» » İmansız və acgöz qonaq


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
İmansız və acgöz qonaq
+5
Müəllif: Təhminə | 19-02-2014, 13:22 | Baxılıb: 1 679
Bir dəstə müşrik (Allaha şərik qoşan insan) axşamüstü məscidə gəlib, Peyğəmbər əfəndimizə qonaq olur. 

Deyirlər ki: "Ey bütün Yer üzündəki insanları mənəviyyata dəvət edən sultan! Biz buraya sizin qonağınız olmaq üçün gəldik. Nə yeməyimiz var, nə də içəcəyimiz. Uzaq yol yorğunuyuq,buralarda da bir tanıdığımız yoxdur. Odur ki, bütün kərəmini və ehsanını göstər, nurlar saç, yəni fəzilət və kəramətini bizlərə də ehsan eylə. Biz qəribləri sevindir, qoy könüllərimiz sevinc 
nuruyla dolsun.” 

Peyğəmbər əfəndimiz öz səhabələrinə buyurdu: "Ey dostlarım! Bu qonaqları aranızda paylaşıb, evlərinizə qonaq aparın, ikramlar edin, çünki sizlər də mənimlə eyni xasiyyətdəsiniz, mənim əxlaqım sizlərə də xasdır.” Əshabələrdən hər biri bir qonağı götürüb, evinə yollandı. Qonaqların arasında bir nəfər tayı-bərabəri olmayacaq qədər bazburutlu birisi vardı. Son dərəcə nəhəng, fil kimi cüssəsi olan bu qonağı heç kim evində ağırlamaq istəmədiyindən bu adam qədəhin dibindəki çöküntü kimi məsciddə qalası oldu. Kimsənin özünə müsafir kimi rəva görmədiyi bu nəhəng adamı Mustafa həzrətləri (səlləllahü və əleyhi-vəsəlləm) öz evinə aparmalı oldu. O zaman Peyğəmbərimizin şəxsi sürüsündə sağmal yeddi keçisi var imiş və həmin saatda keçilər evdə sağılırmış. 

Aclıqdan çıxmış birisi kimi həmin o bozqarın qonaq bir göz qırpımında süfrəyə qoyulan çörəyin də, yeddi keçidən sağılan südün də, bütün qalan yeməklərin də dalından dəydi. Bundan evin əhli-əyalı qəzəbləndi, çünki onlar da keçi südü içəcəklərini umurdular. Öz qarnını təbil kimi şişirən bu qonaq o evdə yaşayan on səkkiz adamın payını təkbaşına mənimsədi. 

Yatmaq saatı gələndə isə otaqlardan birinə keçdi. Evdə xidmətçilik edən qız uşağı ona son dərəcə qəzəblənmişdi. Ona görə də hiddətini gizlətməyərək həmin otaqdan dışarıya çıxışı önləmək məqsədiylə qapının zəncirini taxdı. Gecənin bir aləmi qonaq dışarıya çıxmaq ehtiyacı duydu. Ta sabah açılana qədər qarnı ağrıdı. Yatağından sıçrayıb, neçə kərə qapıya sarı qaçsa da, hər dəfə onun qapalı, zəncirli olduğunu gördü. 

Qapını açmaqdan ötrü o bozqarın insan cürbəcür hiylələri işə saldı, amma bütün bu uğraşmaları sonucsuz qaldı və qapını aça bilmədi. Getdikcə durumu daha da zorlaşdı. Otaq başına dar oldu.Nə bir dərmanı vardı, nə də rahatlığı. Çaşıb qalmışdı. Bu çarəsiz sıxıntıdan qurtulmaq üçün qovrula-qovrula yuxuya getdi. 

Röyada özünü bir viranə, uçuq-sökük bir məkanda gördü. Əvvəlcədən də xatirində baxımsız bir ev var idi, ona görə yuxusuna da belə ev girmişdi. Özünü atılmış, kimsəsiz bir yerdə gö-rüncə elə həmin yerdəcə abdəstə (yəni tualetə) çıxdı. Oyanınca yatağını pisliyə bulaşdırdığını anladı və xəcalətindən dəli-divanə oldu. "Bu cür pisliyi heç torpaq da təmizləməz” deyə daxilən özü-özünə qızdı: "Bu yuxum oyanıqlığımdan daha betərmiş, ayıq ikən yediyim yuxuda boşaldı” dedi. "Bu gecə hər hansı şəkildə bitsəydi və mən qapının açıldığını bir duysaydım” deyə intizarla gözlədi. Onun bu gözləyişi belə pislik içində görünməməsindən ötrü idi, qapı açılar-açılmaz özünü ox kimi bayıra atmasından ötrü idi. Sabah olunca Mustafa (s.ə.v.) gəlib, otağın qapısını açdı və bununla o yolunu azmış adama nicat verdi. Mustafa (s.ə.v.) qapını açsa da, o uğradığı bəlalar burulğanında çabalayan adama özünü heç göstərmədi. Peyğəmbər əfəndimizin gizlənməsi, öz mübarək üzünü, çöhrəsini ona 
göstərməməsi qonağın dışarıya çıxıb sərbəstcə evdən getməsinə imkan yaratmaq məqsədini güdürdü. 

