» » » Bilalın vəfatı və əbədi həyatın başlanğıcı


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Bilalın vəfatı və əbədi həyatın başlanğıcı
+10
Müəllif: Admin | 6-06-2014, 23:02 | Baxılıb: 1 592

Peyğəmbərin (s) xəzinədarı

Müsəlmanların beytül-malını, büdcəsini öhdəyə götürmək və xətaya yol verməmək, ondan sui-istifadə etməmək insanın maddi cəhətdən təqvasının, vəfadarlıq və allahpərəstliyinin dəlilidir. Bilal Mədinədə həm də peyğəmbərin xəzinədarı idi. Peyğəmbərin (s) ixtiyarına verilən malların xümsü, döyüş qənimətləri və digər pullar Bilala tapşırılırdı. Həzrət (s) ona müraciət edən fəqir və ehtiyaclıları Bilala tapşırırdı ki, onlar üçün yemək və geyim tədarük etsin.

Bilal heç vaxt möhtacları rədd etmirdi. Hətta xəzinədə pul olmadıqda başqalarından borc olıb, fəqirləri yola salırdı. Bilal heç vaxt bir fəqirə "yox” deməmişdi.

 

Peyğəmbərin (s) evi üçün bazarlıq Bilala tapşırıldığından o tez-tez həzrətin evinə gedib-gələrdi. Bilalın Peyğəmbərin qızı həzrət Zəhraya (s) (Fatimə (s)) xüsusi ehtiramı vardı. Bir dəfə Peyğəmbər (s) və namaza toplaşmış müsəlmanlar Bilalın azanı intizarında olduqları vaxt Bilal yubanır. Bilal məscidə daxil olduqda həzrət (s) ondan yubanmasının səbəbini soruşur. Bilal cavab verir: "Fatimənin (s) evinə getmişdim. O, buğda üyüdür, Həsən isə ağlayırdı. Dedim ki, ey Peyğəmbər qızı, icazə ver, ya buğdanı üyüdüm, ya da Həsəni saxlayım. Zəhra (s) buyurdu ki, övladımı saxlamaq üçün mən daha münasibəm. O, Həsəni götürdü, mən isə buğda üyütməyə məşğul oldum. Bu səbəbdən də yubandım.” Həzrət Peyğəmbər (s) buyurdu: "Sən onunla mehribanlıq etdin, Allah da sənə mehriban olsun.”

Müsəlmanlar Peyğəmbərin (s) göstərişi ilə Məkkənin, bu tövhid mərkəzinin şirk və bütpərəstlikdən təmizlənməsi üçün səfərbər olurdular. Minlərlə silahlı müsəlman Mədinədən Məkkəyədək olan yolu bir neçə gündə qət etdilər. Onların qibləsi həmin bu şəhərdə idi. Bu şəhərdə müşriklər onlara hansı işgəncəni verməmişdilər! Bu şəhər İslamın ilkin dövrləri ilə bağlı xatirələrlə zəngin idi. İşgəncələr, müqavimətlər, çətinliklər!

Mühacirlər məkkəli olduqlarından vətəni görməyə daha iştiyaqlı idilər. Onlar hicrət etdikləri vaxt son dərəcə zəif idilərsə, bu gün böyük əzəmətlə Məkkəyə dönmək əzmindəydilər.

Bu karvana yolda qoşulanlar da çox oldu. Nəhayət, müsəlmanlar Peyğəmbərin rəhbərliyi altda qalib halda Məkkəyə daxil oldular. Məkkə heç bir qan axıdılmadan təslim edildi. Müsəlmanlar təsadüf hallarda müqavimətlə rastlaşdılar. Bu, İslam qüvvələri üçün çox böyük bir qələbə idi.

Müsəlmanlar Kəbə ətrafında toplandılar. Bilal həzrət Peyğəmbərin (s) göstərişi ilə Kəbənin açarlarını Osman ibn Təlhədən aldı və Kəbənin qapısı açıldı. Peyğəmbər (s) və Əli (ə) Kəbəyə daxil olub, bütləri birbəbir aşırmağa başladılar. Bütlərin bu vəziyyətə düşdüyünü görən müşriklər heyrətlənib, qorxuya düşdülər. Onlar bütlərin acizliyini seyr edirdilər... La ilahə illəllah... Əllahu əkbər...

