Bağışlayan və mehriban Allahın adı ilə
Bir gün Fironun təlxəyi qəsrə daxil olanda orda bir şəxsi görüb soruşur:
Sən kimsən?
Cavab verir ki, mən Musa peyğəmbərəm. Fironu təkallahlığa dəvət etməyə gedirəm. Təlxək bu sözləri eşidəndən sonra qəsrə getməyib geri qayıdır. Musa peyğəmbər kimi geyinib əlinə əsa alıb Fironun yanına gedir. Musa peyğəmbərin sözlərini təkrarlayıb ələ salaraq Firon gülməyə başlayır. Həzrət təlxəyin bu işindən çox narahat olur. Allah-təala Fironu suda batıranda həmin təlxəyə nicat verir. Musa (ə) Allaha belə ərz edir:
Ey İlahi! Məni agah et, görüm nə iş səbəb olub məni həmişə ələ salan şəxsi öldürməmisən?
Allah-təaladan belə xitab gəlir:
Ey Musa! Hər bir şəxs ki, özünü mənim dostlarıma oxşatsa, o hətta onların əleyhinə olsa da belə ona əzab etmərəm.
Mənbə: "Hikmətli nəsihətlər" kitabı