzraya bir az gec çatdırdılar. Onların gəlməsi xəbərini Şama aparan məmur Hücr ilə görüşdü. Əl-ayağı zəncirlənmiş Hücr ona dedi: "Müaviyəyə de ki, bizim qanlarımız haramdır və bizi öldürmək rəva deyil. Biz müsəlmanlardan kimsəni öldürməmişik ki, qisas üçün qanımız axıdıla!”

Müaviyənin öz qərarını açıqladığı məclisdə bəziləri etiraz etdilər və kimlərinsə azad edilməsini istədilər. Müaviyə zindandakılarla dostluğu və ya qohumluğu olan yaxınlarının xahişi ilə onların altısını bağışlayıb azad etdi. Malik ibn Həbirə də xahiş etdi ki, əmisi oğlu Hücr ona xatir bağışlansın. Müaviyə dedi: "O bu dəstənin başçısıdır. Əgər azad etsək, yenidən Kufəyə qayıdıb aranı qatacaq. Onda məcbur olacağıq ki, səni İraqa göndərək və onu yanımıza gətirə-sən.” Malik bu sözlərdən inciyib məclisi tərk etdi və həmin vaxtdan xanənişin oldu.

Mərcul-əzra şəhadətgahında

Hücr və yoldaşlarının həbsdə saxlan-dığı Mərcul-əzra məntəqəsi müəyyən cəhət-lərdən Hücr ibn Ədi üçün xatirələrə malik əziz bir yer idi. Bu məntəqənin fəthində və İslamın burada yayılmasında Hücr ibn Ədinin rolu vardı. İkinci xəlifənin dövründə bu diyar İslama öz ağuşunu açdı. Hücr qolu bağlı bu yerə gətirildikdə oranın adını soruşdu və sonra dedi: "Mən bu məntəqədə ilk dəfə təkbir demiş və Allahı yad etmiş müsəlmanam. İndi məni qolu bağlı əsir vəziyyətində buraya gətiriblər!”

Olsun ki, Hücr ilə belə rəftar Müaviyənin İslama qarşı küfründən qaynaqlanırdı. Müaviyə heç bir dini dəyərə bağlı deyildi. Bu yerdə onun ilk fatehini həbs etmiş və axırda da oradaca qətlə yetirmişdi. Müaviyənin bu işi bir növ islami dəyərlərə və Hücr ibn Ədinin bu torpağa bağlılığına istehza idi. Bəli, Hücr məhz bu yerdə cihad və fəth etmişdi

Müaviyə Mərcul-əzraya gedib, oradakı-ları qətlə yetirməyi üç nəfərə tapşırdı. Onlardan biri taygözlü Hudbə ibn Fəyyaz idi. Hücrün zindan yoldaşlarından olan Kərim ibn Əfif Hudbəni gördükdə dedi: "Əgər pis falda bir həqiqət varsa, bizim yarımız öldürüləcək, yarımız isə azad olunacağıq!” İşin sonu Kərimin dediyi kimi oldu.

Həmin üç məmurla birlikdə azad edilməsi nəzərdə tutulan altı nəfəri aparmaq üçün başqa bir şəxs də vardı. Ölümdən qurtulanlar bunlar idi: Asim, Vərqa, Ərqəm, Utbə, Səd və Əbdüllah.

Məmurlar digər məhbuslara dedilər: "Əmr var sizə bildirək ki, əgər Əlidən üz döndərib, ona lənət desəniz, azad ediləcəksiniz. Əks təqdirdə öldürüləcək-siniz.” Əsirlər dedilər: "Heç vaxt belə etməyəcəyik.” Taygöz məmur Hücra yaxınlaşıb dedi: "Ey azğın dəstənin başçısı, küfr və özbaşınalıq çeşməsi, ey Əbu-Turabın dostu! Müaviyə səni və yoldaşlarını öldürməyi mənə tapşırıb. Öz küfrünüzdən əl çəkib, Əlidən üz döndərsəniz vəziyyət başqa cür olacaq.”

Hücr və yoldaşları bir ağızdan dedilər: "Qılınc itiliyinə səbr etmək bizim üçün sənin dediklərindən asandır. Allahın, peyğəmbərin, Əlinin görüşünə getmək cəhənnəmə daxil olmaqdan əzizdir.”

Məhbuslara dəfələrlə təklif olundu ki, Əmirəlmöminin Əlidən (ə) üz döndərib, canlarını qurtarsınlar. Amma onlar razılaşmayıb, mövlalarına eşq yolunda şəhadəti qəbul etdilər.

Onlar üçün qəbirlər qazıldı, kəfənlər hazırlandı. Hücr dedi: "Bizi kafir kimi öldürür, müsəlman kimi kəfənə bükürlər!”