Böyük fəth şüarı Məkkəni ağuşuna aldı. Allahın qüdrəti bütün qüdrətləri üstələdi. Allahın rəsulu (s) Bilala buyurdu: "Kəbəyə qalx və azan de.” Bilal bir anda Kəbənin üstünə qalxdı. Müşriklər Bilalın cürətindən heyrətə gəlmişdilər. Bilalın könül oxşayan "Əllahu əkbər” fəryadı göyə ucaldıqca nigaran-çılıqlara son qoyulurdu. "Allah” adı və İslam azanı məkkəlilər üçün yeni bir şey idi. Bu ilahi çağırışın cazibəsi onları sehrləmişdi. Bilal, bu qara qul Peyğəmbər və ümmət tərəfindən bir nümayəndə olaraq, Kəbənin üstündən boylanırdı. "Əllahu əkbər, əşhədu ənnə muhəmmədər-rəsulillah”

Peyğəmbərin (s) vəfatı astanasında

Məkkə fəth olundu və müsəlmanlar Mədinəyə qayıtdılar. Peyğəmbər (s) həyatının son ilində yüz mindən artıq müsəlmanla Allah evinin ziyarətinə getdi. "Vida həcci” adlanan bu həcdən qayıdarkən Peyğəmbərə əmr olundu ki, xəlifəlik, imamlıq məsələsini bəyan etsin və həzrət Əlinin (ə) canişinliyini xalqa çatdırsın.

Sözsüz ki, xilafət və canişinlik məsələsi təzə bir məsələ deyildi. Həzrət (s) öz peyğəmbər-liyinin ilk illərindən başlayaraq müxtəlif münasibətlərlə ümmətə öz canişini Həzrət Əli (ə) haqqında məlumat vermişdi. Amma bu dəfə Allahın təkidli fərmanı aşkar şəkildə bəyan olunmalı idi.[23]

Bilalın sədası həmin vadidə hamının diqqətini özünə cəlb etdi. Məlum oldu ki, Peyğəmbər (s) öz ümmətinə hansısa mühüm bir xəbəri çatdırmaq istəyir. Bilal peyğəmbərin göstərişi ilə nida etdi və hamı toplandı. "Qədire-Xum” adlanan vadidə saysız-hesabsız, müxtəlif ölkələrdən gəlmiş müsəlmanlar Peyğəmbərin (s) elanı intizarındadılar. Həzrət (s) onların intizarına son qoyaraq, Əlini (ə) öz xəlifəsi və canişini kimi xalqa təqdim etdi.

Həcc səfərindən qayıtdıqdan sonra Peyğəmbər (s) Mədinədə xəstələndi və yatağa düşdü. Onun vəziyyəti gündən-günə ağırlaşırdı. Eyni zamanda Bilalın azanı və Peyğəmbərin (s) camaat namazında iştirakı Mədinəni isidir, məscidə səfa verirdi.

Bilal, adətən, azan dedikdən sonra həzrət Peyğəmbərin (s) hüzuruna tələsir və onunla birlikdə namaza gələrdi. Həzrətin (s) xəstəlik dövründə də bu qayda davam edirdi.

Bir gün Bilal adəti üzrə azan verdikdən sonra həzrətin (s) mənzilinə tələsdi. Amma məlum oldu ki, Peyğəmbərin (s) vəziyyəti ağırdır və o, namazda iştirak edə bilməyəcək. Bu vaxt Əbu Bəkr peyğəmbərdən xəbərsiz məscidə gedib, Peyğəmbərin (s) yerində imam durdu. Bu məsələdən xəbərdar olan Peyğəmbər (s) vəziyyətinin ağırlığına baxmayaraq, yataqdan qalxıb, məscidə gəldi. Həzrət (s) Əbu-Bəkri kənarlaşdırıb, namaza durdu. Sünnə əhlinin bəzi alimləri Əbu-Bəkrin belə bir hərəkət etmədiyini bildirsələr də, əksər alimlər uzun tədqiqatlardan sonra belə bir nəticəyə gəlmişlər ki, belə bir hadisə baş vermişdir.

