Namaz – mələklərin ibadətinin cəm forması
Merac barəsində nəql olunan rəvayətlərdə bildirilir ki, mələklərin də özünəməxsus ibadətləri vardır.Onlar Allahın əbədi olaraq təyin etdiyi ibadət halına qapılaraq qeyrisinə etina etməzlər. Mələklərin bəzisi qiyam və qunut, bəzisi rüku, bəzisi səcdə, bəzisi isə oturaq halda Allah-təalaya ibadətlə məşğuldurlar.Mələklər onlar üçün təyin edilmiş xüsusi ibadəti heç vaxt tərk etmirlər. Yəni rüku halında ibadət edən mələyin səcdə etməyə ixtiyarı yoxdur və s. Namazqılan mömin şəxs isə gah qiyam, gah qunut,gah rüku, gah səcdə, gah da oturaq halda Xaliqini zikr edir. Belə ki, o, bütün mələklərin ibadətlərini cəm şəkildə yerinə yetirir.
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.