» » 313 nəfər kimlərdir?

Top İstifadəçilər

Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim

Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
313 nəfər kimlərdir?
+10
Müəllif: 313_Əhli Şiə | 15-02-2014, 09:00 | Baxılıb: 12 152

Həzrət Mehdi (əc.) barəsində olan rəvayətlər içərisində o həzrətin zühuru zamanı 313 nəfər səhabənin Kəbə evinin kənarında İmamın hüzuruna gəlməsi barədə müxətlif təbirli rəvayətlər nəql olunmuşdur. İmam Mehdi (əc.) onların intizarı ilə yaşayır. Onlar əsrin imamı ilə beyət edəcək ilk insanlardır. Həmin zamandan həzrət Mehdinin (əc.) qiyamı başlanacaq və mərhələ-mərhələ inkişaf edəcək. Onlar həzrət Mehdinin (əc.) bayraqdarı və yer üzünə o həzrət tərəfindən təyin olunmuş hakimlər olacaqlar.
313 nəfər haqqında olan hədislər müxtəlif ibarələrlə nəql olunmuşdur. İslam mənbələrində onlar barədə onlarla hədis mövcuddur.
Keçək nümunə ayələrə:
Hud surəsinin səkkizinci ayəsində belə buyurulur:
"Həzrət Hud (ə) öz cahil tayfasına belə buyurdu: Kaş sizə qarşı möhkəm dayağım və qüdrətim olaydı! Onda siz yol azmışlarla necə rəftar edəcəyimi özüm bilərdim".
İmam Sadiq (ə) həmin ayənin təfsirində buyurmuşdur:
"Bu ayədəki "qüdrət” kəlməsindən məqsəd, həzrət Mehdi (əc.), "rükni-şədid” kəlməsindən məqsəd isə, o həzrətin 313 nəfər səhabəsidir".
Başqa bir rəvayətdə İmam Baqir (ə) belə buyurmuşdur:
"O 313 nəfər səhabəyə baxıram. Elə bil onlar Kufə şəhərinin uca zirvələrinə doğru qalxırlar. Onların qəlbləri sanki dəmir parçasıdır".
Sual: 313 nəfərin sayı hələ kamil olmamışdır?
Cavab: Onlar rəvayətlərdə bildirildiyi kimi, bir sıra xüsusiyyətlərə malikdirlər. Əgər biz bu xüsusiyyətlərə diqqət etsək, aydın olar ki, analar hələ belə oğullar doğmayıblar.
Məsələn, İmam Səccad (ə) buyurur:
"İmam Mehdi (əc.) Məkkə şəhərində ətrafına toplanmış böyük bir izdiham qarşısında özünü təqdim və xalqı özünə beyətə dəvət edərkən, bir qrup insan həzrəti qətlə yetirmək üçün irəli cumacaq. Həmin 313 nəfər ayağa qalxaraq, həzrət Mehdini (əc.) onların təhlükəsindən qoruyacaq".
Bir çox rəvayətlərdə onların tərifi haqqında belə qeyd olunmuşdur:
"Allah-taala onları payız buludları kimi Məkkə şəhərində bir yerə toplayacaq (yəni, onlar yüksək sürətlə özlərini Məkkə şəhərinə yetirəcəklər). Sanki həzrət Mehdini (əc.) Kufə minbərinin üzərində əyləş-miş və 313 nəfər əshabı ətrafına toplaşmış halda görürəm. Onlar Allah tərəfindən insanların hakimidirlər".
Bu hədisə əsasən, bu 313 nəfər şücaət və elmi cəhətdən elə bir səviyyədə olmalıdırlar ki, yer kürəsini 313 hissə və əyalətə bölsələr, onların hər biri bir əyalətə rəhbərlik etməyə layiq olsunlar.
Bəqərə surəsinin 148-ci ayəsində oxuyuruq:
"Harada olsanız, Allah-taala sizi bir yerə toplayacaq".
İmam Sadiq (ə) bu ayəni tilavət etdikdən sonra buyurdu:
"Bu ayədə Həzrət Mehdinin (əc.) 313 nəfər səhabəsi nəzərdə tutulmuşdur. And olsun Allaha, (ayədə buyu-rulan) "Ümməti-mədudə”də məqsəd, hamısı bir saat ərzində bir yerə toplaşacaq insanlardır. Onlar, payız buludları güclü külək nəticəsində bir yerə toplaşdığı kimi, bir yerə toplaşacaqlar".
Onların xüsusiyyətlərindən daha bir neçəsini sadalayaq:
Onlar uzaq ölkə və şəhərlərdən Məkkə şəhərinə daxil olacaq. Həzrət Mehdi (əc.) Məkkə şəhərinin beş-altı kilometrliyində dayanaraq, onların gəlişini göz-ləyəcək ki, onlarla birlikdə Kəbə evinə gəlsin. Bu 313 nəfər həzrət Mehdi (əc.) ilə beyət edən ilk insanlardır.