Peyğəmbər (s) müəzzini peyğəmbərdən sonra

İmam Sadiq (ə) buyurmuşdur: "Allah Bilala rəhmət etsin, o Əhli-beyt (ə) dostu və saleh bir bəndə idi. Peyğəmbərdən sonra Bilal kimsə üçün azan demədi.

Bilal o zaman azan verirdi ki, müsəlmanların rəhbəri həzrət Peyğəmbər (s) idi və xalq camaat namazında ona iqtida edirdi. Bilal Peyğəmbər məqamının paklığı keşiyində durdu, peyğəmbərin azançısı olmaq iftixarını dünya-tələblərin siyasi hakimiyyətində çirkləndir-mədi.

Bəli, bu səbəbdən də Peyğəmbərin (s) vəfatından sonra Bilal bir daha azan demədi. Ümmət Bilalın könül oxşayan tövhid avazının intizarında qaldı.

 

Ey Məhəmmədsəndən sonra gözümüz

İntizarda qaldı gecə  gündüz.

Bilal o vəfalıfədakar əskər

Bir daha demədi "əllahu əkbər”.

Səndən sonra hamı qüssəliqəmli,

Aşiq ümmətinin gözləri nəmli.

 

Həzrət Peyğəmbərin (s) vəfatından sonra bir gün həzrət Zəhra (s) atasının azançısının səsini eşitmək istədi. Bundan xəbər tutan Bilal məscidin damına çıxıb azan dedi: "Əllahu əkbər, əllahu əkbər”.. Bilalın səsini eşidən camaat həzrət Peyğəmbərin dövrünü xatırladı. Onlar o şirin dövrü yada salaraq ağladılar. Atasını xatırlayan həzrət Fatimə (s) də ağlamağa başladı.: "Əşhədu ənnə Muhəmmədər-rəsulullah...” Azanın bu sözləri Mədinəni qəm-qüssəyə batırdı. Hələ ki, Mədinədə bu sayaq ah-nalə eşidilməmişdi.

Atasının əziz xatirəsindən həyəcanlanan Zəhra bihuş olub yerə yıxıldı. Bilala dedilər: "Bilal sus, Peyğəmbərin qızı dünyasını dəyişdi.” Zəhraya görə narahat olan Bilal azanı yarımçıq saxladı və məscidin damından düşüb ona yaxın-laşdı. Həzrət Zəhra (s) özünə gəlib buyurur: "Azanı tamamla.” Bilal dedi: "Ey Peyğəmbər qızı, məni üzürlü bil. Sənin həlak olmağından qorxuram.”

Bilalın sürgünü

Peyğəmbərin vəfatından sonra Bilalın azan deməməsi növbəti xilafəti rəsmi şəkildə tanımaması kimi qəbul olundu. Bilal mövcud hakimiyyəti öz azanı ilə təsdiq etmək istəmədi. O, əhd etmişdi ki, yalnız Peyğəmbər üçün və əgər canişin olarsa həzrət Əli (ə) üçün azan deyəcək.

Bilalın azan deməkdən imtina etməsi xəlifəyə baha başa gəldi. Beləcə, Bilal Şam şəhərinə sürgün olundu və ömrünün sonunadək orada qaldı.[26] Bilal Şamda olduğu dövrdə bir dəfə həzrət Peyğəmbəri (s) yuxuda gördü. Peyğəmbər (s) Bilala buyurdu: "Bilal! Mənə münasibətdə necə də cəfa edirsən! Nə üçün mənim ziyarətimə gəlmirsən?” Bilal yuxudan oyanıb, çox qəmgin oldu. Qərara gəldi ki, həzrət Peyğəmbərin ziyarətinə getsin. Mədinəyə yola düşdü. Şəhərə daxil olan kimi Peyğəmbərin (s) qəbrinə üz tutdu. Ağlar halda həzrətin (s) məzarına sarıldı. İmam Həsən (ə) və imam Hüseyn Bilalın gəlməsini eşidib, xoşhal oldular, onun görüşünə gəldilər. Bilal həzrət Peyğəmbərin bu iki yadigarını görüb, onları ağuşuna aldı və öpdü. Peyğəmbərin bu iki körpəni qucağına alması səhnəsini xatırladı. Bilal Peyğəmbərdən sonra onun Əhli-beytinin (ə) necə tənha qaldığına şahid oldu. Əhli-beyt (ə) ümmətin biganəliyi ilə qarşılaşmışdı.

