![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
İnsaf nədir?
İnsaf «nəsf» və «nüsf» sözləri ilə eyni kökdən olub, mənası adil olmaq və ya ədalətə çatdırmaq deməkdir. İctimai məsələlərdə xeyri və zərəri özünlə başqaları arasında nəsf edib, məhkəmədə isə hər iki iddiaçı tərəfin hüququna bərabər tərzdə riayət etməkdir. Bir sözlə, başqalarına qarşı insaflı olmaq güzəşt və ehtiramdan doğur. İnsaflı şəxs odur ki, başqalarına qarşı bərabər hüquqla davranıb, həyatın məziyyətlərini özü ilə başqaları arasında ədalətlə bölsün. Bəzi adamlar digərlərinə insaflı olmağı tövsiyə edir, lakin özləri buna riayət etmirlər. Buna görə də belə söyləmişlər ki, özünlə xalq arasında qəzavət edərkən başqalarını haqlı bilib sənə verilən hüquqa riayət et.
«Quran» və insaf
Elələri var ki, özünü və yaxud yaxın qohumlarını təhlükədə hiss etdiyi zaman haqdan dönür, şahidlik edən zaman yalan danışır. «Qurani-Kərim»də bu haqda buyurulur:
«.... söz söylədiyiniz zaman qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdi yerinə yetirin. (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə düşünüb öyüd-nəsihət qəbul edəsiniz!» («Əl-Ənam»-152).
«Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın xeyrinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! (Əleyhinə şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şəhidlikdən) boyun qaçırsanız, (bilin ki,) Allah etdiyiniz işlərdən xəbərdardır!» («Nisa»-135).
Hədislər baxımından insaf
Hədislərdə də insafa riayət etmək haqda bir çox tövsiyələr olunmuşdur. Onlardan bir neçəsini qeyd edirik.
İnsaf əxlaqi gözəlliklərdəndir.
Bir nəfər Peyğəmbər(s)-in hüzuruna gəlib dedi:
-Mənə əxlaqi gözəlliklərdən söylə.
Peyğəmbər(s) buyurdu:
-Əxlaqi gözəlliklər aşağıdakılardan ibarətdir:
1) sənə zülm edəni bağışlamaq;
2) səninlə rabitəni kəsmiş şəxslə əlaqə yaratmaq;
3) səni nemətdən məhrum etmiş şəxsə bəxşiş vermək;
4) zərərinə olsa da, haqqı demək.
İnsaf imanın əlamətidir
Peyğəmbər(s) insafı həqiqi möminin əlamətlərindən biri kimi hesab edərək buyurur:
«Yoxsulla dərdləşən və camaatla insaflı davranan həqiqi mömindir.»
İnsaf izzətli olmaq üçün vasitədir
Əmirəl-möminin(ə) buyurur:
«...Kim başqaları ilə insaflı davransa, Allah-təala onu izzətli edər.»
İnsaf ən yaxşı əməllərdəndir:
İmam Sadiq(ə) buyurur:
«Əməllərin ən üstünü bunlardır:
1) xalqa qarşı insaflı davranaraq, özünə rəva bildiyini onlara da rəva bilmək;
2) mal-dövlətdə qardaşınla bərabər olmaq;
3) Allahı həmişə xatırlamaq.
Təkcə «Sübhanəllah...» demək Allahı yad etmək deyildir, əksinə Allahı yad etmək dedikdə, məqsəd Allahın əmrlərinə itaət edib, haram buyurduqlarından çəkinməkdir.»
İnsaf Allaha yaxınlaşmaq üçün vasitədir.
İmam Sadiq(ə) buyurmuşdur:
«Sorğu-sualdan qurtarana qədər hamıdan çox xalqın mərhəmətinə yaxın olanlar üç dəstədən ibarətdirlər:
1) qəzəblənən zaman qüdrət və qüvvətindən istifadə edib əlaltılarına zülm etməyənlər;
2) iki nəfər arasında qəzavət edərkən bir arpa dənəsi qədər heç bir tərəfə yönəlməyənlər;
3) istər zərərinə və istərsə də xeyrinə olsun, hər iki halda haqqı deyən şəxslər.»
Mənbə: "İslamda əxlaq” kitabı
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |