Başqalarının eyibindən danışan kəs, əvvəlcə öz eyiblərindən başlamalıdır.
•••
Əcəli çatdığı halda mal toplamaqda olan bədbəxt nə çoxdur.
•••
Çoxlarının orucu susuz qalmaqdan başqa bir şey deyil.
•••
Aqilin ehtiyacsızlığı onun elminə görədir, cahilin ehtiyacsızlığı malına görədir.
•••
Bircə saatlıq qısa düşünmək uzun-uzadı ibadətdən üstündür.
•••
Qeybətə qulaq asan, elə qeybət edən kimidir.
•••
Qəzəbdən çəkin ki, onun başlanğıcı dəlilik, sonu isə peşmançılıqdır.
•••
Allaha itaətə səbr etmək, Onun əzabına səbr etməkdən asandır.
•••
Mömin o insandır ki, sevgisi Allaha görə, nifrəti Allaha görə, alış-verişi Allaha görədir.
•••
Allahdan həya etmək bir çox günahları aradan aparır.
•••
Din qardaşı ac olan halda mömin tox olmaz.
•••
Gülən halda günah edən şəxs ağlayan halda cəhənnəm oduna daxil olar.
•••
Qəlb təmiz olarsa, dildən gözəl sözlər çıxar.
•••
Allah sənı sərbəst yaratmışkən başqasının qulu olma.