Əşyaların şəhadət verməsi
Əşyaların şəhadət verməsi
Şəxt adlı bir yəhudi, Peyğəmbərin (s) yanına gəlib dedi: Ey Mühəmməd! Sənin Allahın barəsində sual etməyə gəlmişəm. Əgər mənim suallarıma cavab versən, sənə tabe olacağam.
Peyğəmbər (s) buyurdu: Hər nə barəsində istəyirsən, sual et!
Yəhudi: Sənin Allahın haradadır?
Peyğəmbər (s): Hər yerdə. Müəyyən məkanda deyildir.
Yəhudi: sənin Allahın necədir?
Peyğəmbər (s): «Necə olmaq» məxluqatın xüsusiyyəti və sifəti ilə vəsf olunmaz.
Yəhudi: Sənin Peyğəmbər olmağını kim bilir?
Bu anda daş, kəsək və ətrafda olan bütün varlıqlar, Ərəb dilində aşkar surətdə dedilər: «Ey Şeyx! O, Allahın elçisi və peyğəmbəridir.»
Yəhudi dedi: Bu günə qədər bundan aşkar möcüzə görməmişdim. Sonra əlavə etdi: Allahın birliyinə və sənin Allahın rəsulu olmağına şəhadət verirəm.
Mənbə: ''On dörd məsumdan möcüzələr'' kitabı
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.