Onlar həzrət Mehdinin (əc.) məhzərində yüksək qeybi köməklərdən bəhrələnəcək və Allahın qüdrəti, imamın inayəti onların başı üzərində olacaq. Necə ki, İmam Səccad (ə) buyurmuşdur:
"Sanki həzrət Mehdini (əc.) Kufədə 313 nəfərlə birlikdə Nəcəf şəhərinə sarı gedən halda görürəm. Həzrətin sağ tərəfində Cəbrayıl, sol tərəfində Mikayıl, önündə isə İsrafil gedir. İsrafil Allah rəsulunun bayrağını hər hansı bir müxalif dəstəyə tərəf yönəldirsə, Allahın izni ilə həlak olurlar".
Zühur və qadınlar
Sual: Nə üçün həzrət Mehdinin (əc.) səhabələri haqqında danışarkən, yalnız kişilərdən söhbət açılır, məgər qadınlar bu səadətdən məhrumdur?
Cavab: Buna səbəb zühur haqqında danışılarkən, əsasən döyüş və mübarizə məsələlərinin açıqlanmasıdır. Bu da demək olar ki, yalnız kişilərə xas olan bir işdir. Qadınlar isə arxa cəbhədə və müxtəlif işlərdə imamın (əc.) dayağı olacaqlar.
Onu da deyək ki, bəzi rəvayətlərdə, həzrət Mehdinin (əc.) 313 nəfər səhabəsi haqqında söz açılarkən, orada qadınların iştirakı haqqında da kəlamlar qeyd olunmuşdur. O cümlədən, İmam
Baqir (ə) buyurmuşdur:
"And olsun Allaha! 313 nəfər kişi Məkkə şəhərində bir yerə toplaşacaq. Onların arasında əlli nəfər qadın vardır. Onlar payız buludları kimi bir yer toplaşacaqlar".
Müfəzzəl nəql edir ki, İmam Sadiq (ə) buyurmuşdur:
"On üç nəfər qadın daim həzrət Mehdi (əc.) ilə birlikdədir".
Sonra imam (ə), qadınların işi barədə maraqlanan Müfəzzələ buyurdu:
"Həzrət Peyğəmbərin (s) dövründə olduğu kimi, bu qadınlar da yaralıları müalicə edəcək və döyüş əlillərinə qulluq edəcəklər".
Sual: Həzrət Mehdinin (əc.) zühurunun cahanşümul olduğunu nəzərə almaqla İmamın qoşununun sayı az görünmür?
Cavab: Xeyr. 313 nəfər zühurun əvvəlində həzrətə (əc.) qoşulacaq, sonra isə günbəgün insan seli ona tərəf axışacaq. O 313 nəfər həzrət Mehdi (əc.) hökumətinin əsas özəyi sayılacaq adamlardır. Məsələn, bir rəvayətdə bu barədə belə buyurulur:
"İlahi kamala malik 313 nəfər "Həcərül-əsvəd” lə "Məqami-İbarahim”in arasında həzrət Mehdi (əc.) ilə beyət edəcək. Onlar, Həzrət Mehdi (əc.) dövlətinin məsuliyyətinin ağır yükünü öz öhdələrinə götürmüşlər".
Habelə buyurmuşdur:
"Rumun fəth edilməsi döyüşündə həzrət Mehdinin (əc.) 70000 nəfər "Allahu Əkbər” şüarı deyən qoşunu iştirak edəcək. Onların ilk "Allahu Əkbər” gurultulu təkbirilə Ru-mun üçdə bir hissəsi, ikinci təkbirlərinin gurultusu ilə üçdə iki hissəsi, üçüncüsü ilə isə, bütün ərazisi azad olunacaq".
İmam Baqir (ə) başqa bir rəvayətdə buyurmuşdur:
"Kufə əhalisindən 70000 sadiq şəxs İmam Mehdini (əc.) himayə etmək üçün ayağa qalxacaq".
Qəhramanların həyata qayıtması və imam Mehdiyə (əc.) birləşməsi
Həzrət Mehdinin (əc.) zühuru zamanı baş verən hadisələrdən biri də imamların, saleh insanların, qəhrəman-ların həyata qayıtması və o həzrətə qoşulmasıdır. Hədis-lərdə həyata dönəcək bu şəxslərin iyirmi yeddi nəfər olduğu bildirilmişdir.
İmam Sadiq (ə) buyurdu:
"Həzrət Mehdi (əc.) zühur edən zaman Nəcəf şəhərində iyirmi yeddi nəfər peyda olacaq və o həzrətə qoşulacaq. Onlardan on beş nəfəri həzrət Musanın (ə) tayfasındandır. Onlar xalqın hidayəti yolunda çalışacaqlar. Yeddi nəfəri "Əshabi-kəhf”, qalan beş nəfəri isə bu şəxslərdir:
→Yuşə ibn Nun (İsanın (ə) vəsisi);
→Salman;
→Əbu Dücanə Ənsari;
→Miqdad;
→Malik Əştər".
Sonra isə belə buyurdu:
"Bu iyirmi yeddi nəfər, insanların hakimi və İmamın yaxın dayağı olacaq".

