Rüqəyyə:"Bibi bunlar bizi müsəlman bilmirlərmi"?
Həzrət Rüqəyyənin (ə) qüslü tamam olduqdan sonra, onu əsirlikdə köhnəlmiş elə həmin öz köynəyi ilə kəfən edib, qürbət diyarda, Şamın xarabasının bir küncündə dəfn etdilər.
Həzrət Rüqəyyə (ə) dəfn olunan gecəsi, həzrət Ümmü Gülsüm heç cür aram olmurdu. O, dayanmadan ağlayır, nalə və fəryad edir, xarabanın ətrafında gəzirdi. Əhli beytin (ə) xanımları nə qədər təsəlli versələr də o, sakitləşmirdi. Ondan bunun səbəbini soruşanda dedi: Keçən gecə Rüqəyyənin (ə) mənim qucağımda yuxuya getməsi yadıma düşür. Gecə yarısı yuxudan ayılıb gördüm o, bərk ağlayır və sakit olmur. Ondan soruşdum: Niyə ağlayırsan?
Rüqəyyə (ə) mənə dedi: Bibican, bu şəhərdə mənim kimi əsir olmuş və ev-eşiyindən uzaq düşən var? Bunlar bizi müsəlman bilmirlərmi ki, çörək və suyu bizdən əsirgəyirlər, biz yetimlərə yemək vermirlər
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.