» » » Hücr ibn Ədi-1


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6693

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6677

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Hücr ibn Ədi-1
0
Müəllif: Admin | 7-06-2014, 10:52 | Baxılıb: 2 053

Ön söz

Nümunəvi insanların həyatı gözəl bir rəsm əsəri tək, həyat yolunu və düzgün hərəkət istiqamətini işıqlandırır. Necə yaşamaq və kamala necə çatmaq suallarına cavab almaq üçün ideal axtarmayan kimdir?! Ən mühüm məsələ idealı düzgün seçməkdir. Çalışmalıyıq ki, yanlış ideallara aldanıb, yolumuzu azmayaq!

Allah-taala Qurani-kərimdə yaxşı insanların, saleh ümmətlərin və kamala çatmış zümrələrin sifətlərini və əməllərini şərh etməklə nümunələr göstərir. Bu sayaq təqdimatlar "Nəhcül-bəlağə”də və hədis kitablarında da tez-tez gözə dəyir. İslamın bəhrəli və parlaq tarixi yetkin və əbədi nümunələrlə zəngindir. Bu nümunələrin hər biri həyatda bizim üçün meyar ola bilər. Bir şərtlə ki, əlimizə çıraq götürüb, tarixin qaranlıq dolanbaclarında bu nümunələri axtaraq.

Heyif deyilmi ki, bir belə nümunələrimizi tanımayaq və xəzinə ustə oturub, əl açaraq biganələr arasında ideallar axtaraq?! Öz tarix və mədəniy-yətimizdə layiqli ideallar ola-ola biganələr arasında ideal axtarmağımız yanlışdır.

Haqqında danışacağımız şəxs İslam tarixinin görkəmli simalarındandır. Hücr ibn Ədi bir kamal ayəti və fəzilət sənədidir. Onu başqalarından üstün edən Allaha, Onun rəsuluna, Əhli-beytə mərifəti, Peyğəmbər (s) ailəsinə məhəb-bəti, iman və övliyalara itaətidir. Bəli, mərifət, məhəbbət və itaət bir-birləri ilə sıx bağlı olan ünsürlərdir. Bu ünsürlər varlıq aləmində saleh əməl üçün bir sərmayədir. İdeallarla tanışlıq mövzusunda silsilə söhbətlərimizdə bu insanın haqqında danışmağımız təsadü-fi deyil.

Hücr ibn Ədi və onun yoldaşları şiəlik tarxinin iftixar yaradan şəhid-lərindəndirlər. Onlar sükut və sıxıntı əsrində zülmə qarşı fəryad çəkmiş, öz dövürlərinin zalım hakimləri ilə  mübarizəyə qalxmış və nəhayət, pərvanı tək bu eşq atəşində yanmış, əbədi həyata qovuşmuşlar.

Hücr və onun yoldaşları bütün İslam ümmətinin fəzilətsevər gəncləri üçün iman, cihad, hicrət, fədakarlıq, fəsadla mübarizə, əmr be məruf və nəhy əz münkər, haqqın müdafiəsi və nifaqın ifşası nümunələridirlər.

Olsun ki, bu insanların həyatı ilə tanışlıq gənclərimizin qəlbində iman nurunu gücləndirsin, onların ruhunu ixlas, mənəviyyat, iman ətri bürüsün.

 

Əlinizdəki kitabça doktor Ləbib Beyzunun çox dəyərli bir kitabı əsasında tərtib olunmuşdur. "Hücr ibn Ədi, Məhəmməd əshabının rahibi” kitabının müəllifinə vilayət və Əli (ə) məhəbbəti yolunun şəhidərinə diqqətinə görə təşəkkür edirik. İslam idealları ilə bağlı silsilə söhbətlərimizin bu his-səsində əsasən adı çəkilən mənbəyə istinad edilmişdir. Göstərilən mənbələrin də əksəriyyəti həmin kitabdakı mənbələrdir.

