Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
İYİRMİ DÖRDÜNCÜ DƏRS
Həzrəti Peyğəmbər (s) buyurub: "Qurani-Kərimin bəşər sözündən üstünlüyü,Allahın məxluqatdan üstünlüyü kimidir”.
İdğam.
"İdğam" sözü lüğətdə "bir şeyi başqa bir şeyə daxil etmək.birləşdirmək" mənasındadır.Təcvid elmində isə bir hərfi digər bir hərfə daxil etməkdir.Belə ki,sükunlu olan birinci hərf tələffüz edilmir,ikincisi isə təşdidlə (şiddətlə) tələffüz edilir.
Məsələn:
Qeyd:Təcviddə birinci hərf "müdğəm", ikinci hərf isə "müdğəmün fih" adlanır.
İdğamın əsas faydası tələffüzü asanlaşdırmaqdır.Ayrı-ayrı sözlərdə eyni cinsdən olan iki hərfi ,yaxud məxrəcləri bir-birinə yaxın olan hərfləri,yaxud da məxrəcləri bir-birinə eyni olan hərfləri ardıcıl oxuyarkən tələffüzü asanlaşdırmaq üçün bu hərflər müəyyən qaydalar əsasında "idğam" edilir.
İdğamın növləri.
"İdğam"ın üç növü vardır.
1)Mütəmasileyn idğamı:Bu idğam iki eyni cinsdən olan hərflərdə baş verir.
2)Mütəcaniseyn idğamı:Bu idğam məxrəcləri eyni olan hərflərdə baş verir.
I-Müdğəm "dəl" və müdğəmün fih "tə" hərfi olduqda.Məs:
II-Müdğəm "bə" və müdğəmün fih "mim" hərfi olduqda.Məs:
III-Müdğəm "tə" və müdğəmün fih "ta" hərfi olduqda.Məs:
IV-Müdğəm "Ta" və müdğəmün fih "tə" hərfi olduqda.Məs:
V-Müdğəm "zəl" və müdğəmün fih "za" hərfi olduqda.Məs:
VI-Müdğəm "sə" və müdğəmün fih "zəl" hərfi olduqda.Məs:
3)Mütəqaribeyn idğamı:Bu idğam məxrəcləri bir-birinə yaxın olar hərflərdə baş verir.
I-Sükunlu "lam" hərfi "ra" hərfinə qovuşduqda;
II-Sükunlu "qaf" hərfi "kəf" hərfinə qovuşduqda;
İdğam olunmuş hərflərin əlamətləndirilmə qaydası.
Müdğəm hərf medğəmün fihdə idğam olunduqda və medğəm hərfin sifətindən heç bir əsər qalmadıqda,bu idğam "kamil idğam" adlanır.Bəzi Quranların yazılışında kamil idğamı göstərmək üçün əslində sükunlu olan müdğəm hərfinin üstündə sükun əlaməti qoyulmur və müdğəmün fih hərfinin üstündə təşdid əlaməti qoyulur.
Məsələn:
Müdğəm hərf müdğəmün fihdə idğam olunan zaman onun sifətlərindən biri qaldıqda və müdğəm bütünlüklə aradan getmədikdə bu idğam "naqis idğam" adlanır.Naqis idğamı göstərmək üçün müdğəm hərfin üstündə sükun və müdğəmün fih hərfinin də üstündə təşdid əlaməti qoyulmur.
Məsələn:
İyirmi dördüncü dərsi tam öyrənməmiş İyirmi beşinci dərsə keçməyin.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |