Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Bu dünya günah dəryasıdır. Su dəryasına girib, islanmamaq mümkün olmadığı kimi dünya günah dəryasında yaşayıb, günah etməmək də mümkün deyil. Hər dəryanın dərinliyi, dayazlığı, təhlükəsi var İnsanların bəzisi su dəryasının dayaz, bəzisi dərin yerində üzdükləri kimi, dünya günah dəryasında da o cür üzürlər. Yəni insanların bir qismi özlərini böyük günah etməkdən qoruyur, kiçik günahlar edirlər. Bir çox qismi isə günah dəryasının kef, ləzzət, israf zirvəsinə qalxaraq xəta – bəla ovuna çıxırlar. Fəqət etdikləri ov toruna da özləri düşürlər. İnsan həyatda səbr, düşüncə, ədalət və zəhmətlə davranarsa bəlaya uğramaz, uğrasa da nicat yolunu tapar.
Ey insanlar, ayıq olun ki, şeytan ləinin ən qüvvətli, ən çox tüğyan edən, fəsədlar törədən vaxtıdır. Şeytan ləin hava kimi insanların içinə girir, çirkin əməllərini insan cildində nümayiş etdirir. Mehriban ailələri, doğma qohum-əqrəbaları bir-birilə vuruşdurub düşmən edir. Böhtan, yalan, zülm, zina kimi fəsədlar törədib insan qanı axıdır.
Ey yurdunu – yuvasını azğınlıqda öz əllərilə dağıdanlar. Körpə günahsız balaları öz azğınlıqlarına şərik edib, bədbəxtlyə düçar edənlər, doğma balasından soyuyub, okean buzu kimi donanlar, ailəsindən uzaqlaşıbyadlaşanlar, bir an dünya ləzzət və əyləncələrindənayrılıbtənhalığa qapanın. Öz aqibətinizi düşünün.Dünya günah dəryasının faciəli fəlakətləri sizi gözləyir. Onu bilin ki, bir gün cavanlıq kef növbəsi sona çatıb. Qocalıq, möhtaclıq növbəsinə girəcəksiniz. Söyləyin bu bəlalardan hara qaça bilərsiniz? Nə üçün xoş günüdə sənə sığınacaq verən Allahı yada salmadın? Ey zavallı insanlar, mehriban Allahın rəhmət dəryasından məhrum olmayın. "Qurani Kərimin” hikmətli qüvvəsindən istifadə edib, tok qüvvəsi kimi özünüzə qüvvə yığın, içinizdəki şeytan tilsimlərini qovun. Çünki evləriniz , ətrafınız, hər bir işləriniz şeytan ləinin əhatəsindədir. Tilsimdən çıxmağın nicat yolu yalnız Allaha ibadət edib, yalvarmaq, dualar oxumaqdır.
P.S. Əyriyə yer yoxdur düz aləmində, əyri də düz gedir öz aləmində.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |