Xeyirli-bərəkətli evlənmə
+5
Müəllif:
RuQeYyA | 20-05-2014, 20:00 | Baxılıb: 1 572
Bəni-Müstəliq döyüşündə əsir götürülənlər arasında tayfa başçısı Haris ibn Əbu Zirarin qızı da var idi. Haris qızını azad etmək üçün fidyə ilə Mədinəyə gəlir. Əqiq vadisinə yetişdikdə fidyə olaraq gətirdiyi dəvələrdən ikisini dərədə gizlədir. Peyğəmbərin hüzuruna gəlib fidyə ödəyərək qızını azad etmək istədiyini bildirdikdə həzrət ondan soruşur: "Dərədə gizlətdiyin iki dəvə necə olacaq? "Peyğəmbərdən (s) belə bir qeybi xəbər eşitməklə heyrətlənən Haris yanındakı iki oğlu
ilə birlikdə İslamı qəbul edir. Dərhal adam
göndərib dərədə gizlətdiyi iki dəvəni də gətirdi. Beləliklə, müsəlman olmuş Harisin qızı da əsirlikdən azad
edilir. Sonra Peyğəmbər (s) onun qızına elçilik edir. Atası da dörd yüz dirhəm mehriyyə müqabilində qızını həzrətə ərə verir.
Peyğəmbərin (s) Bəni-Müstəliq tayfası ilə qohum
olması xəbəri müsəlmanlar arasında yayılır. Bu mübarək evlilik Bəni-Müstəliq tayfasından əsir
götürülmüş yüz ailənin azad edilməsinə səbəb olur. Sonra həmişə dillərdə deyilirdi ki, heç bir tayfa
üçün belə xeyir-bərəkətli evlilik
olmamışdır. Axırda Bəni Müstəliqdən bütün əsrlər azad edilərək öz tayfalarına qayıdırlar.
Mənbə: "Ədəbiyyat nuru" kitabı
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.