Həzrət Rüqəyyəyə (ə) kəfən gətirmişəm
Əhli beyt (ə) məddahı Hacı Əsədullah Süleymani nəql edir:
Tehranlı məddah Həsən Zülfüqaridən və Əhli beyt (ə) şairi Hacı Qulam Riza Sazigardan nəql olubdur ki, dedi: Bir nəfərdən eşitdim ki, deyirdi: Həzrət Rüqəyyəni (ə) ziyarət etmək üçün Şama getmişdim. Bir gün hərəmi-mütəhhərdə dayanıb, ziyarətnamə oxuyurdum. Bir qız uşağının hərəkəti məni özünə cəlb etdi. O, bir qədər ağ parçanı zərihin üstünə atmaq istəyirdi, amma bacarmırdı. Yaxınlaşıb dedim: Qız, nə etmək istəyirsən? Cavab verəndə gördüm, azəri dillidir və ata-anası ilə birlikdə gəlib. Dedim: Hamı həzrət Rüqəyyə (ə) üçün oyuncaq gətirir, sən nə üçün parça gətirmisən?
Dedi: ata-anam (onları göstərdi) mənə dedilər ki, həzrət Rüqəyyənin (ə) kəfəni yoxdur. Mən də ona kəfən gətirmişəm.
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.