1.Hardasan Ey Zəhranın itkin qəbri gələk göz
yaşı axıdaq... Hardasan Ey Zəhranın balası
Imam Zaman(ə.f),baş sağlığı veririk sənə...
2.Canımız fəda olsun-balaları susuz qalan
Imam Hüseynə(ə)...!
3.Bilirəm Atam ikiyə ayrıldı.Bədəni çöldə qaldı,başı nizədə.
Amma əmimin neçəyə ayrıldığını bir tək atam bilir...
-Hz.Rüqəyya (s.ə)
4.Demirəm ki,bacı ölsəm oturub yasıma ağla
Demirəm Əkbərə ağla ,demirəm Qasimə ağla
Deyirəm ağlasan ancaq, bacı Əbbasıma ağla
Bu da qardaşın Hüseyndən sənə son ricadır Zeynəb!
5.Ey dil, soruşursan nə şəfadır Əli eşqi,
Diqqət elə, bil, eşqi-Xudadır ƏIi eşqi..
6.Baxmaram ki,bivəfalarla dolubdur sağ-solum,
Mən Әlinin oğluyam ancaq şəhadətdir yolum,
Məşqi dişlə tutmuşam,çünki kəsikdir hər qolum,
Sağ gözümdən qan axır,sol gözümdə yaş var,Ya Huseyn!
7.Mən zülmlə öldürülənin oğluyam,Mən başı boynundan kəsilənin oğluyam,Mən susuz can verənin oğluyam,Mən bədəni Kərbəla torpağına sərilənin oğluyam,Mən sarığı və cübbəsi oğurlananın oğluyam...
Hz.İmam Zeynul Abidin (ə)
8.Kərbəla dağ olaydı,
Hər yanı bağ olaydı.
Rüqəyya (ə) tək qalanda
Әbəlfəz (ə) sağ olaydı
9.Eşq...hər yerə zühur elədi tufan elədi,
Eşq...Zəhra balasın şahi-şəhidan elədi
10.Ey insan bilməlisən dünya Yalandır..!
Həqiqət axtarırsan o da Qurandır..!
Bütün şəhərlərin nuru Azandır..!
Zəmanənin sahibi İmam Zamandır..!