Kitabçanın əziz gənclərimiz üçün qəlbəyatımlı olması üçün digər kitabla-rımızdakı qaydalara əməl etməyə çalış-mışıq. Ümid edirik ki, bu kamal, fəzilət, dini qeyrət nümunələrini tanımaqla əhli-beyt aşiqləri zümrəsinin gənclərində iman və şücaət ruhu diriləcəkdir.

Qum, Cəvad Mühəddisi

1380, aban.


Qısa tanışlıq

Kufədə məskunlaşmış qəbilələrdən biri Kində qəbiləsi idi. Hücər bu qəbilədən olduğundan ona "Hücər ibn Ədi Kindi” deyirdilər. O, saleh işlərlə məşğul olduğundan onu "Hucərul-xeyr” də çağırırdılar. Hücr İslamdan qabaq dünyaya gəlmişdi. Həzrət Peyğəmbərin (s) həyatının son illərində müsəlman olmuşdu. Buna görə də həzrət peyğəmbərdən cəmi bir neçə il faydalana bilmişdi. Amma Hücr ömrü boyu haqq yolda mübarizə aparmışdı. İkinci  Xəlifənin dövründə Qadisiyyə döyüşündə iştirak etmiş və Dəməşqin şimal-şərqində yerləşən mərce-əzra məntəqəsinin fatehi olmuş-dur.

Hücr təqvalı bir abid, zülmlə vuruşan bir mücahid idi. O, əmr be məruf və nəhy əz münkər edər, həzrət Peyğəmbərdən (s) və Əmirəl-möminindən (ə) hədislər danı-şardı. Peyğəmbərin (s) yaxın səhabələrin-dən sayılan Hücr namaz və dua aşiqi idi. İbadətə bağlı olduğundan ona "Məhəmməd əshabının rahibi” deyərdilər. O daim dəstəmazlı olardı. Dəstəmaz aldıqdan sonra isə namaz qılardı. Hücr Kufənin həm gözəl çöhrəli, həm də böyük mənəviyyata malik insanlarından idi.

Əgər onun cahiliyyət dövründə anadan olduğunu qəbul etsək, Məkkənin fəthindən sonra İslama gəldiyini nəzərə alsaq, həmin vaxt bu şəxsin 27 yaşı vardı. Hücr İslamı gec qəbul etmiş olsa da, yaşı bir o qədər də çox deyildi. Amma onun qəlbində dərin bir iman, möhkəm bir əqidə, Allahın dininə və həzrət Məhəmmədin (s) peyğəmbərliyinə (ə) güclü bir inam vardı. Hücr bir çox yaşlılardan dahi öncül və mübariz idi.

Mərhum Seyyid Möhsin Əmininin təbirincə, Hücr şücaətli, çalışqan, abid, duaları qəbul olan, arif, Allaha müti, haqqı danışan, zülmlə barışmaz, şəhadəttələb, Əmirəl-mömininin (ə) havadarı olan bir komandan idi. Onun Həzrət Əli (ə) tərəfindən Cəməl və Süffeyn döyüşlərində qoşun başçısı seçilməsi misilsiz şücaətindən danı-şır. Bu insan ölər, amma alçaqlığı qəbul etməzdi. O, şəhadəti qəbul etdi, amma Əli (ə) haqqında pis sözlər danışmağa razı olmadı. O, öz oğlunun atasının ölümünü görüb süstələşməməsi, Əli (ə) vilayətin-dən uzaqlaşmaması üçün onun şəhadətinə hazır oldu.

Bu deyilənlər hər bir haqpərəst müsəl-man üçün ideallığa layiq olan Hücr ibn Ədinin əxlaqi və ruhi fəzilətlərini kiçik bir hissəsi idi.

Tarixi hadisələrdə Hücrlə yan-yana

Hücr ibn Ədi həzrət Peyğəmbərin (s) hüzurunda olduqdan və ona iman gətirdik-dən sonra daim bu məktəbin genişlənməsi və müdafiəsi yolunda çalışdı. O, həzrətin (s) buyuruqlarını dinləyər və başqalarına da çatdırardı. Hücr İraqda yaşadığından xilafətin mərkəzi olan Mədinədəki hadisələrdən bir qədər uzaq idi. Amma heç vaxt haqq və batilə eyni gözlə baxmazdı.