Bilal Mədinədə bir neçə gün qaldı. Peyğəmbərin qəbrini ziyarət etdikdən sonra Əhli-beyt (ə) ilə görüşə getdi və təkrar öz sürgün yerinə, Şama qayıtdı.

Peyğəmbər buyuruqlarının rəvayətçisi Bilal

Bilal uzun illər həzrət Peyğəmbərin (s) yanında olduğundan onun bir çox buyuruqlarını yadda saxlamışdı. O, həzrətin (s) sözləri və əməlləri ilə yaxından tanış idi. Bilalın həzrət Peyğəmbərin (s) dilindən nəql etdiyi buyuruqlar mötəbər sənəd və istinad ediləsi mənbə hesab olunur. Bilal Şamda olduğu dövrdə Peyğəmbərdən hədislər və xatirələr nəql etməklə, müsəlmanların təlim-tərbiyəsi ilə məşğul olurdu. Onun sözləri xalq üçün bir dəlil idi.

Mərhum Əllamə Məclisi nəql etmişdir ki, bir şəxs öz ticarət səfərində Bilalla tanış olur. Əbdüllah ibn Əli adlı bu şəxs deyir: Bəsrədən Misirə mal aparırdım. Bir gün Misirdə uca qamətli, ağsaçlı bir kişi ilə rastlaşdım. Onun əynində ağ və qara iki hissə parça vardı. Soruşdum ki, bu kimdir? Dedilər ki, Bilal, həzrət Peyğəmbərin (s) azançısı. Lövhə götürüb, Peyğəmbərin buyuruqlarını yazmaq üçün onun yanına getdim. Salam verib, gəlişimin məqsədini açıqladım: "Sənə Allahın rəhməti olsun, Peyğəmbərdən eşitdiklərindən mənə nəql et.” Bilal soruşdu ki, məni tanıyırsanmı? Onu tanıdığımı bildirdim. Bilal həzrət Peyğəmbərin (s) adını eşidib ağladı, mən də ona qoşuldum. Camaat başımıza toplandı və hamı ağladı. Bilal məndən hansı şəhərdən gəldiyimi soruşdu. İraq əhli olduğumu bildirdim. Dedi: Bəh, bəh, afərin − bir qədər susub sözünə davam etdi − ey iraqlı qardaş yaz:

"Rəhman və Rəhim Allahın adı ilə!

Azançılar möminlərin etimad etdiyi şəxslərdir. Möminlər namaz və oruclarını, cisim və canlarını azançıya etibar etmişlər. Onlar əta ediləndən savay bir şey istəməzlər. Bir şey haqqında şəfaət edərlərsə, qəbul olunar.”

Dedim: Allah sənə rəhmət buyursun, yenə də de.

Dedi: "Yaz, Allahın adı ilə! Peyğəmbərdən (s) belə bir buyuruğunu eşitdim: "Hər kəs qırx il Allah və Onun mükafatı üçün azan desə, Allah qiyamət günü ona qırx pak siddiqin əməl mükafatını əta edərək qaldırar.”

Dedim: Yenə de.

Dedi: "Allahın adı ilə! Peyğəmbərdən (s) eşitdim ki, hər kəs iyirmi il azan desə, Allah qiyamətdə onu səmanın nuru kimi parlaq halda gətirər.”

 

Haqq eşqinin nuru damsa qəlbinə,

Günəş  həsrətlə boylanar sənə.

 

Dedim: Allah sənə rəhmət etsin, yenə de.

Dedi: "Peyğəmbər (s) buyurdu: "Hər kəs on il azan desə, Allah onu öz dərgahında İbrahim dərəcəsində məşhur edər.”

Dedim: Yenə də desənə.

Dedi: "Peyğəmbər (s) buyurdu: "Hər kəs bir il azan desə, Allah onu qiyamətdə Ühüd dağı qədərincə günahı olsa da, bağışlanmış halda gətirər.”

Dedim: Yenə de.