Məhbusların zəncirləri açıldı. Onlar bütün gecəni namaz qıldılar. Dua və namaz səsləri ətrafı burümüşdü. Onlar şəhadətlə görüşə hazır idilər. Bu gecə onlar üçün  çox xoş oldu.

Sübh açıldı. Onlara son dəfə təklif olundu ki, Əlidən üz döndərsinlər. Əsirlər yenə də uyğun təklifi rədd edərək bildirdilər: "Xeyr, biz onun ardıcılı və aşiqiyik. Onun düşmənləri bizim də düşmənimizdir.

Məmurlar qətli həyata keçirməyə hazır idilər. Həmin məqamda Hücr ibn Ədi bir hədis nəql etdi. Dedi: "Allahın rəsulu (s) mənə belə buyurmuşdu? "Ey Hücr! Bir gün Əli məhəbbəti yolunda işkəncələrlə öldürüləcəksən. Başın torpağa dəyəndə həmin yerdən bir bulaq qaynayar...

Hücrün yoldaşları öz şəhadətlərini səbirsizliklə gözləyirdilər. Onlar şəhadət şəminin başına pərvanə tək dolanırdılar. Bu feyzi dadmağa tələsməyən yox idi. Onlar bir-bir qanlarına qəltan olur, şəhadət işığında əbədilik dastanı yaradırdılar. Nəhayət, növbə Hücra çatdı.

Udbə ibn Fəyyaza əmr olunmuşdu ki, Hücrün boynunu vursun. Bəzi rəvayətlərə görə, Hücrün oğlu Həmmam da atasının yanında idi. Oğlunun bu tamaşaya şahid olması Hücru çox nigaran edirdi. O qorxurdu ki, azyaşlı oğlu bu dəhşətli səhnələri görüb, haqq yoldan, Əhli-beyt (ə) məramından uzaqlaşa.

Hücr cəllada dedi: "Əgər oğlumu da öldürmək əmr olunmuşsa, onu məndən qabaq öldür.” Cəllad belə də etdi. Ondan bu xahişinin səbəbi soruşulduqda dedi: "Qorxdum ki, qılıncı boynumda görəndə həyəcanlana və Əli (ə) vilayətindən üz döndərə. Bu səbəbdən qiyamət günü Allahın səbr əhlinə vəd etdiyi kimi bir yerdə olmamağımızdan ehtiyat etdim, mənim şəhadətimi görməsini istəmədim.”

Hücrün bu hərəkəti Allaha eşq və vilayət yolunda fədakarlığın zirvəsidir. Bu səhnə çox nadir səhnələrdəndir. Seyyid Məhəmməd Bəhrül-ülüm qəhrəmanlıq zirvəsi olan bu heyranedici hadisəni təsvir edərək yazır: Hücrün növcavan oğlunun başı atasının gözləri qarşısında yerə  diyirləndi. Ata bu üzücü səhnəni seyr edərək, əllərini səmaya açdı, Allahın bu nemətinə şükr etdi. Oğlunun haqq yolda fəda olması, cihad və səbr onun üçün böyük nemətlər idi.

Hücr sevgili şəhid oğlunun yanında oturdu. Onun üzündən torpağı və qanı təmizlədi. Oğlunun alnından qəm dolu bir öpüş götürdü. Sonra şəhid oğluna xitabən dedi: "Allah sənin üzünü ağ etsin, necə ki, peyğəmbərin yanında mənim üzümü ağ etdin.”

Bəli, iman möcüzə yaradır, insan bütün bu ruhu əzəmət, batini cilvə, işıqlı və ilahi ruh qarşısında təvazöyə sövq edir. Haqq ardıcılları və Əli dostlarında müşahidə olunan həmin bu ruhiyyə və iman idi. Bu ruhiyyə əməvilərin əhrimən (şər) qüvvəsini lərzəyə gətirdi.