Təqvalı və mübariz peyğəmbər səhabəsi Əbuzər Qəffari Rəbəzəyə sürgün olunub orada qərib bir vəziyyətdə şəhadətə çatdıqda Hücr ibn Ədi və Malik Əştər onun yanında olan, cənazəsinə namaz qılanlardan idilər.Osmanın xəlifəliyi dövründə Hücr ibn Ədi Kufədə yaşayırdı. Osmanın xoşagəlməz işləri həddini aşırdı və onun səs-sədası hər yerə yayılırdı. Kufənin on iki təqvalı və qüdrətli şəxsi xəlifəyə məktub yazdılar. Xəlifənin xoşagəlməz işlərini tənqid edərək, onu bu işlərdən çəkinməyə çağırdılar. Onlar öz məktublarında doğru yolu xəlifənin nəzərinə çatdır-dılar. Hücr ibn Ədi də bu məktub müəlliflərindən biri idi.

Hucərin siyasi mövqeyi Həzrət Əlini (ə) haqq əqidəsinə tərəfdarlıq idi. O heç vaxt qəsbkar hakimlərlə sazişə getmədi və öz mövqeyini açıqlamaqdan çəkinmədi.

Hücr həmin dövrün acı xilafət macəralarının şahidi idi. Bu hadisələr onun qəlbini parçalayırdı. Osmanın qətlindən sonra Hücr ibn Ədi yaranmış fürsəti qənimət sayaraq, var qüvvəsi ilə meydana atıldı. O hətta mötəbər bir rəvayətçi sayılırdı. Bu insan yalnız Əlinin (ə) buyuruqlarını nəql edirdi. Hətta Cəməl döyüşü meydanında Əlinin (ə) həqiqi Peyğəmbər (s) canişini olması haqqında oxuyur və onun vücuduna dualar edirdi.

Həzrət Əlinin (ə) xilafəti dvründə onun hökumətinə qarşı Cəməl fitnəsi tuğyan etdiyi vaxt həzrət Kufəyə nümayəndə göndərərək, onları haqqın müdafiəsinə çağırır. Vilayət aşiqləri həzrətin nümayəndəsinə müsbət cavab verirlər. Onlar bir-bir ayağa qalxaraq, fitnə ilə mübarizədə öz hazırlıqlarını elan edirlər. Hücr ibn Ədi də bir çox başqaları kimi ayağa qalxaraq dedi: "Ey xalq! Əmirəl-mömininin (ə) çağırışına cavab verin. Süvari və ya piyada, hərəkət edin. Tələsin və mən özüm də bu yolda qabaqda gedənlərdən olacağam.”

Hücrin imamı (ə) himayə edərək öz həqiqi imanını nümayişə qoyduğu məqamlardan biri də Süffeyn döyüşü zamanı yarandı. Onun Süffeyndəki şücaəti haqqında ayrıca danışacağıq.

Süffeyn və Nəhrəvan hadisələri

Hücrin öz mövlası Əliyə (ə) möhkəm bağlılığı vardı. Eşq həddində heyranlıq uca həddə itaətlə müşayiət olunurdu.

Süffeyn döyüşü, Əmirəlmömininin (ə) Müaviyə qoşunu ilə qarşılaşması zama-nı Hücr istər meydanda, istər imamın (ə) himayəsində, istərsə də səfərbərlik işində səhabələrin ən çalışanlarından idi. Döyüşlərin təsadüf etdiyi zilhiccə ayında Əli (ə) öz köməkçilərinin müba-rizlərini və nüfuzlularını bir qrup döyüşçü ilə düşmənin üzərinə göndərdi. Bu iş bir dəfə Malik Əştərə, digər bir dəfə isə Hücr ibn Ədiyə həvalə olundu. İmam (ə) eyni zamanda öz tərəfdarlarının əxlaq həddini aşmasına diqqət yetirirdi. Həmin döyüşdə Hücr ibn Ədi və Əmru ibn Həmiq Şamlıları lənətləmişdilər. İmam (ə) onlara xəbər göndərdi ki, bir daha bu işi təkrarlamasınlar. Onlar imamın (ə) xidmətinə gəlib dedilər: "Məgər onlar haqsız deyillərmi?” İmam buyurdu: "Bəli, elədir. Amma sizin pis danışmağınızı istəmirəm. Onların çirkin işlərini xatırlatsanız, daha yaxşı olar. Ən yaxşısı isə odur ki, onların hidayətini  və müsəlmanlar arasında sülh istəyəsiniz.” Onlar dedilər: "Ey Əmirəl-möminin! Sənin nəsihətini qəbul edirik...”

