» » Ölü ilə danışmaq şirkdirmi?


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 1

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2024    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Ölü ilə danışmaq şirkdirmi?
    +20
    Müəllif: nastya | 22-02-2014, 09:00 | Baxılıb: 2 071
    Ölülərin eşitməsi haqqında Qurandan və Hədisdən Dəlil
    Quran Saleh (ə) Peyğəmbərin sözlərini ölülərə xatırladır. Bu nitq onun dövləti dağılandan sonra söylənilib.

    (əl-Əraf 7:77) Sonra o dəvəni tutub kəsdilər və (bununla da) Rəbbinin əmrini saymazyana pozub (istehza ilə): "Ey Saleh! Əgər sən (həqiqi) peyğəmbərlərdənsənsə, bizi qorxutduğunu (bizi təhdid etdiyin əzabı) gətir görək!” – dedilər.
    (əl-Əraf 7:78) Buna görə də onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü, onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular).
    (əl-Əraf 7:79) (Saleh) onlardan üz döndərib belə dedi: "Ey camaatım! Mən sizə Rəbbimin əmrini (mənə lütf etdiyi peyğəmbərliyi) təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz öyüd-nəsihət verənləri sevmirsiniz!”

    Lütfən bunu qeyd edin ki, Qurandakı bu ayələrə əsasən, Allah Salehin (ə) qövmünü məhv etdikdən sonra Saleh (ə) həmin qövmə müraciət edir. Buradan aydın olur ki, ölülərin ruhları eşidə bilir, belə olmayan halda Salehin (ə) öz xalqına müraciətinin mənası nə ola bilər? Yoxsa sələfilər Salehin Faydasız iş gördüyünü və Müşrik olduğunu düşünürlər (İbn Abdul Vahhabın sözlərinə görə, əgər bir nəfər ölülərin eşitməsini düşünürsə, bu o deməkdir ki, o şəxs müşrikdir)? Bəs nə üçün Allah bu faydasız və siyasi işi Quranda xatırlatmışdır?

    İkincisi, sələfilər Salehin (ə) nitqinin hər bir şəxsə və ya öz dövlətindəki hər bir ölüyə çatdırılması üçün Uca Səslə danışan Natiqlərdən istifadə etdiyini düşünürlər? Xeyr, o uca səslə danışan natiqlərdən istifadə etməmişdir, çünki Müqəddəs Quran onun xalqının hər bir nümayəndəsinin bu nitqi eşitməsinə şahidlik edir.

    Bu açıq-aydın göstərir ki, yaxınlıqdan və ya uzaqdan gələn çağırışların ölülər üçün heç bir fərqi yoxdur. Onların eşitmə imkanları canlıların (dirilərin) eşitmə imkanlarından fərqlidir və onlar bir-biri ilə müqayisə oluna bilməz. Əgər bir şəxs müqayisə edirsə o, əlbəttə ki, səhvə yol vermiş olur.

    Allah bu imkanların nə olduğunu bizə bildirməyib, lakin Quran ölülərin yaxın və ya uzaq olmasından asılı olmayaraq bizi eşitməsinə şahidlik edir. Buna inanmaq üçün bu bizə kifayətdir.

    Üçüncüsü, nə üçün sələfilər Salehin (ə) öz ölmüş xalqına "Ey Qövmüm” deməsini normal qəbul edirlər, amma bizim "Ya Rəsulallah” deməizi şirk hesab edirlər?

    Şuayb Peyğəmbərin ölülərlə danışması
    Qurandan ayələr:

    (əl-Əraf 7:91) Elə bu zaman onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü və onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular).
    (əl-Əraf 7:92) Şüeybi yalançı adlandıranlar, sanki orada (evlərində) heç bir şənlik (nemət) içində yaşamamışdılar. Şüeybi təkzib edənlərin özləri ziyana uğrayanlar oldular.
    (əl-Əraf 7:93) (Şüeyb) onlardan üz döndərib dedi: "Ey camaatım! Mən sizə Rəbbimin əmrlərini təbliğ etdim və öyüd-nəsihət verdim. İndi kafir bir tayfadan ötrü necə yas tutum?”

    Rəsulallah (saas) Bədr döyüşündə öldürülmüş küffarlara müraciətində

    İbn Ömər tərəfindən söylənilmişdir:
    "Allahın Elçisi (s) quyuda basdırılmış insanlarla danışaraq demişdir: "İndi Rəbbinizin sizə verdiyi vədinin doğru olduğunu gördünüzmü?”. Sonra kimsə ucadan dedi: "Sən ölülərəmi səslənirsən!”. Peyğəmbər cavab verdi: "Onlar sizdən daha yaxşı eşidir, lakin onlar cavab verə bilmirlər.
    Səhih, Buxari, 2-ci cild, 23-cü kitab, hədis № 452