Hücr artıq övladının ruhdan düşməsin-dən, süstləşməsindən nigaran deyildi. Əqidə yolunda şəhadətin istiqbalı üçün tam hazır idi. Amma son anlarda da öz uca ruhunu Allahın əzəməti astanasında duaya sövq etməyə çalışırdı. Şəhadətdən öncə o iki rəkət namaz qılmaq, son dəfə bəndəliyini izhar etmək üçün möhlət istədi. Məmurlara dedi: "Qoyun dəstəmaz alım.” Ona icazə verildi. Dəstəmaz aldıqdan sonra dedi: "Qoyun iki rəkət namaz da qılım. And olsun Allaha, mən nə vaxt dəstəmaz almışamsa, iki rəkət namaz da qılmışam.” Ona iki rəkət namaz qılmaq üçün icazə verildi. Məmurlara elə elə göründü ki, Hücrün namazı uzun çəkdi. Dedilər: "Namazı nə uzun qıldın. Yoxsa ölümdən qorxursan?” Hücr dedi: "Əgər qorxmuş da olsam, qılıncı sıyırılmış, kəfəni sərilmiş, qəbri qazılmış körməyim yaxşıdır. Amma inanın ki, indiki namaz bu vaxtadək qıldığım namazların ən qısası oldu!” sonra əlavə etdi: "Pərvərdigara, bu ümmətdən dərgahına şikayət edirəm. Kufəlilər bizim ziddimizə şahidlik etdilər, şamlılar bizi qətlə yetirdilər.” Sonra üzünü məmurlara tutub dedi: "And olsun Allaha, bizi burada öldürürsünüzsə bilin ki, bu məmləkətdə ilkin tövhid nidası çəkib, elə orada da öldürülən mənəm.”

Daha sonra təkid edərək dedi: "Məni bu zəncirlə öldürün, qanımı yumayın. İstəyirəm qiyamətdə Müaviyə ilə bu görkəmdə görüşüm.”

Nəhayət, Hücr ibn Ədi həmin taygöz Udbənin qılıncı ilə şəhadətə çatdı. O son anlarda deyirdi: "Həbibim Peyğəmbər (s) belə bir gün haqqında xəbər vermişdi.”

Həmin gün Mərcul-Əzra bu altı şəhidin qanına bulaşdı: Hücr, Şərik, Seyfi, Qədisə, Muhrəz, Kədam. کدام

Bəzi mənbələrdə Hücrün özündən qabaq şəhadətə yetirilmiş növcavan oğlu Həmmamın da adı çəkilir.

Şəhidlər üçün cənazə namazı qılındı və onları həmin yerdə torpağa tapşırdılar. Hal-hazırda altı qəbr çərçivəyə salınmış və onun kənarında məscid tikilmişdir.

Hücr ibn Ədi və onun yoldaşlarının məzarı əqidə yolunda cihad, əhli-beyt sevgisi, Əmirəl-mömininə eşq, fəda-karlığa ilhamlanma simvoludur.

Bu insanların şəhadəti hicri 51-ci ilə təsadüf edir. Hücrün qanı bizə bunları öyrədir:

− Sevgi və dostluq yolunda fədakarlıq, qurbanlıq asandır;

− Eşq şəhidləri öz şəhadətləri ilə haqq və izzət yolunu hamarlamışlar;

− Həqiqi müsəlmanlar dini faydaları dünyavi mənafelərdən üstün tuturlar;

 − İman və əqidə yolunda möhkəmlik azadə kişilərin xislətidir;

− Ən böyük cihad zalım hökumətə haqqı deməkdir;

− Batilin dövrü ötəri, haqqın dövrü isə əbədidir.

 

Bəli, qanlı yolun müsafirləri

Mələk qanadında tərk edər yeri.

Şəhadət şəhərin görsünlər deyə

Qaranlıq zindandan qalxdılar göyə.

Ağır zəncirlərdən üzüldü qollar,

Kimsəsiz uzandı buxovlu yollar.

İllər boyu zülmün bağlı qəfəsi

Qırıldı, açıldı haqqın nəfəsi.

Qanın möcüzəsi bu imiş əlbət,

Pisliyin içində qalır cəhalət.

Şəhadət cücərtisi

Şəhidin pak qanı həm cəlladları ifşa edir, həm də İslam yolu qəhrəmanlarını ilhamlandırır.

Hücr Allahla görüşə tələsdi və ağır cihad yükünü şəhadət sərhəddinə çatdır-dı. Müaviyəyə qalan isə əbədi alçaqlıq oldu. Hücrün şəhadətindən sonra saray-dakı yaltaqlar Müaviyəni təbrik etdilər ki, Küfədəki düşmənlərin ən qatısı aradan götürülüb. Amma həmin məclisdə Hücrün möhkəmliyindən də danışılır, onun şəhadətdən əvvəlki anları xatır-lanırdı.

Müaviyə bu söhbətlərin davamında dedi: "Əgər mənim tərəfdarlarım arasında bir neçə nəfər Hücr kimisi olsaydı, əməvi hökumətini dünyaya hdkim edərdim. Heyf! Hücr kimisi vaımdırmı? Elə bir insan ki, öz inamı yolunda bütün gücü ilə fədakarlıq gstərsin! "Bir qədər pərişan dayanıb əlavə etdi: "Hücrla görüşüm çox uzun olacaq!” (Müaviyə ilahi mühakimə gününə işarə edirdi)

Hücrün şəhadəti Kufəlilərə çox təsir etdi. Kufəlilər nəql edirdilər ki, birinci gördüyümüz zillət Hücrün şəhadəti, Ziyadın dəvəti ilə Əliyə (ə) lənət oxunması və İmam Hüseynin (ə) şəhadəti oldu.

