Sual 113: Nə üçün səbirdən danışılanda «Əyyubun səbri» məsəl çəkilir?
Cavab: Allah-təala öz peyğəmbəri barədə buyurur: «Əyyubu yada sal. Bir vaxt o, Rəbbinə dua edərək belə demişdi: «Mənə bəla üz verdi. Sən rəhimlilərin rəhimlisisən»[1].
İmam Sadiqdən (ə) Əyyubu ağuşuna almış bəlaların səbəbi haqqında soruşulanda, Həzrət buyurdu: «Əyyuba üz vermiş bəlaların səbəbi, onun ilahi nemətlər qarşısındaçox şükr etməsi idi. Əyyubun imanına həsəd aparan İblis, onun çox şükr etməsini nemətə qərq olması ilə əlaqləndirmişdi. O, Allah dərgahınabelə ərz etmişdi: «Sən Əyyubdan dünya nemətlərini alsan, görərsən ki, o şükr edənlərdəndeyil. Mənə icazə ver, sübut edim ki, dediklərim doğrudur».
Bu əhvalatı bütün həqiqətsevərlər üçün dəlil olsun deyə, Allah-təala İblisə icazə verdi, İblis əvvəlcə Əyyubun var-dövlətini, sonra övladlarınıəlindən çıxardı. Lakin bu hadisələrƏyyubun şükrünü daha da artırdı. Daha sonra Əyyubu xəstəliyə düçar edib, hey-hərəkətiniəlindən aldı. Lakin Əyyub şükrünü davam etdirirdi. İblis bu böyük insanın iradəsiniqırmaq üçün hücumlarınışiddətləndirdi. Ətrafdakıların «axı nə günah etmisən ki, belə bəlaya düşmüsən» kimi qınaqları Əyyubun qəlbini parçalayırdı. Amma misilsiz bəlalar qarşısındaƏyyub son nəfəsədəkşükründən əl çəkmədi. Beləcə, «Əyyub səbri» zərbi-məsələ çevrildi.
[1] «Ənbiya» surəsi, ayə 83.