Dedi: "Dediyimi yadda saxla, ona əməl et və Allaha ümidvar ol. Peyğəmbər (s) buyurdu: " Hər kəs Allah yolunda, imanla ilahi mükafat üçün, Allaha yaxınlıq məqsədi ilə bir namazın azanını desə, Allah onun ötən günahlarını bağışlayar, gələcək xətalardan qoruyar, behiştdə şəhidlərlə qonşu edər.”

Dedim: Eşitdiklərinin ən yaxşısını de.

Dedi: "Vay olsun sənə, ey cavan! Könlümün telini qırdın! − Sonra ağladı. Mən də ağladım, qəlbim yandı. O davam etdi − yaz, Allahın adı ilə. Peyğəmbər (s) buyurdu: "Allah qiyamət günü hamını bir yerə toplayacağı vaxt mələkləri bayraqlar və nur nişanələrlə azançılara doğru göndərəcək. Azançılar qiymətli daşlarla bəzədilmiş atlara süvar olub, azan deyərlər.”

Bilalı yenidən ağlamaq tutdu. Mən də ona qoşuldum. Sakitləşdikdən sonra ağlamağının səbəbini soruşdum. Dedi:

"Həbibim Məhəmməddən (s) azan, azançının savabı, onun behiştdəki yeri haqqında eşitdiyim sözləri yadıma saldın. Sonra mənə baxıb dedi: "Əgər azançı ola bilsən, ölənədək bu işi davam etdirə bilsən, bu vəsflə dünyadan gedə bilsən, işə başla...”

Bilalın vəfatı və əbədi həyatın başlanğıcı

Hilal tək nazilibsoluxdu Bilal,

Nurlu çöhrəsinə ölüm saldı xal.

 

Bilal Şama hicrət etdikdən sonra hər il Mədinəyə gəlib, Peyğəmbərin qəbrini, onun qızı Zəhranı (s) ziyarət edər, Peyğəmbər Əhli-beyti (ə) ilə görüşərdi.

Hicri 19-cu ildə Bilal taun xəstəliyindən dünyasını dəyişdi. O, 63 il yaşadı. Bilal Dəməşq yaxınlığındakı "Babus-səğir” adlı yerdə bəzi səhabələrlə yanaşı dəfn olundu.

Hazırda onun məzarı üzərində qübbə tikilmişdir və bu yer mərifət əhlinin ziyarətgahıdır. Şam müsafirləri öz ehtiramlarını bildirmək üçün Bilalın qəbrini ziyarət edirlər.

Allah pak yaşamış, vəzifəsinə əməl etmiş, ölüm gününədək Allahın dini yolunda möhkəm dayanmış bu böyük insana rəhmət etsin!

Bu gün onun adından ilham alırıq. Allah yolunda qədəm götürən iman və təqva istəkli insanlar üçün Bilalın həyatı gözəl bir nümunədir.

Bütün yer üzündə "Əllahu əkbər” sədasının ucalacağı, həzrət Mehdinin (ə) ədalət bayrağı altında Allah dininin dünyaya hakim olacağı gün ümidi ilə! Belə bir gün uzaqda deyil!


Kitabın adı: Bilal Həbəşi (ideallarla tanışlıq)
Müəllif: Cəvad Mühəddisi

 


 
 
Bölmə: Səhabələr / Bilal Həbəşi
Şərhlər: 3
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 10 Nisan 2015 22:01 | Sayt nəzarətçisi | Şərh yazdı
Cox maraqli idi ne yaxsii ki oxudum bezi maraqli melumatlari oyrendim cox sagolun Allah Bilala rehmet etsin insAllah ziyaret etmeyi Uca Rebbim nesib etsin Amin

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Nurane | Status: İstifadəçi Offline | 7 Haziran 2014 18:16 | İstifadəçi | Şərh yazdı
ALLAH RAZI OLSUN...ALLAHIM AGAMIZIN ZUHURUNU TECIL ETSIN INWALALH.AMIN

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Bicare Zeyneb | Status: İstifadəçi Offline | 7 Haziran 2014 14:52 | İstifadəçi | Şərh yazdı
 ALLAH RAZI OLSUN QARDAS.AMIN.IN WA ALLAH.ALLAHUMME SELI ELA MUHEMEEDIN VE ALI MUHEMMED.
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.