Həmin faciədən sonra bu barədə eşidənlər qəmlənirdilər. Hətta əməvi sarayına bağlı adamlar da öz narahat-lıqlarını gizlədə bilmirdi. Ayişə də Hücrün şəhadəti ilə bağlı Müaviyəni tənqid etdi.

Bu hadisəyə etiraz edənlərə Müaviyənin cavabı yox idi. O, Hücru fitnəkar kimi tanıtdıran Ziyadın verdiyi məlumatları bəhanə gətirirdi.

Müaviyə Həccə gedərkən Mədinəyə gəldi. Ayişə ilə görüşmək isədikdə rədd cavabı aldı. Ayişə iki şeyə etiraz edirdi: Qardaşı Məhəmməd ibn Əbu-Bəkrin və Hücrün öldürülməsi. Amma hiyləcər Müaviyə o qədər üzr istədi ki, Ayişəni razı sala bildi. Ayişə Müaviyəyə Həzrət Peyğəmbərin (s) bu hədisini oxudu: "Mərcul-əzrada elə bir dəstə qətlə yetirilər ki, Allah və göy əhli bu işdən qəzəbə gələr.”

Küfəlilər daim Hücrün şəhadətini xatırlayar və bu hadisədən qəmlənərdilər. O vaxt Kufəyə xəbər çatdıqda Kufə böyüklərindən bir hissəsi Mədinəyə imam Hüseynin xidmətinə getdi və hadisə barədə imama məlumat verildi. Hücrün şəhadət xəbəri imam Hüseyni (ə) çox narahat etdi. Kufədən gedən qrup bir müddət Mədinədə qalıb, imamla görüşlər keçirdi. Həmin vaxt Mədinə valisi olan Mərvan ibn Həkəm bu barədə Müaviyəyə xəbər verdi. İmam Hüseynin (ə) görüşlərini imam Həsənlə (ə) bağlanmış müqaviləyə zidd hesab edən Müaviyə imama məktub yazıb, etirazını bildirdi. Seyyidüş-şühədanın (ə) cavab məktubundan bəzi hissələrə nəzər salaq: "Məgər sən Hücrün və onun pak, abid yoldaşlarının qatili deyilsənmi? Onlar bidətlərlə razılaşmadılar, əmr be məruf və nəhy əz münkər etdilər. Sən isə onları zalımcasına öldürdün. Hansı ki, onlara aman vermişdin. Bu, sənin Allaha qarşı çıxmağının, əhd-peymanı yüngül saymağının nişanəsidir...”

Müaviyə Hücru qətlə yetirdikdən sonra Məkkəyə gəldiyi il Hüseyn ibn Əli (ə) ilə görüşdü. O, imam Hüseynə (ə) dedi: "Hücr və onun yoldaşları, atanın şiələri ilə necə rəftar edildiyini bildinmi?” İmam (ə) soruşdu: "Nə etdiniz?” Müaviyə istehza ilə dedi: "Onları öldürdük, kəfənə bükdük, cənazə namazı qıldıq və torpağa tapşırdıq.” Hüseyn ibn Əli (ə) gülümsəyib, buyurdu: " "Ey Müaviyə! Onlar qiyamət günü səninlə düşmənçiliyə qalxacaqlar. Amma biz sənin tərəfdar-larını öldürsəydik, nə kəfənə bükərdik, nə namaz qılardıq, nə də torpağa tapşırardıq!” (İmam (ə) onların müsəlmanlığını şübhə altına alırdı)

Nəql edirlər ki, Müaviyə Hücru öldürdüyü üçün sonradan peşiman oldu. Amma bu peşimanlıq faydasızdı. O daim bu faciəni xatırlayardı. Hücr və onun yoldaşlarının qətli ölüm anınadək bir kabus tək Müaviyənin yaxasından yapışıb, onu rahat buraxmadı. Müaviyə və Ziyad ağır əzaba və xalqın nifrətinə tuş gəldilər. Onlar hər ikisi dünyalarını zəlil halda dəyişdilər. Amma Mərcul-əzra şəhid-ləri əbədiliyə qovuşdu, onların adları eşq və azadlıq kiabının sərlövhəsi oldu!

 

 
 
Bölmə: Səhabələr / Hücr ibn Ədi
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.