![](/uploads/posts/2014-04/1398443664_cihad.jpg)
Cihad 2 cürdür: Kiçik cihad və böyük cihad.İslama,vətənə,namusa təcavüz olduqda hər bir müsəlman bir müsəlmanın canı,malı ilə müdafiəyə qalxması vacibdir. Böyük cihad isə insanın öz nəfsi ilə mübarizəsidir, insan nəfsini idarəsinə tabe edərək günahlardan pis əməllərdən çəkinsə,böyük cihad etmiş olur.(əş-Şəms surəsi 1-10 ayələr);
1. And olsun günəşə və onun işığına (günəşin qalxdığı vaxta);
2. And olsun (günəşin) ardınca çıxan aya;
3. And olsun onu (günəşi) parlaq edən gündüzə;
4. And olsun onu (günəşi) örtən gecəyə;
5. And olsun göyə və onu yaradana;
6. And olsun yerə və onu döşəyənə;
7. And olsun nəfsə və onu yaradana (ona biçim verənə);
8. Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki,
9. Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!
10. Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.
Peyğəmbər (s) ağır müharibədən qayıtmış müsəlmanlara buyurub:
Kiçik cihadı bitirib gələnlərə afərin olsun,lakin bilin ki,böyük cihad hələ qabaqdadır. Peyğəmbərdən (s) soruşdular böyük cihad nədir?
Peyğəmbər (s) cavab verdi;
Nəfs də cihad deməkdir! Ən yaxşı cihad odur ki,bir şəxs sübhə çıxarkən bir kəsə zülm etmək fikrində olmayaq.