Müsafir otaqdan çıxıb qaçdı. Ağıldandayaz xidmətçilərdən biri qonağın pisliyə bulaşmış yatağını utanmaz-utanmaz Peyğəmbərimizin hüzuruna gətirdi. Bununla o, sanki "Bax və müsafirinin mərifətini gör!” deyirdi. Bu yerdə aləmlərə rəhmət olan Peyğəmbər əfəndimiz gülümsədi. Qarşısındakı adama "Mənə bir qab su gətir, bunların hamısını öz əllərimlə yuyub paklayım” dedi. 

Həmin hücrədə bulunan bütün adamlar yerlərindən sıçramaqla dedilər ki: "Biz canımızı da, özümüzü də sənin yolunda fəda etməyə hazırıq. Biz qala-qala, sən bunu etməməlisən. Bu, adi adamların görəcəyi işdir, bir könül işi deyil ki?! Biz bu dünyada sənə xidmət üçün yaşayırıq. Əgər sən özün öz xidmətində duracaqsansa, bəs onda bizlər nəçiyik? Yəni onda biz nə işə yarayırıq?” 

Peyğəmbər həzrətləri buyurdu ki: "Mənə olan sevginizdən agaham, fəqət mənim indi bunu yuyub paklamamın ardında bir hikmət yatır.” 

Hücrədəkilər Peyğəmbərdən belə açıqlamanı eşidincə bu işin ardındakı sirrin üzə çıxmasını gözləməyə qərar verdilər. 

Peyğəmbərimiz o pisliyi canla-başla yudu. Allahın bu əmrini könüldən yerinə yetirdiyi zaman o, heç kəsə göstərməlik etmirdi. Çünki o ara bu mübarək insanın könlü ona: "Bunları sən yu, çünki bu işdə dərin-dərin hikmətlər vardır” deyə pıçıldayırdı. 

Oradan uzaqlaşan müsafirin isə birisinin ona hədiyyə etdiyi kiçik bir bütü, nəzər muncuğu var idi. Daim boynuna taxdığı gözmuncuğunun yoxa çıxdığını anlayınca o, çarəsizliyə qapıldı. Özü-özünə düşündü ki: "O qiymətli hədiyyəni mən özümdən xəbərsiz olduğum üçün yatdığım otaqda Yataqda tutduğu işdən utanırdı, amma həmişə boynunda gəzdirdiyi gözmuncuğunun itkisi yanında bu utanc bir heç idi. Odur ki, həmin xırda bütü geri almaq üçün qaça-qaça geri döndü. Mustafa həzrətlərinin otağına girəndə gözmuncuğu gözünə sataşdı. Amma pislənmiş yatağının Allahın qüdrət əli sayılan Mustafa həzrətləri tərəfindən xoş bir simayla, haradasa zövqlə yuyulub, suya çəkildiyini görüncə sevimli bütünü təkrar unutdu. 

İçində bir zəlzələ qopdu, əbasının qolçağını, yaxasını cırdı. İki əliylə üzünə, başına qapazlar endirdi, başını qapıya və divarlara çırpmağa başladı. Öz təninə elə vurur, özünü elə ora-bura çırpırdı ki, üz-gözündən və yarılmış başından al qanlar axırdı. Aləmlərə rəhmət qazandıran sevimli Peyğəmbərimiz onun bu halına acıdı. 

Özündə deyildi o adam. Nərələr çəkir və başına yığışan camaata "Ay camaat! Məndən uzaq durun, məndən qorunun!” deyirdi. Başına vurduqca: "Ey ağılsız baş!” deyirdi. Köksünə vuraraq: 
"Qara yerə girəsən!” deyə bağırırdı. 

Səcdəyə qapanmaqla "Ey Yer üzünün küllü! Bu dəyərsiz zərrə sənin yanında xəcildir” deyirdi. "Ey Yer üzü! Sən bir tam, küll olduğun halda Allah-təalanın əmrlərinə boyun əyir, ona olan tükənməz eşqinlə öz oxun ətrafında fırlanırsan. Mən isə sənin üzərində məskunlaşan bir cüz, zərrə ikən zülm edir, yamanlıqlar edir, yolumu azıram. Sən küll ikən Allahın qarşısında həqir olur, onun qorxusundan titrəyirsən. Mən isə bir cüz ikən ona, onun əmrlərinə qarşı çıxıram.” 

