Sual135: Şirin su şor suya qatışmadan dura bilərmi?
Cavab: «Fürqan» surəsinin 53-cü ayəsində buyurulur:«Birinin suyu çox şirin, digərininki isə olduqca şor olan iki dənizi qovuşduran, aralarında sədd qoyan Odur».Ayədə Allah-təala əzəmətinin dəlili olan yaranış nizamının incəliklərindən danışılır.
Maraqlıdır,şirin və şor su arasında qoyulan gözəgörünməz sədd nədir? Elmin bu günkü naliyyətlərindən istifadə edərək, həmin «gözəgörünməz
sədd»in qatılıqlar
arasındakı fərqdən ibarət olduğunu deyə bilərik. Başqa sözlə, şirin suyun qatılığı şor suyun qatılığından fərqlənir
və bu fərq,sanki onlar arasında çəkilmiş pərdə rolunu oynayır.
Bəs,bir-birinə qovuşmuş, biri şirin o biri isə şor iki dəniz haradadır? Cavab belədir ki, bütün böyük çayların dənizə töküldüyü yerdə şirin su kütləsi yaranır və bu kütlə uzun müddət qorunur. Təyyarə vasitəsiləuyğun su kütlələrininüzərindən uçduqda, şirin su ilə şor su arasındakı sərhəd aydın görünür.