203♠
İmam Əli Əleyhis-salam (xudpəsəndliyin ziyani barəsində)Buyurmuşdur:
İnsanın özünü bəyənməsi onun ağlının paxıllarından biridir. (Çünki ağıl gözəl xislətləri çoxaltmayı tələb edir)
204♠
İmam Əli Əleyhis-salam (Dünya çətinliklərə etinasızlıq barəsində)Buyurmuşdur:
TİKANLARA (çətinliklərə) göz yum, yoxsa heç vaxt şad olmayacaqsan...
205♠
İmam Əli Əleyhis-salam (Gözəl əxlaqin xeyri barəsində) Buyurmuşdur:
Ağacının çubuğu yumşaq olanın (əxlaq və xasiyyəti gözəl olanin) Budaqları (dostları) çox olar..
206♠
İmam Əli Əleyhis-salam (müxalifət etməyin ziyanı barəsində) Buyurmuşdur:
(Yersiz) müxalifət və dava (düzgün) nəzər və fikri viran edir..
207♠
İmam Əli Əleyhis-salam (məğrurluq barəsində) Buyurmuşdur:
Kim Bir nailiyyət qazandısa məğrurluq etdi (gözəl əxlaqa malik olub Allahı nəzərə alaraq təvazökarlıq edəndən başqa)!
208♠
İmam Əli Əleyhis-salam (halların dəyişməsi barəsində) Buyurmuşdur:
İnsanların gövhərləri halların dəyişməsində bilinir.. (başa düşülür)..
209♠
İmam Əli Əleyhis-salam (paxılliğ barəsində) Buyurmuşdur:
Dostun paxıllığı Dostluğun xəstəliyindəndir...
211♠
İmam Əli Əleyhis-salam (Pis gümanda olmaq barəsində) Buyurmuşdur:
İnanılmış şəxs barəsində pis güman və zənn ilə hökm etmək ədalət və insafdan deyil...
212♠
İmam Əli Əleyhis-salam (zülmün məzəmmətində) Buyurmuşdur:
Bəndələrə zülm etmək qiyamət günü üçün pis azuqədir..
214♠
İmam Əli Əleyhis-salam (Həyalılığın faydası barəsində) Buyurmuşdur:
Həya hər kimə öz libasını geyindirsə, xalq onun eybini görməz..
239♠
İmam Əli Əleyhis-salam (Comərd barəsində) Buyurmuşdur:
Comərd (dost) qohumdan da Mehribandır...!
(Ardı olacaq)