Həmin adam hər an üzünü göyə tutaraq: "Ey cahanın qibləsi, sənə baxacaq üzüm qalmayıb” deyə acı-acı fəryad edirdi. Onun özündə olmaması, titrəməsi, çırpınması müəyyən həddi aşınca, Mustafa həzrətləri (s.ə.v.) o kafiri qucaqlayıb, bağrına basdı. Onu oxşamaqla sakitləşdirdi, gözünü dünyaya açmaqla ona Haqqı və özünü tanıtdı. 

O ərəb Peyğəmbər həzrətlərinin, o mənalar sultanının lütflərinə, göztoxluğuna çaşıb qalmışdı. Bundan az qala dəli olacaqdı, ağlını yellərə verəcəkdi. Mustafa həzrətlərinin aqil əli onu tutub geri çəkdi, özünə gətirdi. Peyğəmbər həzrətləri ona "Bu tərəfə gəl” deyə buyurdu. O adam ağır bir yuxudan oyanıbmış kimi, silkindi və deyilən tərəfə gəldi. Peyğəmbər əfəndimiz ona: "Bu 
tərəfə, yəni özünə gəl, ağlını başına topla, çünki bu tərəfdə sənin görəcəyin işlər var hələ” dedi. Üzünə su vurdu onun. 

Dili söz tutunca o adam dedi: "Ey Allahın birliyinin şahidi, mənə kəlmeyi-şəhadəti öyrət… Qoy Allahın birliyinə iman gətirəndən və sənin peyğəmbərliyini təsdiq edəndən sonra buralardan çıxıb gedim. Mən artıq belə var olmaqdan cana doydum. Bundan belə iman səhrasının sonsuzluğuna üz tutacağam.” 

Mustafa (s.ə.v.) o adama necə iman yoluna gələcəyini anlatdı. O da bunu qəbul etdi. Mübarək şəhadət kəliməsini, yəni "Lailahə illəllah Mühəmmədün rəsulüllah” deməsiylə bütün bağlı düyünləri açmış oldu. İmana gəldi. Mustafa həzrətləri ona: "Bu gecəni də bizə qonaq ol” dedi. Artıq müsəlman olan o adam cavabında dedi ki: "Vallahi, bundan belə harada oluramsa olum, hara gedirəmsə gedim, mən sonsuzluğa qədər sənin qonağın sayılacağam. Mən ölü idim, sən məni diriltdin. Mən artıq sənin sərbəst kölənəm, sənin qapıçınam. Əslinə qalanda, bu dünya da, axirət də sənin şəfaət (=iltimas, bağışlanma ricası) süfrənin qonaqlarıdır.” 
O gecəni də həmin ərəb Peyğəmbərin qonağı oldu. Bir keçidən sağılan südün yalnız yarısını içməklə yetindi. Ağzını silməklə süfrədən çəkildi. Peyğəmbər əfəndimiz: "Süd iç, yuxa ye” deyib dönə-dönə təkid etsə də o: "Vallah, mən gerçəkdən doymuşam” dedi. "Bunu heç də utanıb-sıxıldığım, dilxoşluq etmək və ya göstəriş üçün söyləmirəm. Əslində bugün mən 
dünənkindən daha artıq doymuşam.” 

"O boyda gödən sahibi bircə damla zeytun yağıyla görəsən necə doydu axı?” deyə ev camaatı heyrətlərə düşdü. Onlar: "Bir əbabil (şanapipik) quşunun yemi bu boyda filin qarnını necə doyurdu?” deyə soruşurdular. "İşə bax, fil vücudlu bu adam artıq ağcaqanad qədər yeyir” deyib pıçıldaşırdılar. Məgərsə kafirlik ehtirası, kafirlik vəhmi sıfıra enincə əjdaha da bir qarışqa 
yemiylə doya bilərmiş. 
 
 

 
 
Bölmə: Hekayələr
Şərhlər: 4
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Elya | Status: İstifadəçi Offline | 14 Ağustos 2014 22:36 | Redaktor | Şərh yazdı
Allah Razi olsun Amin.Cox sag ol maraqli idi.
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: ya_Fatime | Status: İstifadəçi Offline | 23 Şubat 2014 11:27 | Redaktor | Şərh yazdı
Allahın Salamı Rəhməti və Bərəkəti üzərinizə olsun.Allah Razı olsun,maraqlı idi.

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Nurane | Status: İstifadəçi Offline | 19 Şubat 2014 16:49 | İstifadəçi | Şərh yazdı
Allah razi olsun.Maraqli hekayedi

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 19 Şubat 2014 15:47 | Sayt nəzarətçisi | Şərh yazdı
Allahin salami ve  salavati uzerine olsun cox ibrethaniz hekayedir cox sagol

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.