» » Allahın zikri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Allahın zikri
+5
Müəllif: Fatimə Nuri Xuda | 25-07-2015, 22:00 | Baxılıb: 1 132
 
 Allahın zikri

Bütün şəri təkliflərin, xüsusi ilə də, ibadətin əsas hədəfi Allahla insan arasında əlaqənin güclənməsidir. Bütün şəri təkliflərin ruhu Allahı düşünmək və onu yad etməkdir. Başqa sözlə, əməllərin düzgünlüyünün, bəzi hallarda isə kamil olmasının şərti insanın əməl zamanı Allahı düşünməsidir. Ən üstün ibadət və çox təkid olunmuş namaz haqqında Quranda buyurulur: "Məni düşünmək üçün namaz qıl.” Başqa ibadətlər barəsində fəqihlər deyir: "Əgər Allahı düşünmədən olarsa, Onun göstərişlərinə itaət sayılmır”.

Zikrin həqiqəti

"Zikr”, yəni nə? "Zikr” sözü ərəb dilində müxtəlif mənalarda işlənir. Bütün bunların kökü bizim dilimizdəki "xatırlatma” sözündəndir. Əlbəttə, bəzən müəyyən münasibətlə səmavi kitablar və peyğəmbərlərə "zikr” deyilmişdir. Məsələn, Quran Tövrat barəsində buyurur:
 "Biz zikrdən (Tövratdan) sonra Zəburda da yazdıq: "Həqiqətən Mənim saleh bəndələrim yerə varis olacaqlar.” 
Bir çox ayələrdə Quranın özü haqqında da "zikr” sözü işlənmişdir:
 "Şübhəsiz, zikri (Quranı) biz nazil etdik və biz də onu qoruyub saxlayacağıq.
Zikr sözünün səmavi kitablara və ya peyğəmbərlərə aid edilməsi onların xalqa Allahı xatırlatması ilə bağlıdır. Xalq bu kitabları oxumaq və peyğəmbərləri görməklə 
Allahı düşünür. (Ədiblərin sözünə əsasən səbəbiyyət əlaqəsi vardır.) 
Beləliklə, zikr sözünün əsas lüğət mənası "düşünmə və xatırlamadır”. Kimisə və ya nəyisə düşünmək bəzən yalnız qəlbə aid olur. Bəzən isə zikr qəlbdən əlavə dildə də özünü göstərir. Siz "filan dostumu xatırladım”, "filan hadisə və ya xatirə yadıma düşdü” dedikdə bu xatırlama sizin zehninizə çatmış qəlbi bir iş sayılır. Xatırlama, yad etmə əslində qəlbə aid işdir. Amma o qəlbdən dilə də keçir. Öz dostunuza deyirsiniz: "Sizin xeyir zikriniz oldu”. (Sizin haqqınızda xoş söz deyildi.) Yəni qəlbdə düşünməkdən əlavə dildə də onun adı çəkildi. Dil zikri qəlbi düşüncədən doğur. İnsanın zehni hansısa bir işi düşünməzsə, dil bu iş haqqında bir söz deyə bilməz. Buna görə də dil zikri zikrin həqiqəti olan qəlbi düşüncədən danışır. Burada işarə etmək yaxşı olar ki, adi işlərdə həmişə dil zikri qəlbi düşüncə ilə yanaşı olur. Amma çox təəssüf ki, ilahi zikrə gəldikdə, adətən, bizim zikrlərimiz qəlbin iştirakı ilə yanaşı olmur. Bəzən namaz qılırıq, Quran oxuyuruq, lakin öz zehn və düşüncəmizdə qətiyyən Allahı xatırlamırıq. Lakin namazın fəlsəfə və həqiqəti Allahı düşünməkdən savay bir şey deyil. Hətta dua edib Allahdan bir şey istədiyimiz zaman da onu düşünmürük. Bir çoxlarımız namaz qıldığımız zaman bizə bəsirət gözü ilə baxan olsa, qadın, övlad, iş-güc, ev, maşın və məqam kimi bir yığın arzular görər. Biz bu xəyallardan ibarət bir toplumuq. Tamamilə olmayan yeganə şey Allahı düşünməyimizdir.
Lakin zikrin həqiqəti həmin qəlbi düşüncədir. Quran buyurur: "Rəbbini qəlbində, ahəstə, yalvararaq və aramcasına yad et.”
Allahı düşünmək üçün fəryad çəkməyə ehtiyac yoxdur. İnsanın haray çəkərək Allahın adını dilə gətirməsi yaxşı deyil. Bu ayə bizə göstəriş verir ki, Allahın zikri zümzümə ilə və dodaq altında olmalıdır. Əlbəttə, Allahın zikri şüar şəklində olduqda (məsələn azan, təkbir və ya döyüş meydanlarında) ucadan olmalıdır ki, məqsədə çatmaq olsun.
 
Kitabın adı: Rəbbin dərgahında  
Müəllif: Məhəmməd Təqi Mishab Yəzdi

 
 
Bölmə: Suallar
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.