» » » Bilalın azadlığı


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Bilalın azadlığı
    0
    Müəllif: Admin | 6-06-2014, 22:50 | Baxılıb: 1 552

    Bilalın azadlığı

    Xalqla daim həmdərd olan həzrət Peyğəmbər (s) öz müsəlman tərəfdarlarının əzab-əziyyətinə hamıdan çox narahat olurdu. O, işgəncə altında olan müsəlmanlar haqqında daim düşünər, onlardan xəbər tutar və onları səbrə dəvət edərdi. Eləcə də həzrət (s) din yolunda fədakarlıq göstərib, çətinliyə düçar olanları behiştlə müjdələyərdi.

    Bilalın işgəncələri nəhayət həddə çatmışdı. Onun bədəni zəifləmiş, şəhadət ehtimalı çoxalmışdı. Həzrət Peyğəmbər (s) təklif etdi ki, Bilalı işgəncələrdən qurtarmaq üçün onu ağasından pulla alıb, Allah yolunda azad etmək lazımdır.

    Üməyyə ibn Xələf də Bilalın müqavimətindən cana doymuşdu. Artıq Bilaldan qul kimi istifadə etmək də mümkünsüz olmuşdu. Onu öldürmək isə Üməyyəni alçalda bilərdi. Ona görə də Üməyyə həzrət Peyğəmbərin (s) təklifi ilə razılaşdı. Beləcə, Bilalın adı qullar siyahısından silindi.

    Bilal sağaldıqdan sonra ciddi dini fəaliyyətlərə başladı və Allahın dini yolunda misilsiz fədakarlıqlar göstərdi. O ən çətin və təhlükəli anlarda öz həbibi həzrət Məhəmmədin (s) yanında olardı. Bilal "Şibe-Əbu-Talib” mühasirəsi dövründə də müsəlmanlarla oldu.

    Bilalın iman və səbri ona misilsiz əzəmət bəxş etmişdi. O, Mədinəyə hicrət dövrünədək öz şirin bəyanı ilə İslamı təbliğ edib, yayırdı.

    Mədinəyə hicrət

    Bilal, Peyğəmbərin (s) hicrətindən qabaq Mədinəyə, Yəsribə köçmüş müsəlmanlardan idi. Həzrət Məhəmmədə (s) qəlbən aşiq olan bu insan ondan ayrılığa dözə bilmir, şiddətli qızdırmalı olmasına baxmayaraq, günlərlə Məkkə yolunda oturub, günəş altında həzrət Peyğəmbərin (s) yolunu gözləyir. Nəhayət, intizar dövrü başa çatır, həzrət (s) Mədinəyə daxil olarkən onu görmədən İslamı qəbul edənlərlə birgə Bilal da böyük sevinclə Allah rəsulunu (s) qarşılayır.

    Peyğəmbərin Mədinəyə gəlişi ilə bir çox yeni işlərə, tədbirlərə, eləcə də, İslam əsasında yeni hökumətin təşkilinə başlanıldı. İslam Peyğəmbəri (s) Mədinəyə gəlişinin əvvəlində müsəlmanlarla birlikdə ibadət və yığıncaqlar üçün bir məscid tikdi. Müsəlmanlar arasında bağlılığı gücləndirmək üçün qardaşlıq əqdləri (siğələri) oxundu. Bilal da Übeydə ibn Haris ibn Əbdül-Mütəlliblə qardaş oldu. Übeydə fədakar müsəlmanlardan idi. O sonralar Bədr döyüşündə həzrət Peyğəmbər (s) və həzrət Əli (ə) ilə çiyin-çiyinə cihad etdi və yaralandı. Bir neçə gün sonra Bədr döyüşündən qayıdarkən yolda vəfat etdi.

    İlk azançı (müəzzin)

    Mədinəyə hicrətin ilk günlərində xalqı camaat namazından və zəruri yığıncaqlardan xəbərdar etmək üçün bir vasitəyə ehtiyac yaranmışdı. Ona görə də Allah-təala Öz peyğəmbərinə (s) azan verilməsi göstərişini nazil etdi. Peyğəmbər (s) Əliyə (ə) tapşırdı ki, Bilala azan öyrətsin.Beləcə Bilal İslamda ilk azançı, müəzzin olmaq iftixarını qazandı. Bilal qara həbəş və azad edilmiş qul olsa da, Peyğəmbərin (s) azançısı və Allah dininin rəsmi sözçüsü, xəbərçisi seçildi. Bu seçimin əsasını Bilalın təqvası, məsuliyyətli olması və Allahla yaxınlığı təşkil edirdi. Həmin vaxt Bilaldan daha gözəl səsi olanlar az deyildi. Amma Bilalın paklığı, imanı və xalisliyi onu belə bir məqama ucaltdı.

    Bilal daim həzrət Peyğəmbərin (s) yanında olardı. Bütün səfərlərdə, müharibələrdə onu müşayiət edər, namaz vaxtı azan verərdi. Bilalın təkbir nidası ucalan kimi bütün allahpərəstlər məscidə axışar, cəm halda peyğəmbərə (s) iqtida edərdilər.

    Bilal namaz üçün azan verdikdən sonra həzrət Peyğəmbərin (s) qapısına gəlib təkrarlayardı: "Həyyə ələs-səlat, Həyyə ələl-fəlah, ya rəsuləllah.” Peyğəmbəri gördükdən sonra namaz başlayanadək iqamə deyərdi.