Sonra Hücr imam Əliyə (ə) dedi: "Biz döyüş adamıyıq və meydanlarda böyümüşük. Qəbiləmiz də həm çoxdur, həm layiqlidlir, həm də döyüşkəndir. Hamımız sənə mütiyik. Sən parlıyanda parlıyırıq, qurub edəndə qurub edirik. Nə əmr etsən, onu da yerinə yetirərik.” Həzrət buyurdu: "Bütün qəbilə səninlə eyni əqidədədirmi?” Hücr dedi: "Onlardan yalnız yaxşılıq görmüşəm. Hamımız əmrə mütiyik.” Sonra imam onların haqqında yaxşı sözlər dedi və müxtəlif qəbilələrin bayraqlarını bağladı. Kində qəbiləsinin komandani Hücr ibn Ədi təyin olundu.

Döyüş zamanı Hücr öz sözlərini sübuta yetirdi. O bir an durmadan vuruşur və həmlə zamanı belə rəcəz oxuyurdu:

 

Ya Rəbb, bizlər üçün Əlini (ə) qoru,

Doğru yolu tapmış əmini qoru.

Peyğəmbər ümməti qoruduğu tək

Əli rəhbər olsun bizlərə gərək.

 

Süffeyn döyüşündə ilkin savaş səhnələrindən birində Hücr Həzrət Əlinin (ə) qoşununda idi. Onunla eyni adı daşıyan əmisi oğlu isə Müaviyənin qoşunu tərəfindən vuruşurdu. Onlardan biri "Hücre-Xeyr”, digəri isə "Hücre-şər” kimi tanınmışdı.

Bu iki şəxs savaş meydanına girdi və hər iki tərəfdən onların köməyinə gələn-lər oldu. Bu döyüşdə Müaviyənin tərəf-darı olan Hücr öldürüldü. Həzrət Əli (ə) belə bir sonluğa görə Allaha şürk etdi. Hücrin Süfeyn döyüşündəki qəhrəman-lıqları onu daha çox tanıtdırdı və sevdirdi. Süfeyn döyüşünün taleyi hakimlərin mühakiməsinə tapşırıldı. Hiylə və fırıldaq dolu mühakimələr cəmiyyətin rahatlığını əlindən aldı. Müaviyənin Əli (ə) hökumətinə yönəlmiş hiylələri vəziyyəti daha da mürək-kəbləşdirdi. Həzrət Əli (ə) fitnələrin qarşısını almaq üçün yenidən səfərbərlik keçirməyə vadar oldu. Kufə əhli yenidən Şamlılarla döyüşə çağırıldı. Həzrət qəbilə başçılarından kömək üçün qüvvə istədi.

İmamın çağırışına müsbət cavab verənlərdən biri də Hücr ibn Ədi idi. O, imamın istəyini məktub şəklində qələmə aldı. Bu məqamda yeni bir fitnə qopdu. Bu fitnəni qızışdıranlar isə imamın sadəlövh və düşüncəsiz əsgərlərindən olan Nəhrəvanlı "xaricilər” (xəvaric) idi. Həzrət Nəhrəvan döyüşündə bu aldadılmış düşmənlərlə döyüşdü və onları aradan götürdü. Bu döyüşdə göstərdiyi qəhrəmanlığa görə Hücr ibn Ədi qoşunun sağ cinah komandanı təyin olundu.

