Əsirlər haqqında son qərar
+5
Müəllif:
RuQeYyA | 6-05-2014, 21:00 | Baxılıb: 1 560
Bədr döyüşü başa çatdıqdan sonra elan edilir ki,savadlı əsirlərdən hər biri, on müsəlman uşağına yazıb-oxumaq öyrətməklə azad ediləcək.Digər əsirlər də min dirhəmdən dörd min dirhəmədək fidyə ödəməklə əsirlikdən qurtara bilər.İmkansız əsirlər isə fidyə ödəməklə azadlığa buraxılırlar.
Bu xəbər Məkkədə əsirlərin arasında sevincə səbəb olur.Hər əsirin qohum-əqrəbası özü ilə pul götürüb Mədinəyə yollanır.
Peyğəmbərin (s) kürəkəni Əbul-As Məkkənin sayılıb-seçilən tacirlərindən idi.O,Həzrətin qızı Zeynəblə cahiliyyət dövründə evlənmiş,besətdən sonra xanımından fərqli olaraq iman gətirməmişdi.Bədr döyüşündə əsirlər arasında o da var idi.Yoldaşı Zeynəb, o vaxt hələ Məkkədə yaşayırdı.Ərinin azad edilməsi üçün anası Xədicənin toy gecəsində ona bağışladıgı qızıl boyunbağını Mədinəyə göndərir.Birdən Peygəmbərin (s) gözü boyunbağıya sataşır.Həzrət qəhərlənib ağlamağa başlayır.Çünki ən çətin anlarda mal-dövlətini İslam yolunda xərcləmiş Xədicə yadına düşür.Peyğəmbər (s) müsəlmanların mallarının hörməti qorunsun deyə,səhabələrinə buyurur;"Bu boyunbağı sizin malınız sayılır,ixtiyarı sizdədir.Əgər narazılığınız yoxdursa,onu geri qaytaraq və Əbul-Ası da fidyə almadan azad edək".Səhabələr Peygəmbərin (s) təklifini qəbul edirlər.Həzrət isə Zeynəbi Mədinəyə buraxacağına dair Əbul-Asdan söz alır.Məkkəyə qayıtdıqdan sonra o,verdiyi sözə əməl edir,özü də müsəlman olur.
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.