    Bilal vaxtı dəqiq müəyyənləşdirməyi bacaran bir azançı idi. Peyğəmbər (s) buyurmuşdur: "Oruclarınızı Bilalın azanı ilə başlayıb, sona çatdırın, o, çox dəqiqdir.”Həzrət Peyğəmbər (s) Bilala deyərdi: "Ey Bilal, azanınla könlümüzə sevinc bəxş et, azan de ki, namaza duraq.”

    Bilal gecə sübh azanından bir qədər qabaq məscidə gələr, divarın kənarında əyləşib, səmanı seyr edərdi. O, Allahın tədbirləri haqqında düşünər və azandan qabaq raz-niyaz edərdi. Həzrət Peyğəmbərin (s) Bilala azan haqqında dedikləri onun xalisliyini, qəlbinin imanla dolu olmasını göstərir.

     

    Həm ruhu kamildirhəm  nidası,

    Könüllər oxşayır onun sədası.

    Peyğəmbər buyurmuş: "Oxuey Bilal,

    Azanınla eylə qəlbləri xoşhal...”

    Oxuey bağların aşiq bülbülü,

    Gül bülbülü gözlərbülbülsə gülü.

    Səsin çıxarası huşları başdan,

    Sənə əhsən deyir əhle-asiman

    Bilalın ailə qurması

    Bilal qardaşı ilə Yəmənə səfər zamanı evlənmək qərarına gəldi. O, elçilik zamanı özünü belə təqdim etdi: "Mən Bilalam, bu isə mənim qardaşımdır. Hər ikimiz həbəş qulları olmuşuq. Yolumuzu azmışdıq, Allah bizi hidayət etdi. Qul idik, Allah bizi azadlığa çıxardı. Qızlarınızı bizə versəniz, Allaha həmd olsun. Əgər verməsəniz, Allah böyükdür.”

    Qız adamları Bilala qəti cavab verməzdən öncə həzrət Peyğəmbərin (s) yanına gəldilər. Onlar əhvalatı danışıb, həzrətin (s) rəyini öyrənmək istədilər. Həzrət (s) üç dəfə Bilal deyərək buyurdu: "Ondan yaxşı kimi istəyirsiniz?! Bilal Behişt əhlindən olan insandır...”

    Bilalın evlənmə üsulu və həzrət Peyğəmbərin (s) məsləhətləri islami evlənmə üçün olduqca gözəl nümunədir. Bu əhvalat izdivac zamanı islami meyarları çox aşkar şəkildə bəyan edir.

    Bilal döyüş meydanlarında

    Bilalın müxtəlif sahələrdə, eləcə də, cihad meydanlarında iştirakı onun İslamı hərtərəfli tanıyıb, dəqiq əməl etməsinin göstəricisidir. Bilalın işi təkcə namaz və azan deyildi. O, savaş qəhrəmanı, əsil hərb adamı idi. Bilal, demək olar ki, bütün döyüşlərdə iştirak etmişdir. İslamın qələbəsi və müşriklərin məğlubiyyəti ilə nəticələnən Bədr döyüşündə əsirlər arasında Üməyyə və oğlu da vardı. Bilal İslamın qədim düşməni olan Üməyyəni görüb, ənsari haraylayaraq dedi: "Bu Üməyyədir, küfrün rəisidir. And olsun Allaha, səni nicat tapmağa qoysam, özüm nicat tapmaram!”

    Üməyyəni tanıyan, onun Məkkədə müsəlmanlara verdiyi işgəncədən xəbərdar olan ənsar Bilalın səsini eşidib, onun köməyinə tələsdi. Beləcə Üməyyə və onun oğlunun həyatına son qoyuldu.

    Bəli, küfr və zülm başçısı Üməyyə qara qulun əli ilə gözlərini dünyaya qapadı.

    Bilal iştirak etdiyi digər müharibələrdə həzrət Peyğəmbərin (s) göstərişi ilə nəticələn-miş Ühüd döyüşündə Bilal orduya həzrət Peyğəmbərin (s) düşməni təqib etmək göstəri-şini elan etdi. Bəni-qərizə yəhudiləri ilə döyüşdə də savaş elanını Bilal öz öhdəsinə götürdü.Bilalın digər sahələrdə də fəaliyyətləri, xüsusi ilə insanları azan deməklə ibadətə səsləməsi onun pak və uca ruhundan danışırdı. Həzrət Peyğəmbər (s) Bilalı qəlbən sevməsinə baxmayaraq, ona səhvlərini də xatırladardı. Xeybər döyüşündə Bilal Həyy ibn Əxtəbin qızı Səfiyyəni əsir götürüb, onu yaxınlarının cəsədləri arasından keçirib gətirdiyi üçün qadın üzünü cırmış, başına torpaq tökmüşdü. Səfiyyənin üzücü iztirabını görən Peyğəmbər (s) Bilala buyurdu: "Qəlbinin mərhəmətini itirmisənmi ki, əsir qadını cəsədlərin arasından keçirib gətirirsən?!”

    Bu, Bilalın məzəmmət olunduğu yeganə hal idi. Uyğun hadisə əslində hamı üçün yetərli bir ibrət dərsi idi. Hətta müharibə meydanlarında əsirlərə qarşı insani davranış zəruridir.


    Kitabın adı: Bilal Həbəşi (ideallarla tanışlıq)
    Müəllif: Cəvad Mühəddisi

     
     
    Bölmə: Səhabələr / Bilal Həbəşi
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Nurane | Status: İstifadəçi Offline | 7 Haziran 2014 18:13 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Bicare Zeyneb | Status: İstifadəçi Offline | 7 Haziran 2014 14:43 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN QARDAS.
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.