![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||

Sual 77: Məsəl çəkməyin hansı faydaları var?
Cavab: Hər hansı bir məsələnin izahı üçün məsəl çəkməyin faydası inkar edilə bilməz. İnsanlar müxtəlif səviyyəli istedada malik olduqlarından dinlədikləri mövzunu anlamaya da bilərlər. Məsəl çəkildiyi zaman iti ağıla malik olmayanlar üçün də qaranlıq nöqtələr işıqlanır.
Qurani-kərim bütün bəşəriyyətə ünvanlandığından onun müxtəlif surələrində kifayət qədər misallar çəkilir.
Həzrət İsanın (ə) bakirə qadından doğulmasına inanmayanlara Qurani-kərim belə bir misal çəkir: «Allah yanında İsa da Adəm kimidir». Allah-təala İsanın atasız doğulmasına şəkk edənlərə həm ata, həm də anasız yaradılmış Adəmi xatırladır.
Bəs Qurani-kərimdə müxtəlfi mövzuların izahı üçün çəkilmiş məsələlərin konkret hansı faydaları vardır?
1. Adətən, hiss üzvləri ilə inanan insan bəzi mürəkkəb əqli məsələləri anlamaqda çətinlik çəkir. Çəkilmiş məsəl onun düşüncəsinin mümkün qədər əqli həqiqətlərə yaxınlaşdırır. Bir növ hisslər ən uca nöqtədən baxmağa başlayır.
2. Çəkilmiş misallar bir məsələnin sübutu üçün gətirilmiş dəlillərin təsirini gücləndirir.
3. Məsəl çəkmək bir növ elmi dilin sadələşdirilməsidir.
4. Məsəl mövzunu əql dilindən hiss dilinə tərcümə edir.
5. Mövzu məsəl qəlibinə töküldükdən sonra höcət insanların bəhanəsi kəsilir.
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