Bu hədis həm iyirmi yeddi nəfərin əzəmətli məqamını bəyan edir ki, onlar bərzəx aləmindən dünyaya qayıdacaq, imama qoşulacaq və o həzrətin qoşun rəhbərləri olacaq, həm də bizə bu dərsləri öyrədir ki, həzrət Mehdinin (əc.) dostları və onun intizarında olanlar hansı xüsusiyyətlərə malik olmalıdır. Həmçinin, bizə bu dərsi də öyrədir ki, əgər bir şəxs bu müqəddəs vadidə qədəm götürmək istəyirsə, gərək iradə və fikri cəhətdən Salman, Miqdad və Malik Əştər kimi şəxsləri özünə nümunə götürsün.

Onu da deyək ki, bəzi rəvayətlərdə, həzrət Mehdinin (əc.) 313 nəfər səhabəsi haqqında söz açılarkən, orada qadınların iştirakı haqqında da kəlamlar qeyd olun-muşdur. O cümlədən, İmam 

Bölmə: İslami mövzular
Şərhlər: 6
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Musulmanka313 | Status: İstifadəçi Offline | 24 Haziran 2014 23:44 | İstifadəçi | Şərh yazdı
En boyuk arzumdu Agamizi gormek, In sha Allah cemi Shiyelere bu gozel hadiseni gormek ve Agayla birge olmaq nesib olsun In sha Allah!!!

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Nurane | Status: İstifadəçi Offline | 17 Şubat 2014 18:00 | İstifadəçi | Şərh yazdı
Allah razi olsun.Ellerin derd gormesin

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: ya_Fatime | Status: İstifadəçi Offline | 15 Şubat 2014 15:13 | Redaktor | Şərh yazdı
Allahın Salamı Rəhməti və Bərəkəti üzərinizə olsun.Çox maraqlı məlumatlardır,Allah bizlərə İmam Zaman (a.f.) Ağanı görməyi qismət edər İNŞALLAH.Allah Razı olsun.

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Allahıma aşiqəm | Status: İstifadəçi Offline | 15 Şubat 2014 14:23 | İstifadəçi | Şərh yazdı
Allah razı olsun inşallah bizlərədə qismət olsun Amin

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: nastya | Status: İstifadəçi Offline | 15 Şubat 2014 12:26 | İstifadəçi | Şərh yazdı
ALLAH RAZI OLSUN COX GOZEL INSALLAH BIZLERDE IMAM ZAMANIN QORUYUCULARINDAN OLARIQ

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 15 Şubat 2014 10:58 | Sayt nəzarətçisi | Şərh yazdı
ALLAH razi olsun  oxudum cox maraqli melumatdardi Allah sizderi qorusun cox sagolun

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.