İmam Hüseyn (ə)-dan
nəql olunmuş hədisdə deyilir: "Allah-təala həzrəti İbrahimə vəhy edərək
buyurdu: Ya İbrahim! Yer Mənə övrətinin görsəndiyindən şikayət edir. Övrətin və
yer arasında bir maneə (pərdə) qoy! (o zamanlar görünür indiki alt paltarından
isdifadə olunmurmuş). Həzrəti İbrahim bından sonra özü üçün dizinə qədər bir
alt paltarı düzəltdi.”
Rəvayətlərin birində deyilir: "Allaha iman gətirmiş hər bir
müsəlman övrətini başqalarından qorumalı və alt paltarını geyindiyi zaman ayaq
üsdə durmamalıdır.Əks təqdirdə etdiyi ibadətlər üç gün qəbul olmaz.”
Əli (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Peyğəmbər
(s) köynəyini alt paltarından əvvəl geyinərdi və səhabələrə təkidlə buyrardı
ki, üzü və ya arxası qibləyə tərəf və başqalarının qarşısında alt paltarını
geyinməsinlər.”