![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
"Saleh sələflərin hamısı Səqifənin iş başına gətirdiyi üç xəlifənin yoldaşlarıdır. Onların Əhli-beytdən uzaqlaşması, Əli (ə) və övladları ilə düşmənçilik etməsi əlacsızlıq üzündən olmuşdur. Peyğəmbərin sünnətini aradan aparıb yerinə ictihadı qoymağa çalışırdılar.
Bu,ümmətin Peyğəmbər (s)-dən sonra iki dəstəyə bölünməsinə səbəb oldu. Saleh sələflər, onların əhli-sünnədən olan tərəfdarları ümmətin çoxunu təşkil edirlər. Əli (ə) və onun şiələri Əbu Bəkrə beyət etməyib azlıqdadırlar. Hakim dairə onlara qəzəblənib "Rafizi” adlandırdılar.
Əhli-sünnət və camaat əsrlər boyu ümmətin həyatına hakimlik etmişlər. Əməvi və Abbasilər Əbu Bəkr, Ömər, Osman, Müaviyə və Yezid məktəbinin ardıcılları olub, xilafət hakimliyində olmuşlar.
Onların xilafəti zəiflədikdən sonra, xilafət nökərlər və əcəmlər əlinə düşdü. Çoxlu gizlədilmiş rəvayətlər aşkar oldu. Onların çox zəhmət çəkmələrinə baxmayaraq bütün rəvayətləri məhv edə bilməmişdilər. Bu rəvayətlər onlar üçün bu gün dəhşətli bir sirrə çevrilmişdir. Çünki onların etiqad bağladıqları şey tarixlə heç cür uyğun deyildir.
Onların bəziləri bu rəvayətləri əhli-sünnətin əqaidi ilə uyğunlaşdırmağa çalışaraq, özlərini Əhli-beytin dostları kimi göstərmək istəyirlər. Həzrət Əli (ə)-ın adı gələndə "Allah ondan razı olsun” kəlməsini işlədirlər. Bəlkə bu yolla xalqa Peyğəmbər ailəsinin düşməni olmadıqlarını bildirsinlər.
Müsəlmanlardan heç kəs, hətta münafiqlər Peyğəmbərin ailəsi ilə düşmənçiliyini aşkar edə bilmirlər. Çünki Əhli-beyt düşmənləri Peyğəmbərin düşmənləridir. Bu da onları İslamdan çıxarır. (Yəni hər kəs Peyğəmbər (s)-lə düşmənçilik etsə, müsəlman deyildir).
Dediklərimizdən onların həqiqətdə Peyğəmbər ailəsi ilə düşmən olması aydın olur. "Onlar” deməkdə hədəfimiz saleh sələflərdir ki, ardıcılları onları əhli-sünnə və camaat adlandırırlar. Çünki onların hamısı dörd məzhəbə itaət edirdilər. Həmin dörd məzhəblər ki, onları özlərinin zəmanə hakimləri icad etmişdilər. Onlar heç bir şəri hökmlərdə Əhli-beyt imamlarına müraciət etmirdilər.
Sözün əsl həqiqətində imamiyyə şiələri Peyğəmbərin sünnətinə əməl edənlərdir. Onlar bütün fiqhi hökmlərdə Əhli-beyt imamlarına itaət edirlər. Həmin Əhli-beyt imamları ki, səhih sünnəti öz cəddləri olan Peyğəmbərdən irs aparmışlar və ona heç kəsin ictihad və nəzərini daxil etməmişlər.
Şiə bütün tarix boyu Peyğəmbər (s)-in sünnətinə sadiq qalaraq heç vaxt nəss qarşısında ictihad etməmişdir. Peyğəmbər (s) aşkar şəkildə Əli (ə)-ı və onun övladlarını özündən sonra ümmətə imam tanıtdırmış, şiələr də can və qəlblə bunu qəbul etmişdilər. Hərçənd ki, həzrət Əli (ə)-dan savayı heç bir imam zahirdə xilafətə çatmamışdılar. Bununla belə, qüdrətə çatanları da qəbul etməmişlər. Onların özlərinin (Ömərin) dediyinə görə, birinci xəlifə birdən-birə iş başına gəlmişdir və Allah hamını onun şərindən saxlasın! Bu xilafət Allahın sözündən çıxma və Peyğəmbərlə müxalifət etmə üstündə qurulmuşdur. Ondan sonra gələnlər də onun yolunu getmişlər. Hər gələn xəlifə də özündən qabaqkını təyin etmiş, ya da müharibə yolu ilə iş başına çatmışdır.
Tarixdə bunlarla üzləşən əhli-sünnə və camaat çarəsiz qalaraq "imamət yaxşı və pisi qəbul etmişdir”, – sözünü işlədirlər. Bu sözü deməyə onları məcbur edən şey bütün xəlifələri – yaxşı və pisliklərinə baxmayaraq – qəbul etməkləridir.
Şiələrin imamın məsum olmasına etiqadları vardır. Onların fikrinə görə, ümmətin rəhbərliyi məsum imamdan başqa heç kəsə layiq deyildir. Bəli, imamətdir ki, Allah hər cür çirkinliyi ondan uzaq etmiş, pak və pakizə saxlamışdır.
Mənbə: "Həqiqət olduğu kimi”-1ci cild
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |