» » Günahdan qaçmağın yolu


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Günahdan qaçmağın yolu
+5
Müəllif: Fatimə Nuri Xuda | 11-04-2014, 13:00 | Baxılıb: 2 245
 


 
GÜNAHDAN QAÇMAĞIN YOLU


Günahın küfrlə nəticələnməsi barədə danış-dıq. Bəs günaha batmamaq üçün nə etmək lazımdır? Nə edək ki, imanımız güclənsin və küfr təhlükəsindən amanda qalaq? Peyğəmbərlərin övliyaların məsum imamların əxlaq alimlərinin ən mühüm vəzifələrindən biri bu suallara cavab verməkdir.
İnsan istək və iradə cəhətdən azad olan bir mövcuddur. Xeyir yolunu o özü seçməlidir. Hər bir əməl insanın iradəsi ilə həyata keçir. Əlbəttə ki, istək və iradənin də dərəcələri var. İnsan birdən-birə övliyaların yolunu getmək istəsə, bu iş onun üçün üzücü olar. Günah girdabına yuvarlanmış insanın övliyaların dözdüyü ibadət çətinlik-lərinə dözməsi olduqca çətindir. Adət olunmuş günahdan çəkinmək üçün böyük səbr və dözümə ehtiyac var.
Əxlaq alimləri günahdan xilas olmaq istəyən insanlara daha asan üsullar göstərirlər. İlk addımda ən asan işlərdən başlamaq lazımdır. İnsan birdən-birə ağır çəkili daş qaldıra bilməz. Amma yüngül daşlarla məşq etməklə hətta dünya çempionu adını qazanmaq olar. Bu işdə məşqçiyə ehtiyac olduğu kimi mənəvi tərbiyədə də əxlaq müəlliminə ehtiyac var. Əxlaq müəllimi insanın əlindən tutub onu addım–addım qabağa aparır. O, insanı tədricən günahdan çəkindirir.
Demək, günahı tərk edib və imana yaxınlaşmaq üçün ağır proqramlardan çəkinmək lazımdır. Bu proqramların hazırlanmasında ən etibarlı mənbə peyğəmbər və övliya göstərişləridir. İnsan bu göstərişləri nəzərə alarsa adət etdiyi günahlardan daha asan xilas ola bilər. Bəzi əməli göstərişlərə nəzər salaq:
1. Günaha təhrik edən mühit və şəraitdən çəkinmək.
İnsan günahdan uzaq olmaq üçün günaha şərait yaradan mühitdən uzaq olmalıdır. Əgər bir yolda təhlükə gözlənilirsə bu yoldan kənarlaşmaq lazımdır. Bəzən magistral yollarda sürücünü qarşıdakı təhlükədən xəbərdar edən lövhələr asılır. Tufanlı günlərdə mütəxəssislər dənizə çıxmamağı məsləhət görür insanı günaha batıra biləcək şəraitlər də bu sayaq qorxuludur və insan günah ehtimalı olan mühitdən qaçmalıdır.Çünki belə mühitlərdə tüğyan etmiş qəzəb və şəhvəti cilovlamaq çətin olur. Ən yaxşısı günah mühitinə düşməməkdir.
Ümumiyyətlə, günah mühitinə yaxınlaşmamaq ümumi dini göstərişlərdən biridir. Günah doğuran səhnələrdən, musiqilərdən, sözlərdən, baxışlardan çəkinən insanın günaha batma ehtimalı çox azdır.
2. Qarınqululuqdan uzaqlıq
Adətən, insanı günaha batıran heyvani istəklərə itaətdir. Ən güclü heyvani istəklərdən biri çox yeməkdir. Günahdan uzaq olmaq istəyənlər öz yeməklərinə nəzarət etməlidirlər. Allah-təalanın orucdan ötrü verdiyi əmri təsadüfi deyil. İlin on bir ayını yeməkdə azad olan insan özünün yeməyə olan meylini cilovlamalıdır. "Bəqərə” surəsinin 183-cü ayəsində oxuyuruq: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Olsun ki, təqvalı olasınız.” Orucluq ayından başqa vaxtlarda da az yemək olduqca faydalıdır. Sözsüz ki, söhbət zəifliyə səbəb olacaq qədər az yeməkdən getmir.
3. Pis dostlardan uzaqlaşmaq
İmanı qorumaqda ən əsas iş pis dostlardan uzaqlaşmaqdır. Xüsusi ilə gənclər çox asanlıqla dostun təsiri altına düşüb, onun xasiyyətini götürürlər. Valideyn və tərbiyəçi özlərinin himayəsi altında olan cavanlara yaxşı dost seçməyi tövsiyə etməlidirlər. İnsan dostun təsiri ilə həm behişt, həm də cəhənnəmə gedə bilər. Əgər öz müsbət xüsusiyyətlərimiz haqqında yaxşıca düşünsək, bu xüsusiyyətləri kimdən qazandığımızı yada sala bilərik. İnsanı namaza, məscidə sövq edən də dostdur, əyri yola çəkən də. Yaxşı dost səni məscidə dəvət edən zaman sənin bəhanələrinə baxmadan israr edir. Onun təsiri altında saleh əməl səndə xasiyyətə çevrilir. Əksinə, pis dost insanda pis adətlər, çirkin xasiyyətlər doğurur. Aparılan sorğular göstərir ki, narkotik maddələrə qurşanmış gənclərin əksəriyyəti bu yola pis dostun təhriki ilə düşmüşlər. Əvvəlcədən yaxşı dost seçmək, eləcə də pis dostdan uzaqlaşmaq çətin deyil amma dostun təsiri altında pis vərdişlər qazandıqdan sonra bu dostdan asanlıqla ayrılmaq olmur. İnsan dosta öyrəşir və ondan asanlıqla ayrıla bilmir. Dostun danışıq tərzinə, yerişinə, geyiminə və digər xüsusiyyətlərinə adət edən şəxs onun təsirindən çıxmaqda çətinlik çəkir. Dostun danışdığı xüsusi lətifələrdən ləzzət alan insan çox vaxt hiss etmir ki, bu lətifələr onu günaha çəkir. Pis dostun verdiyi kitabların, audio və video kasetlərin təsiri altında azğınlığa düçar olanlar az deyil.
Diqqətli olun! Dost seçərkən onun xüsusiyyət-lərini diqqətlə nəzərdən keçirin. Unutmayın ki, pis dost sizi cəhənnəmə apara bilər. Görün dostun təsiri altında cəhənnəmə düşənlər nə deyir: "Vay olsun mənə! Ey kaş filan kəsi özümə dost tutmayaydım”. 




 
 
Bölmə: İslami mövzular
Şərhlər: 7
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: ya Fatımem | Status: İstifadəçi Offline | 19 Temmuz 2014 23:22 | İstifadəçi | Şərh yazdı
Allah razı olsun.heqıqeten dos adamı cehenneme aparır,dost yoxdu.Allah bızhm gunahlarımizı bagıwlasın
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: ya_Fatime | Status: İstifadəçi Offline | 12 Nisan 2014 09:36 | Redaktor | Şərh yazdı
Allahın SAlamı Rəhməti Bərəkəti Salavatı Xeyir Duası və Nəzəri üzərinə olsun bacım.Allah Razı olsun,çoooooox sağ ol bacəm,İnşəllah bu xəbərdən yararlanarıq,İnşəllah mən görüm ətrafımdakıların bəzisini dinə gətirə bilsəm dostluğumuz davam edəcək,yox əksinə olsa,onlarla əlaqəmi kəsəcəm,amma ətrafımdakılar yaxşı adamlardı,İnşəllah Allah hidayət edər və düzgün olan yola qədəm qoyarlar...

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: gulsum | Status: İstifadəçi Offline | 12 Nisan 2014 01:45 | İstifadəçi | Şərh yazdı
Yaxşı dost səni məscidə dəvət edən zaman sənin bəhanələrinə baxmadan israr edir.Duzdur bacim..Biz bir momine yaxinimla toyda idik..Namaz vaxti geldikde mene durmadan israr edirdiki gedek namazimizi qilaq.Allah razı olsun...cox xos oldu bu xeber

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Allahıma aşiqəm | Status: İstifadəçi Offline | 11 Nisan 2014 18:03 | İstifadəçi | Şərh yazdı
Allah razı olsun duzdur Allah bizləri pis dostlardan üzaq etsin inşallah

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Şahin | Status: İstifadəçi Offline | 11 Nisan 2014 15:42 | İstifadəçi | Şərh yazdı
Allah razi olsun ellerve sagliq . cox gozel movzudu

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Nurane | Status: İstifadəçi Offline | 11 Nisan 2014 15:29 | İstifadəçi | Şərh yazdı
ALLAH RAZI OLSUN BACIM

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Ehlibeyt asiqi | Status: İstifadəçi Offline | 11 Nisan 2014 15:07 | İstifadəçi | Şərh yazdı
Allah razi olsun Allah bizleri gunahdan uzaq eylesin Amin
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.