Hücr ibn Ədi haqla batilin bütün savaş səhnələrində fəal iştirak edir, Əli (ə) cəbhəsinin müdafiəsində dayanırdı. Həzrət Peyğəmbərin ardınca gedən, Həzrət Əlinin (ə) məhəbbətini qazanan imanlı və xalis bir müsəlman başqa cür edə də bilməzdi!

Müaviyənin fitnələri dövründə

Hücr ibn Ədinin agahlıq və imanı onu azdırıcı fitnələr içində Əlinin (ə) həqiqi xəttində saxlayırdı. O, ömrünün son anınadək həqiqət yolunda büdrəmədi.

Nəhrəvan döyüşü başa çatdıqdan, xaricilər məğlub olduqdan sonra Müaviyə ardıcıl şəkildə öz əsgərlərini Həzrət Əlinin (ə) hakimiyyəti altında olan məntəqələrə göndərir, qətl-qarətlər törətməklə xalqı hakimiyyətdən narazı salırdı. Həzrət Əli (ə) öz ətrafın-dakıların, valilərin səhlənkarlığından, süstlüyündən heyrətə gəlmişdi. Bu fitnənin kökünü kəsmək üçün Şam üzərinə qoşun yeritmək fikrində idi. Amma xalqın mövqesizliyi bu planların gerçəkləşməsinə mane oldu. Küfə camaatı imamın döyüş çağırışına müsbət cavab vermədi. Onlar öz yersiz sözləri ilə imamın qəlbini ağrıtdılar. Məhz bu məqamda Hücr ibn Ədi qalxıb dedi: "Ya Əmirəlmöminin (ə), Allah sənə qəmli gün göstərməsin! Sən əmr ver, biz itaət edək. And olsun Allaha, əgər sənin əmrinə itaətdə var-dövlətimiz, canımız, bütün qəbiləmiz fəda olsa, həvəsdən düşməyəcə-yik.” Amma Hücr ibn Ədi kimi müti tərəfdarlar çox az idi.

Qutqutanı məntəqəsində Zöhhak ibn Qeysin törətdiyi qətl-qarətlərdən sonra imam Kufə xalqını toplayıb, onları düşmənə qarşı mübarizəyə çağırdı. Amma xalq imamın çağırışını çox soyuq qarşıladı. Yenə də Hücr ibn Ədi qalxıb, Allahın haqqı müdafiə etdiyini xatırladaraq, bu işdə öz hazırlığını bildirdi. O, imamdan köməkçilər istəyib, Allahın da yardımçı olacağını yada saldı. İmam (ə) Hücrin bu rəftarı haqqında xoş sözlər dedi və buyurdu: "Allah səni şəhadət feyzindən məhrum etməsin. Mən əminəm ki, sən şəhadəttələb insanlardansan” Həmin vaxt Hücr təcavüzkarlarla iki gün döyüşdü

Bu hadisə haqqında tarixçi İbn-Əsir belə məlumat verir: Hicri 39-cu ildə Müaviyə Zöhhak ibn Qeysi 3000 döyüşçü ilə birlikdə Əli (ə) tərəfdarlarını qətl-qarət etməyə göndərdi. Onlar Sələbiyyəyə çatanadək Həzrət Əlinin (ə) hərbi düşərgələrindən birini alt-üst etdilər. Bu xəbəri eşidən Həzrət Əli (ə) Hücri 4000 nəfərlə onların üstünə göndərdi. Həzrətin dəstəsi Zöhhakın dəstəsi ilə qanlı savaşa girdi. 19 nəfər Zöhhakın, 2 nəfər isə Hücrin dəstəsindən həlak oldu. Qaranlıq düşən kimi Zöhhaq və onun əsgərləri baş götürüb qaçdılar.

Bu pərakəndə fitnələr Müaviyənin ara-dan götürülməsi fikrini yaradırdısa da, ətrafdakıların süstlüyu düşmənləri cəsarətləndirirdi. Müharibədən yorul-muş xalq düşmənin fitnələrinə vərdiş verir və rəhbərin xəbərdarlıqlarına diqqətsizlik göstərirdi.

