Bir mən var, bir də mənim olan...
Mən- ALLAHın bir ayəsi. Bəzən rəhmət, bəzən qəzəb ayəsi...
Bu dünyaya gəlməsəydim, daha doğrusu yaradılmasaydım yoxluğum hiss olunmayacaq, yerim görünməyəcəkdi...
Amma yaradıldım. Varam. Varlığım buna şahiddir. Özüm şahidəm. Tanıyanlar şahiddir...
Var olmaqla varlıqlar arasında yerimi tutdum...
Özümü tanıtdım, yoxluğumu hiss etdirdim.
Yoxluqlarına üzüldüldüklərim də bir zaman var olanlar, varlığından xəbərdar olduqlarım idi...
Olmayanların olması gərəkdiyini hiss etmirik ki, yoxluqlarına üzülək...
Olanların bizim olmaması, bizdə olmaması üzür bizi...
Heç bir zaman bilmədiyimiz, görmədiyimiz, təsəvvürümüz olmayan bir şeyi istəmədik...
İstədiklərimiz, arzuladıqlarımız bildiklərimiz, tanıdıqlarımız olub.
Aşiq olanda romantik birinə aşiq olmağı istədik...
Sevgimizin əbədi olmasını, dastana çevrilməsini, dillər əzbəri olmasını dilədik...
Örnək modelləri düşündük. Məcnunun Leyliyə olan sevdası eşq etalonumuz oldu...
Övladımız olanda tanıdığımız ən gözəl və ən ağıllı birinə bənzəməsini istədik...
"Vunderkind" uşaq arzuladıq, özümüz heç bir zaman vunderkind olmasaq da...
Evimizi və ev əşyalarımızı tanışlarımızınkına bənzətdik.
"Onda görmüşdüm", "onun var idi", mən də "onunkundan" istəyirəm, dedik...
Bizdə olmayanların bizim olmasını istədik...
Bizim olanların başqalarının arzusu olduğu ehtimalını isə heç düşünmədik...
ARDI VAR...