Kim vaxtaşırı "Ya Məlik” zikr etsə, dünya və axirət nemətlərinə nail olar.
Kim hər gün "Ya Əliyyu” zikr etsə ruzisi bol olar, qəriblikdən qurtarar.
Kim hər gün "Ya Hayy” zikr etsə uzun və bərəkətli ömür sürər.
Kim "Ya Zahir” zikr etsə qəlbində mərifət nuru yaranar.
Kim "Ya Təvvab” zikr etsə günahları bağışlanar.
Kim"Ya Qahharu” zikr edən nəfsindən, şeytandan, dünyadan əmin olar, qəlbi təmiz olar.
Kim "Ya Əzimu” zikr etsə insanlar arasında şərəfli olar, xəstəyə oxunsa şəfa tapar.
Kim "Ya Qafuru” zikr etsə baş agrısı keçər.
Kim "Ya Hakim” zikr etsə qəlbi nurla dolar, böyük mərtəbəyə çatar.
Kim evinə girib çıxanda, söhbət əsnasında "Ya Vəliyy” zikr etsə gözəl ailə həyatı sürər.
Kim "Ya Mumit” zikr etsə nəfsin qoruyar.
Kim "Ya Muahhir” zikr etsə şeytan vəsvəsəsindən uzaq olar.
Kim "Ya Raufu” zikr etsə qəzəbi keçər, Rəbbin lütfünə nail olar.