 İbn-Mülcəm, Vərdan və Şəbib Əlini (ə) öldürmək qərarlarını Əşəs ibn Qeysə açıqladılar. Peyğəmbər ailəsinin kinli düşmənlərindən olan, bütün fitnələrdə iştirak edən Əşəs ibn Qeys bu üç nəfərlə əl-ələ verdi. Əlinin (ə) vurulması nəzərdə tutulan gecə Hücr ibn Ədi məsciddə yatmışdı. O, Əşəslə İbn-Mülcəm arasındakı söhbəti eşitdi. Əşəs İbn Mülcəmə deyirdi: "Cəld ol, yoxsa sübhün nuru səni rüsvay edər” Bu sözlər Hücrdə şübhə doğurdu. O qarşıda təhlükə olduğunu hiss etdi. Cəld məsciddən çıxıb, Əlinin evinə üz tutdu. O həzrət Əlini bu təhlükədən xəbərdan etmək istəyirdi. Məscidlə Əlinin evinin arasında iki yol vardı. Hücr Əlinin evinə doğru bir yolla hərəkət etdiyi vaxt həzrət (ə) başqa bir yolla məscidə tərəf gəlirdi. Beləcə Hücr Həzrətlə (ə) rastlaşmadı və həmin hadisə baş verdi. Hücr və başqaları məscidə qayıtdıqları vaxt artıq iş işdən keçmişdi. Bəli, Əli (ə) qətlə yetiril-mişdi!

Bu faciə Hücr ibn Ədini çox sıxdı. Əli (ə) ilə onun arasında çox yaxın bir münasibət vardı. Həzrət (ə) ona şəhadət şərbətini içməsi üçün dua etmişdi. İndi isə imam özü şəhadət yatağına düşmüşdü. Hücr öz rəhbərini itirmək üzrə idi.

 Bir dəfə imam (ə) gələcək haqqında Hücrə buyurdu: "Əgər bir gün səni tutub işgəncə versələr və mənə lənət oxumağını tələb etsələr, nə edəcəksən?” Hücr dedi: "Nə edim ya Əli (ə)? İmam buyurdu: "Əgər səni məcbur etsələr, mənə lənət oxu. Amma məndən üz döndərmə. Çünki mən Allahın dinindəyəm.” Hücr hiss edirdi ki, ağasını itirməsi ilə ona vəd olunan gün yaxınlaşır. Artıq haqq yolçuları üçün meydan daralırdı.

Bu görüş zamanı Həzrət Əli (ə) yataqda idi. Ramazanın iyirminci günü idi. Aşiqlər bir-bir Əlinin (ə) görüşünə gəlirdilər, salam verib, cavab alırdılar. İmam (ə) buyururdu: "Nə qədər ki, məni itirməmisiniz, soruşun. Amma sual-larınızı qısa edin, imamınız zərbə almışdır.”

Oradakılar ağlayır, onun halını nəzərə alaraq, sual vermirdilər. Hücr ibn Ədi ayağa qalxıb öz hislərini bir neçə beyt şerlə bəyan etdi. Həzrət (ə) onun oxuduğu şeri dinləyib buyurdu: "Səni məndən üz döndərməyə məcbur etdikdə nə edəcəksən?” Hücr dedi: "And olsun Allaha, ya Əli! Əgər qılıncla tikə-tikə doğrasalar, odda yandırsalar, bu mənim üçün səndən üz döndərməkdən yaxşıdır!” Həzrət (ə) buyurdu: "Ey Hücr! Allah hər bir yaxşılıqda yardımçın olsun. Allah-taala sənə Peyğəmbər (s) ailəsi tərəfindən yaxşı mükafat versin.”

İmam Əli (ə) şəhadətə çatdı. Hücr ibn Ədi mövlasına eşqi, bu eşqə vəfalı olacağı barədə əhdi ilə birlikdə zülm içində çabalayan cəmiyyətdə, çətin bir dövranda qaldı. Hücrin qərarı qəti idi: O öz eşqindən, imanından, amallarından əl çəkməyəcək, şəraitin dəyişməsi onu mövqeyindən döndərməyəcəkdi!