    Əbu Təlha tərəfindən söylənilmişdir:
    "Bədr günündə Peyğəmbər (s) əmr verdi ki, Qüreyşlilərin 24 başçısının cəsədləri Bədrin çirkli dərin quyularından birinə atılsın. O quyunun kənarında dayanan zaman Allahsız Qüreyş cəsədlərinin adları və atalarının adları ilə onlara müraciət etdi: "Ey filankəsin oğlu filankəs! Allaha və onun elçisinə boyun əysəydin razı qalardın. Rəbbimizin bizə verdiyi vədin doğru olduğunu bildik. Sən də Allahın sənə verdiyi vədin doğru oduğunu anladınmı?” Ömər dedi: "Ey Allahın elçisisi! Sən ruhu olmayan cəsədlərlə danışırsan!” Allahın elçisisi dedi: "Allaha and olsun ki, onlar sizdən daha yaxşı eşidir.” (Qatada dedi: "Allah onları yenidən diriltdi ki, onlar peyğəmbəri və onun töhmətlərini eşitsinlər, peyğəmbərin qisası alınsın və onları məcbur etdi ki, özlərini tam peşman olmuş və kədərlənmiş hiss etsinlər.”)
    Səhih Buxari, 5-ci cild, 59-cu kitab, hədis № 314
    Və Ənəs b. Malik dedi ki:
    Allahın elçisi (saas) Bədrdə döyüşmüş kafirlərin cəsədlərini üç gün basdırılmamış halda qoydu. Sonra o onların yanına gələrək orada əyləşdi və onları çağıraraq dedi: Ey Əbu Cəhl b. Hişam, Ey Üməyyə b. Xələf, Ey Utba b. Rab`ilə, Ey Şaibə b. Rəbiyə Rəbbinizin sizə verdiyi vədin doğru olduğunu anlamadınızmı? Mənə gəlincə isə, mənim Rəbbimin vədlərinin tamamilə doğru olmasını bilirəm. Ömər Allah elçisinin (saas) sözlərini dinlədi və dedi: Ey Allahın elçisi, onlar səni necə eşidib cavab verə bilər? Onlar ölüblər və onların cəsədləri çürüyüb. Bundan sonra, o (müqəddəs peyğəmbər) dedi: Allaha and olsun ki, mənim dediklərimi onlar sizdən daha aydın eşidirlər, lakin onların cavab vermək qüdrəti yoxdur. Sonra o göstəriş verdi ki, onlar Bədr quyusunda dəfn olunsun.
    Səhih Muslim, 040-cı kitab, hədis № 6869

    İbn Şihab tərəfindən söylənilmişdir:
    Bunlar Allah elçisinin vuruşduğu döyüşlərdir və Bədr döyüşünü xatırlayarkən o dedi: Kafirlərin cəsədləri quyuya atılarkən Allahın elçisi onlara dedi: "Rəbbinizin sizə verdiyi vədin doğru olduğunu anladınızmı?” Abdullah dedi: "Peyğəmbərin dostlarından bəziləri dedi: " Ey Allahın elçisi! Sən ölmüş insanlara müraciət edirsən? Allahın elçisi cavab verdi: Mənim dediklərimi onlar sizdən daha yaxşı eşidirlər.”
    Səhih Buxari, 5-ci cild, 59-cu kitab, hədis № 360 (xalil islami)
     

     
     
    Bölmə: Suallar
    Şərhlər: 9
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: ya_Fatime | Status: İstifadəçi Offline | 2 Mart 2014 08:39 | Redaktor | Şərh yazdı
    Allahın Salamı Rəhməti Bərəkəti və Salavatı üzərinizə olsun.Allah Razı olsun,bunların bəzisini bilirdim,amma bu qədər ətraflı bilmirdim,əlləriniz dərd görməsin.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: nastya | Status: İstifadəçi Offline | 24 Şubat 2014 07:17 | İstifadəçi | Şərh yazdı
    [quote=Sirli_melek]i>Allah olenlerin mekani cenet ruhu wad torpagin bol edsin cox sagol ALLAh bizderi emeli saleh qularindan edsin AMIN INSALLAH CAN OLENLERIN RUHUNA ALLAHUMME SELLI ELA MUHAMMEDIN VE ALI MUHAMMED

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 22 Şubat 2014 21:22 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah olenlerin mekani cenet ruhu wad torpagin bol edsin cox sagol ALLAh bizderi emeli saleh qularindan edsin

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Allahıma aşiqəm | Status: İstifadəçi Offline | 22 Şubat 2014 19:15 | İstifadəçi | Şərh yazdı
    Allah razı olsun

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Nurane | Status: İstifadəçi Offline | 22 Şubat 2014 16:35 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Yusifi Zehra | Status: İstifadəçi Offline | 22 Şubat 2014 13:49 | Administrator | Şərh yazdı
    ALLAH RAZI OLSUN.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: huseynciyem | Status: İstifadəçi Offline | 22 Şubat 2014 12:30 | İstifadəçi | Şərh yazdı
    ALLAH razi olsun elleriniz derd gormesin insallah 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: gulsum | Status: İstifadəçi Offline | 22 Şubat 2014 09:57 | İstifadəçi | Şərh yazdı
    Allah raziolsun,maraqli xeber idi,bu barede bilmirdim

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: ZEHRA GULU | Status: | 22 Şubat 2014 09:49 | Qonaq | Şərh yazdı
    ALLAH RAZI OLSUN BIMEDIYIMI OYRENDIM ELLERINIZE SAGLIQ
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.