Namazın vacibatı-Tərtib
1) Tərtib və onun hökmü nədir?
Namaz, göstərilən
ardıcıllıqla qılınmalıdır və namazın hər bir əməli öz yerində yerinə yetirilməlidir.Hər kim bu ardıcıllığı qəsdən pozsa, məsələn, Surəni Həmddən qabaq oxusa və ya
səcdələri rükudan qabaq yerinə yetirsə, namazı batildir.
2) Səhvən
tərtibi pozmaq:
1. Namazın bir rüknünü qoyub digər bir rüknünə başlamaq, məsələn, səcdələri
yerinə yetirməmək və növbəti rəkətin rükusunu yerinə yetirərkən səhvi başa düşmək-namaz batildir.
2. Namazın bir rüknünü qoyub qeyri-rükn olan bir əməlinə başlamaq, məsələn,
səcdələri qoyub təşəhüddü oxumaq- unutduğu rüknü yerinə yetirməli və
namazı davam etdirməlidir.
3. Namazın qeyri-rüknünü qoyub rüknə başlamaq, məsələn, Həmdi qoyub rükuya
əyilmək və rükuda ikən Həmdi oxumadığını xatırlamaq- namazı düzdür.
4. Namazın qeyri-rüknünü qoyub digər bir qeyri-rüknə
başlamaq, məsələn, Həmdi unudub Surəni oxumağa başlamaq.Bu halda əgər rükuya getməmişdən öncə
səhvini başa düşsə, unutduğu qeyri-rüknü yerinə yeirməli və namazı davam etdirməlidir.