 

İslam cəmiyyətinin bədbəxtliyi onda idi ki, hökumətə, insanların taleyinə Müaviyə, Əmru As, Müğirə və Ziyad kimilər hakim olmuşdular. Bu insanlar İslam və Qurandan çox-çox uzaq idilər. Nadan kütlənin də böyük hissəsi onların ardınca gedir, qorxu və tamah ucbatından dinlərini satırdılar. Məhz həmin dövrdə Hücr ibn Ədi, Meysəm Təmmar, Rüşəyd Həcəri, Əmru ibn Həmiq kimi şücaətli insanlar şirkin qarşısında dayanırdılar. Bu mübarizə həmin insan-lar üçün canları bahasına başa gəlirdi. Beləcə, Seyyidüşşühədanın əbədi qiyamı üçün şərait yaranırdı.

Həmin dövrün hakimiyyət meydanının oyunçularının çirkin sifəti ilə tanış-lıq pis olmaz. Yalnız bu yolla böyük şəhidlərin gördüyü işin əzəməti dərk oluna bilər.

Müaviyə ibn Əbu-Süfyan

Onun anası Əbu-Süfyanın arvadı Hind idi. Hind günahkar qadınlardan idi. O, Müaviyəni haram yolla dünyaya gətir-mişdi. Müaviyə Allaha və onun peyğəmbərinə inanmırdı. O, Əli (ə) ilə döyüşdü və bir çox din başçılarını şəhadətə yetirdi. O, azan verilərkən Peyğəmbərin (s) adını eşitdikdə qəzəblə deyərdi: "O qədər çalışacağam ki, bu ad aradan getsin!” Müaviyə göstəriş vermiş-di ki, minbərlərdən Əliyə lənət oxunsun.

Müaviyə dəfələrlə Əbuzər Qəffari və peyğəmbərlərin (s) digər böyük səhabələ-rinə pislik etmişdi. Bu şəxs öz şərabxor oğlu Yezidi xəlifəlik məqamına təyin etdi, onun üçün hamıdan zorla beyət aldı. O bu işi ilə Əhli-beytlə düşmən-çiliyini zirvəyə çatdırdı. Müaviyə peşəkar yalançılardan və fırıldaq-çılardan idi. O bu yolla Şamda ictimai fikri öz siyasətlərinin xeyrinə yönəldə bilmişdi.

Əmru As

Bu şəxsin də anası Məkkənin günahkar qadınlarından idi. O bir çox kişilərlə qeyri-qanuni əlaqə saxlayırdı. Əmru As həmin haram əlaqələrdən dünyaya gəlmiş-di. Bir neçə nəfər Əmru Asın atası olduğunu iddia edirdi. O da Müaviyə kimi İslama iman gətirməmişdi. Dinlə oyun oynayır və riyakarcasına müsəlmanların cərgəsində dayanırdı. Bu şəxs Həzrət Əlinin (ə) qatı düşmənlərindən idi. Süffeyn döyüşünə və digər fitnələrə rəhbərlik etmişdi. Peybəmbər ailəsinə qarşı əksər təxribatların arxasında Əmru Asın əli vardı.

 

Müqirə ibn Şəbə

Bu şəxs də İslama qəlbən iman gətirmə-mişdi. Bir dəfə on üç yoldaşını yuxuya verib, qətlə yetirmiş, var-dövlətlərinə sahib durmuşdu. Sonra Mədinəyə gəlmiş və müsəlman olduğunu bildirmişdi. Müğirənin zahirdə İslamı qəbul etməsi yalnız öz canını qorumaq üçün idi. O bütün həyatını günaha, şəhvətpərəstliyə və qarınqululuğa sərf etmişdi. Bununla belə, Müğirə hökumətdə vəzifə ələ keçirə bilmişdi. Müğirə həzrət Zəhranın (s) evinə hücum edib, zərər yetirən adam-lardan idi.

 

DAVAMI

 

 


 
 
Bölmə: Səhabələr / Hücr ibn Ədi
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.