Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Əllamə Məhəmməd Hüseyn Hüseyni (Tehrani) özünün "Qur`anın nuru” adlı kitabında şahidi olduğu bir əhvalatı belə nəql edir: Günlərin biri Tehranda kitab almaq üçün "İslamiyyə” adlı kitab mağazasına getmişdim. Dükan sahibi ilə yaxın münasibətlərimiz olduğu üçün hər görüşümüzdəbir az dükanda oturub onunla söhbət edər, çay içib dincimi alardım. Bu dükan, mallarını topdan satdığı üçün kitabları dəstə bağlanmış halda birbaşa anbardan verərdi. Müştərilərinin əksə-riyyəti də royon kitabçıları idi.
Səhər saat doqquzda kitabçı ilə birlikdə dükanın anbarında kitablarabaxırdım. Bu vaxt anbara kitab almaq üçün orta yaşlı bir kişi daxil oldu. Salam verib, anbarın bir küncünə keçib kitab seçməyə başladı. Hiss olunurdu ki, dükanın köhnə müştərilərindəndir. Kişi əlindəki dəri qayışı yerə sərib seçdiyi kitabları səliqə ilə onun üstünə yığmağa başladı. Seçdiyi kitablaradiqqət etdim, gördüm əksərən Qur`an, məfatih, risalə, dua və bu qəbildən olan kitablardır.
Kitabları üst-üstə yığıb rahladıqdan sonra qayışla dörd bir tərəfdən möhkəm sarıyıb, qaldırıb çiyninə keçirdi. Əlliyə yaxın kitab yığmışdı. Dedim yazığın indi çiyni qırılıb düşər yerə. Çıxmaq istəyəndə birdən dayanıb yanıqlı səslə dedi: "Həbibim Allah, təbibim Allah, yarım, sevgili-canım, cananım!”
Üzünə baxdım, gördüm pörtüb; tər alnından süzülüb arıq sifətindəkidərin yarıqlardan keçərək yamacda cığır açmış çeşmə kimi üzü aşağı axır.
Dedim: "Ağacan! Dərvişcan! Tək yemək ədəbdən deyil, bizə də bir şey ver!” (Mə`nəvi süfrənə bizi də qonaq elə)
Bunu demişdim, başladı ətrafında dövr vuraraq hündürdən və yanıqlı səslə böyük arif və şair Baba Tahir Üryandan şe`r oxumağa. Şe`ri oxuyub dayandı. Yükünü yerə qoyub bir xeyli ağladı. Sonra tutqun çöhrəsi bahar təravətiniduyan çiçəklər kimi açılmağa başladı. Şad və xürrəm halda gülümsünüb alnının tərini sildi. Dedim: "Əhsən! Afərin! Mən həqir, fəqir (alim birisi olsam da) yolda ilişib qalmışam. Sizin duanıza möhtacam!”
Sözümə yenə arifanə bir şe`r oxumaqla cavab verdi. Dedi: "Əlhəmdulillah, yolun yaxşı yoldur. Seyyid! Məni ələ salırsan, nədir? Mənim özüm biçarə və möhtacam, sən də yükümüzün üstünə yük artırma! Mən sizi tanıyıram; "Qaim” məscidindəimam camaatsınız. O məscidə gəlmişəm, yenə də gələcəyəm. Mənim bəlli bir yerim-yurdum yoxdur. Bir gün burdayam, o biri gün başqa yerdə. Gecələri gözümə yuxu getmir. Anam vəfat edəndən sonra evə çox az-az gedirəm.”
Dedim: "İnayət Allah tərəfindəndir. Amma zahirinizdənbelə bəlli olur ki, Allahın sizə xüsusi inayəti olmuşdur. Bunun xas bir səbəbimi vardır?”
Dedi: "Bəli! Mənim qoca bir anam vardı: zəif və halsız. Neçə illər idi ki, xəstə halda yataqda yatırdı. Ona özüm baxır, hər bir istəyini yerinə yetirirdim: Yeməyini bişirir, əl-ayağını yuyurdum; bir sözlə, qulluğundadururdum. Anamın xasiyyətiolduqca pis idi. Hərdən acıqlananda mənə söyüş yağdırır, mən isə dinməyib dözürdüm. Hər bir pis hərəkətinəqarşı təbəssümlə cavab verirdim. Buna görə evlənmirdim. Yaşım qırxı keçsə də anamın bu xasiyyətiilə ailə qurmağı qeyri-mümkün hesab edirdim. Bilirdim ki, evlənsəm, ya geci-tezi ailəmiz dağılacaq, ya da başqa bir yolu bu idi ki, mən gərək anamı atıb gedəydim.
Mənbə: "İbrət güzgüsü" kitabı.
Ardı var
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |